Azərbaycan İdeyası

PENSİYA DÜZƏLTMƏK ADI İLƏ ALDADIB PULUNU ALDI

Tarix:28-01-2020, 10:28
Baxış Sayı:233

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən kompleks islahatlar çərçivəsində son illər sosial müdafiə sisteminin əhatəliliyi və səmərəliliyi daha da artırılmış, sosial siyasətin başlıca istiqamətlərindən biri kimi əhalinin sosial təminatı sahəsində idarəetmənin təkmilləşdirilməsində, eləcə də ünvanlılıq və şəffaflığın təmin olunmasında əhəmiyyətli irəliləyişlərə nail olunmuşdur.
Bununla yanaşı, dövlətin bu sahədə həyata keçirdiyi mütərəqqi siyasətə kölgə sala biləcək neqativ amillərə, o cümlədən əhatə etdiyi geniş əhali kateqoriyasına görə sosial-müdafiə sferasının mühüm komponentlərindən olan əmək və pensiya təminatı sistemində baş verə biləcək sui-istifadə hallarına və vətəndaşların hüquqlarının pozulmasına yönəlmiş digər qanunsuz hərəkətlərə qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilməkdədir. KİV bu tədbirlərə gərəkən informasiya dəstəyi verməlidir. Çünki bu müstəvidə hüquqpozmalarla və dələduzluqla rastlaşan vətəndaşların üz tutduqları, pənah gətirdikləri ünvanlardan biri də məhz media qurumlarıdır. “İnsan və vətəndaş hüquqlarının müdafiəsi işinə əhəmiyyətli töhfələr verən Korrupsiya və Qanun” qəzeti də bu nöqteyi-nəzərdən istisna deyildir.
Sumqayıt şəhəri, 8-ci mkr., bina – 31, mənzil – 2 ünvanda yaşayan 1977-ci il təvəllüdlü Qarakişiyeva Kəmalə İnşallah qızı redaksiyamıza yazdığı ərizədə bildirmişdir ki, 2018-ci ildə tanış olduğu Rüstəmova Ulduz Yusub qızı ona pensiya düzəldəcəyini vəd edərək, 3000 manat pul istəmişdir. K.Qarakişiyeva ona inanaraq, əvvəlcə 2000 manat nağd pul vermişdir. Rüstəmova işin düzəlməsi üçün təcili olaraq pulun qalan hissəsini də istədiyindən, o, bankdan 1000 manat da kreditlə pul götürərək vermişdir. Lakin U.Rüstəmova ona verdiyi vədi yerinə yetirməmiş, yəni pensiya düzəltməmişdir. Xeyli çək-çevirdən sonra U.Rüstəmova K.Qarakişiyevadan aldığı pulun yalnız 2000 manatını qaytarmış, qalanını isə ödəməmişdir. K.Qarakişiyeva bildirir ki, bankdan götürdüyü krediti qaytara bilmədiyinə görə hələ də əlavə faiz ödəməkdədir. Odur ki, U.Rüstəmovanın onun etibarından sui-istifadə edərək aldatmasını, pulunu mənimsəməsini KİV-də ictimailəşdirilməsini xahiş etmişdir.
Ehtimal böyükdür ki, U.Rüstəmova K.Qarakişiyevanın başına gətirdiyi işi əvvəllər başqalarının da üzərində təcrübədən keçirmişdir. Ola bilsin ki, U.Rüstəmova belə saxta işləri aşırmaq üçün ƏƏSMN sistemində tanış məmurlarla əlbirdir və onlarla korruptiv işbirliyini hələ də davam etdirir. Odur ki, U.Rüstəmovanın əməllərinə həm dəstək verənlərin, həm də ondan ziyan çəkənlərin əhatə dairəsinin müəyyənləşdirilməsi vacibdir.


Korrupsiya-q.az [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb