Azərbaycan İdeyası

YAP Elza Seyidcahanı cəzalandırdı

Tarix:25-11-2015, 15:18
Baxış Sayı:361

  YAP Elza Seyidcahanı cəzalandırdı





“Ölçü götürüləcək”.
Milli Məclisə keçirilmiş 1 noyabr seçkiləri zamanı hakim Yeni Azərbaycan Partiyasının (YAP) bəzi üzvləri özbaşına deputatlığa namizədliklərini irəli sürdü. Həmin ərəfədə hakim partiyadan bununla bağlı ölçü götürüləcəyi bildirilmişdi.
Lakin seçkilər bitsə də, məsələ ilə bağlı partiyanın mövqeyi ictimaiyyətə açıqlanmayıb.
"Korrupsiya və Qanun" saytı Oxu.Az a istinadən xəbər verir ki, Yeni Azərbaycan Partiyasının mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev Modern.az-a açıqlamasında artıq özbaşına namizədliklərini irəli sürmüş şəxslər barədə ölçü götürüldüyünü deyib.
“Yeni Azərbaycan Partiyası tərəfindən dəfələrlə xəbərdarlıq edilib ki, partiyanın mövqeyi olmadan sərbəst şəkildə seçkilərə qatılıb deputatlığa namizəd kimi iştirak edən partiya üzvlərinə qarşı ölçülər götürüləcək.
Bildiyiniz kimi, xəbərdarlıqdan sonra müstəqil şəkildə namizədliyini irəli sürmüş partiya üzvlərinin əksəriyyəti öz namizədliyini geri götürdü. Sadəcə, 10 nəfər partiyanın qərarının əksinə olaraq seçki marafonunda iştirakını davam etdirdi.
Düzdür, özbaşına namizədliyini irəli sürənlərin birmənalı olaraq partiyadan kənarlaşdırılacağını deməmişdik. Bizim qərarımız bu idi ki, onların hər birinin məsələsi qeydiyyatda olduqları rayon təşkilatında müzakirə olunacaq, partiya nizamnaməsinə uyğun olaraq ölçülər götürüləcək”.
Hüseyn Paşayevin sözlərinə görə, həmin şəxslərə qarşı müxtəlif cəza növü tətbiq edilib.
“Bu, partiya sıralarından xaricolma da ola bilər, töhmət də. Digər cəza növü ilə də əvəzlənə bilər. Artıq bu addımlar atılıb. Rayon təşkilatlarında deputatlığa namizədliyini vermiş həmin şəxslərin məsələsinə baxılıb”.
Hakim partiyanın sözçüsü əməkdar artist Elza Seyidcahanın partiyadan kənarlaşdırılması məsələsinə də aydınlıq gətirib.
“Elza Seyidcahan YAP-ın Nərimanov rayonunda qeydiyyatdadır. Həmin rayon təşkilatında Elza xanımın iştirakı ilə fərdi qaydada söhbət aparılıb. Elza xanım haqqında da cəza növü tətbiq edilib. Bu, partiya sıralarından qovulma deyil. Digər cəza növü tətbiq olunub”. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb