Azərbaycan İdeyası

SİÇANLARLA, SİÇOVULLARLA BİRGƏ YAŞAYIRAM KÖÇKÜNÜN ZƏBT ETDİYİ MƏNZİLİN SAHİBİ ÇƏTİN DURUMDA

Tarix:2-10-2018, 16:03
Baxış Sayı:182



Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunmasının vurduğu ziyan bütün ölkə
əhalisindən yan keçməyib. Doğma el-obasından didərgin düşmüş məcburi köçkünlər sığınacaq
tapmaq üçün hara gəldi məskən salıblar, uşaq bağçaları, məktəblər, yataqxanalara sığınıblar.
Onlar arasında boş evlərdə daxil olub, özlərinə yuva quranlar da var. Çadıq şəhərciklərində, uşaq
bağçaları və məktəblərdə, yataqxanalarda məskunlaşmış məcburi kökünlərin dövlət tərəfindən
yeni qəsəbə və evlərə köçürülməsi həyhat keçirilib. Lakin ölkənin müxtəlif yerlərində, xüsusilə
də paytaxtda sahibləri olan mənzillərdə məskunlaşmış məcburi köçkünlərin isə köçürülməsi
hələlik ləngiyir.
Prezident İlham Əliyevin 2004-cü il 1 iyul tarixli 298 saylı Sərəncamının 2-ci bəndində deyilir
ki, 1992-1998-ci illərdə məcburi köçkünlərin mıəskunlaşdıqları yerlərdən çıxarılmasına yol
verilməsin. Yəni, məcburi köçkünlərin 1998-ci ilə qədər məskunlaşdıqları həmin evlərdən
köçürülməsi dayandırılıb. Onlar o halda köçürülə bilər ki, həmin ailə başqa yerdə yerləşdirilsin,
əks halda, evlərdən çıxarıla bilməzlər.
Olub ki, evlərindən məhrum olmuş mülkiyyətçilər məcbur olub İnsan Hüquqları üzrə Avropa
Məhkəməsinə müraciət edirlər. Bir neçə il əvvəl İnsan Hüquqları üzrə Avropa Məhkəməsində
evləri məcburi kökünlər tərəfindən zəbt edilmiş Azərbaycan vətəndaşlarının mülkiyyət
hüququnun pozulması ilə bağlı şikayətinə baxıb və bu müraciət əsasında Azərbaycan dövlətini
45.300 avro həcmində cərimə edib. Məhkəmənin qəbul etdiyi qərara görə, yerli məhkəmənin
qərarları üç ay ərzində icra olunmalıdır.
Lakin əlbəttə ki, belə aqibətlə üzləşmiş ləyaqətli vətəndaş öz dövlətinin elə bir evin dəyəri qədər
cərimə edilməsinə səbəbkar olmağı özünə rəva görməməlidir. Bu məsələlər tədriclə həllini
tapacaqdır, tapır da. Sadəcə olaraq, el hallara rast gəlinir ki, başqasının evini zəbt edən qaçqın və
ya məcburi köçkün ya öz statusundan sui-istifadə edir, ya da onun qeydiyyata götürüldüyü
mənzil növbəsi hansısa məmurlar tərəindən ləngidilir. Belə olan halda başqalarından geri qalan,
kiminsə onu qabaqladığını görən köçkünün özünün də, zəbt etdiyi evin sahibinin də səbr kasası
dolub-daşır...
Vətəndaş Hüseynova Qızxanım Şamil qızı məcburi köçkün tərəfindən zəbt edilmiş evinin
boşaldılması ilə əlaqədar müraciət etmədiyi ünvan qalmayıb. Prezidentə də yazıb, Vitse-
prezidentə də yazıb. Bütün müraciətnamələri aidiyyəti üzrə "Qaçqınkom"a göndərilib.
Komitədən də hər dəfə eyni məzmunlu cavab verilib: "Müraciətinizə baxılmışdır. Bildiririk ki,
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 fevral tarixli Sərəncamı ilə "Qaçqınların və
məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılmsı üzrə Dövlət
Proqramı"na Əlavələr edilmişir. Həmin Əlavələrin 1.4-cü bəndində Bakı və Sumqayıt
şəhərlərində başqalarına məxsus mənzillərdə məskunlaşmış məcburi köçkün ailələrinin
köçürülməsi nəzərdə tutulmuşdur. "Dövlət Proqramı"na edilmiş Əlavələr icra olunarkən sizə
məxsus mənzilin də boşaldılmasına qanunla nəzərdə tutulan qaydada baxılacaqdır".
Bakı şəhəri, İNZ. BİNA, Ə.Salamzadə küçəsində qeydiyyatda olan, hal-hazırda Bakıxanov
qəsəbəsi, Ramiz Qəmbərov 12-də yaşayan Hüseynova Qızxanım Şamil qızı tərəfindən
redaksiyamıza göndərilən ərizədən oxuyuruq:
"Bu məktubu yazan, köməyə çox böyük ehtiyacı olan anadır. Bir vətəndaş olaraq mənim
Azərbaycan Respublikası Dövlət Hakmiyyətini təmsil edən vəzifəli şəxslərin və hökumət
rəhbərlərinin qəbuluna yazılmaq və onların qəbulunda olmaq haqqlarım Azərbaycan
Respublikası Konstitusiyası və Qanunvericiliyi ilə təsdiq edilmişdir. Bu hüquqlarımdan
qaynaqlanaraq mövcud olan üzləşdiyim problemlərlə bağlı uzun müddətdir ki, sizə müraciət
etmək istəmişəm.
Qeyd etmək istəyirəm ki, 1975-ci ilin may ayından elektron hesablama maşınları zavodunda
işləmişəm. 1980-cı ildən isə mənzil uçotunda olmuşam. Azərbaycan Respublikası Bakı şəhər
İcra Hakimiyyəti Mənzil Sahəsini Uçotu və Bölünməsi İdarəsinin 17/240 saylı, 1993-cü il 30
iyul məktubuna əsasən Yeni Yasamal -ev 14 mənzil 117 ünvanda yerləşən mənzil mənə
ayrılmışdır. 1994- cü il 29 aprel tarixli 68 nömrəli protokola əsasən mənə adı çəkilən evə dair
order verilməsi üçün Nizami İcra Hakimiyyətinə göndərilmişdir. Lakin Vətənimin ayrılmaz
hissəsi olan Qarabağın işğalı ilə bağlı qaçqın probemi yarandığından həmin evdə məskunlaşa
bilmədim. Belə ki, əşyalarımızı toplayıb evə köçməyim əsnasında mənə ayrılmış mənzildə
qaçqınlar məskunlaşdığından əşyalarımla birlikdə kirayə qaldığım evə qayıtmaq
məcburiyyətində qaldım. Nəhayət 14 ildən sonra evimiz olacaq deyə gözləməyimiz həyat
yoldaşımın çoxlu stress və əsəb keçirməsiylə, nəticədə infakt keçirərək dünyasını dəyişməsi ilə
nəticələndi. Üç övladımla tək qaldım. Kömək məqsədi ilə bir çox dövlət orqanlarına müraciət
etdim, lakin laqeyd münasibətlə rastlaşdım. Hətta qəribə səslənsə də, Bakı şəhər İcra
Hakimiyyətində məsxərə ilə “get özünü as” da deyildi.
Qeyd etmək istəyirəm ki, hal-hazırda xəstəyəm, məhz evsizlik, şəraitsizlik, ailə başçısını itirməy
im mənim bu cür acınacaqlı hala düşməyimə səbəb olub. Hazırda, rəfiqəmin evində
məskunlaşmışam. Əslən bakılı olmağıma baxmayaq doğma Bakımda kimsəsiz halını almışam.
Hörmətli Xuraman xanım! Siz də bir ana və valideynsiniz. Əlbəttə ki, valideyn üçün öz
övladının xoşbəxtliy ini görməkdən, bununla qürur duymaqdan gözəl hiss ola bilməz. Mən də
həmişə övladlarımın xoşbəxtliyi üçün çalışmışam. Evsizlik, şəraitsizlk sabah gün övladlarım
üçün utanc olmasın deyə onları evləndirməyə utanıram. Bugünkü gündə mənə ayrılmış ev
olduğu halda rəfiqəmin evinə sığınmışam. Bundan öncəki illərdə siçanlarla, siçovullarla
yaşamışam, bir sözlə, acınacaqlı həyat tərzi keçirirəm".
Qızxanım Hüseynovanın problemi təkcə o deyil ki, evində məskunlaşmış məcburi köçkün bu
neçə il ərzində həyata keçirilən Dövlət Proqramlarından yararlana bilməyib. Daha bir problemi
odur ki, vaxtilə Bakı Elektron-hesablayıcı Maşınları Zavodundan mənzil növbəsinə duran
Q.Hüseynovaya Nizami rayon İcra Hakimiyyəti order də verməyib. Əsas da onu göstərib ki, zəbt
olunmuş mənzillərə order vermək qeyri-mümkündür. Həmin mənzil 1993-cü ildə Bakı ŞİH
tərəfindən BEMZ-ə ayrılmş 4 mənzildən biridir və Yeni Yasamal - 1 yaşayış massivi ev 14,
mənzil 157 ünvanda yerləşir. Zavoddan verilmiş mənzl-uçot sənədlərini Nizami RİH geri
qaytarıb. Q.Hüseynovanın Nizami RİH-nə qarşı mənzilə order verilməsi tələbi ilə Nizmi rayon
məhkəməsinə verdiyi iddia ərizəsini də məhkəmə geri qaytarıb - iddiaçının poçt ünvanını təsdiq
edən sənəd yoxmuş!.. Mənzilin yerləşdiyi Yasamal rayonunun İcra Hakimiyyəti də order
verməkdən imtina edib - Q.Hüseynovanın işləmiş olduğu müəssisə Yasamal ərazisində deyil.
Q. Hüseynovanın ərizəyə qoşma edərək redaksiyaya göndərdiyti materiallarda guya onun halına
acıyan instansiyaların bir-biri ilə yazışmaları, yeni, yəni daha bir mənzil ayrılması ilə bağlı xahiş
ehtiva edən məktubları da var. Ancaq çifayda?!
[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO