Azərbaycan İdeyası

ŞİRVAN İNZİBATİ İQTİSADİ MƏHKƏMƏSİ ÇIXARDIĞI QƏRARI TƏLƏBİNİ TƏMİN ETMƏDİYİ İDDİAÇIYA NİYƏ VAXTINDA VERMƏYİB – APELLYASİYA ŞİKAYƏTİ VERMƏK HÜQUQU BƏRPA OLUNMALIDIR

Tarix:4-02-2020, 11:11
Baxış Sayı:275

Kürdəmir şəhəri, 5 saylı hərbi şəhərcik, ev13, mən. 18-də yaşayan və qeydiyyatda olan Abdulayev Araz Sədr oğlu redaksiyamıza ərizə ilə müraciət etmişdir:
“Hörmətli redaksiya, yazıb sizə məlum edirəm ki, oğlum Abdullayev Elxan 2015 - ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsinə hərbi xidmətə çağırılıb. Bu haqda mən sizin qəzetə müraciət etmişəm. Çox sağ olun ki, mənim ərizəmi ictimailəşdirib, aidiyyəti qurumlara göndərmisiz. Mən əvvələcədən sizin qəzetə Müraciət edəndə 2-1(086)-1769 /2109 bu işlə bağlı məhkəmədə proses getmişdir. Amma qərar götürülməmişdir. Qərarı 2019-cu ilin noyabr ayının axırlarında almışam. Ona görə də mən qərarı sizə verə bilmədim.
Hörmətli qəzet rəhbəri Xuraman xanım, yazıb sizə mənlum edirəm ki, mən qərarı bu gün sizə təhvil verirəm. Bu biabırçı məhkəmə qərarını və hərbi prokurorluqdan gələn cavabı əsaslandırıb ictimiləşdirməyinizi xahiş edirəm. Bu fakt ortalıqdadır. Açıq - aşkar gördüyünüz kimi, bu biabırçı bir vəziyyət, qanunsuz bir işdir. Mənim oğlum özünü öldürmək dərəcəsinə gəlib. Yəni, mən xəstəydimsə, niyə mən hərbi xidmətə getməliydim. Qalıb müalicəmi alardım. 1 il, beş ay, beş gündən sonra oğlumu hərbi xidmətdən çıxardaraq, “bu xəstəliklə sən hərbidə xidmət edə bilməzsən” – deyiblər.
Tam əsgərlik xidmətinin qurtarmağına 25 gün qalmış başa düşüblər ki, mənim oğlum hərbi xidmətə yararsızdır. Günahkarlar cəzasız qalmasın. Ondan sonra onu təxris ediblər ki, get evə. 2015-ci ildə Travmatologiya İnstitutundan həkim müayinəsindən keçdiyi zaman aşkar olunub ki, həqiqətən xəstədir. Ayağaltı düzdüyü, döş qəfəsinin batıqlığı, onurğa əyriliyi. Travmatologiya İnstitutunda akt tərtib edilib, həmin aktı da Kürdəmir rayon hərbi komissarləğına təqdim etmişəm. Buna baxmayaraq, 2016-cı ildə mənim uşağımı oktyabr ayında hərbiyə göndərmək haqqında qərar çıxarıldı. Mən soruşanda ki, hərbi biletinin qüsuru varmı - Cavabında bildirdilər ki, tam sağlamdır, hərbi xidmətə yararlıdır. Və uşağı hərbi xidmətə apardılar. Bununla bağlı mən dəfələrlə yuxarı instansiylara məktub göndərməyimə baxmayaraq, mənim şikayətlərimə heç bir yerdən cavab gəlməyib.
KİMDİR GÜNAHKAR?! KİMDİR CAVABDEH?! Cənab Prezidentimzdən xahiş edirəm ki, mənim səsimə səs versin.
Hörmətli redaksiya, mən sizdən çox xahiş edirəm, sizə gələn cavab məktublarını yuxarıda qeyd etdiyim kimi, yenidən ictimailədirib, geniş oxucu kütləsinə çıxarmaqla bu şərəf və ləyaqətlərini itirmiş, vəzifələrindən sui-istifadə edən şəxslər haqqında məlumatları yuxarı instansiyalara göndərməyinizi xahiş edirəm.
Əvvəlcədən öz təşəkkürümü bildirirəm”.
Ərizədə xatırladıldığı kimi, bu mövzu artıq bir dəfə “Korrupsiya və Qanun” qəzetinin səhifələrinə çıxarılıb. Abdullayev Araz Qədir oğlunun redaksiyamıza ünvanladığı birinci müraciəti əsasında "Korrupsiya və Qanun" qəzetinin 20 noyabr 2019-cu il tarixli sayca 05 (74)-ci nəşrində 5-ci səhifədə "MƏHDUD YARARLI GƏNCİ ƏSGƏR APARIB, BİR İL DÖRD AY XİDMƏTDƏN SONRA TƏRXİS EDİBLƏR "sərlövhəli məqalə dərc olunmuş, sonra da qəzetin nüsxələri müşaiətedici məktublarla Azərbaycan Respublikasının Hərbi prokuroru cənab Xanlar Vəliyevə, Azərbaycan Respublikasının Müdafiə naziri cənab Zakir Həsənova, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi cənab Arzu Rəhimova göndərilmiş, həmin şəxslərdən məqalədə ehtiva olunan məsələnin obyektiv araşdırılmasına və nəticə barədə redaksiyanın məlumatlandırılmasına göstəriş vermələri xahiş olunmuşdu.
Azərbaycan Respublikası Hərbi Prokurorluğundan aldığımız 12.12.2019-cu il tarixli cavab məktubunda məhz Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 03.10.2019-cu il tarixdə çıxardığı və Abdullayev Araz Qadir oğluna verilməsini gecikdirdiyi qərarı xatırladılmışdır. Həmin qərarla iddiaçının cavabdeh AR SHXÇDX-nin Kürdəmir rayon şöbəsinə qarşı Abdullayev Elxan Araz oğlunun həqiqi hərbi xidmətə göndərilməsinin qanunsuz hesab edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi barədə iddia tələbi təmin edilməmiş, qərar qanuni qüvvəyə minmişdir. Hərbi prokurorluq cavab məktubunda AR CPM-nin 39.1.6-cı maddəsinə istinad etmişdir: “Şəxs barəsində eni ittiham üzrə məhkəmənin qanuni qüvvəə minmiş hökmü və a digər məhkəmənin cinayət təqibini qeyri-mümkün edən ləğv edilməmiş qərarı olduqda həmin məsələ ilə bağlı cinayət təqibi istisna olunur. Həmçinin, AR CPM-nin 65-ci maddəsində göstərilmişdir ki, cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı olduqda həmin məsələ üzrə eni qərar çıxarılmasına yol verilmir”.
Məsələ ilə bağlı müraciət etdiyimiz digər instansiyanın - Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının da 09.01.2019-cu il tarixli cavabı redaksiyamıza yetişmişdir. Məktubdan bəlli olur ki, Komissiya Abdullayev Elxan Araz oğlunun aldığı hər hansı bir xəsarətin, travmanın, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsinin təyin edilməsi üçün SHXÇDX-nin Kürdəmir rayon şöbəsindən bir sıra sənədlərin göndərilməsini tələb etmişdir.
SHXÇDX-nin Kürdəmir rayon şöbəsinin redaksiyamıza cavabı isə qısa olmuşdur: “Müraciətinizdə qeyd etdiyiniz məsələ Şirvan İnzibati-İqtisadi Məhkəməsi tərəfindən obyektiv araşdırılmış və təsdiqini tapmamışdır”.
Sual olunur: Şirvan İnzibati-İqtisadi Məhkəməsinin məlum qərarı bu qədər qüvvəlidirsə, onun Abdullayev Araz Qadir oğluna verilməsi niyə ləngidilirdi? Bəlkə kimsə onun gecikdirilməsində maraqlıymış? Axı belə olan halda Araz Abdullayevin həmin qərarın apellyasiya qaydasında mübahisələndirilməsi üçün lazım olan 30 günlük vaxtı ötmüş olur. Belə çıxır ki, Abdullayevin növbəti addımında Azərbaycan Respublıkasının Mülki Prosessual Məcəlləsinin 133-cü maddəsinə uyğun olaraq səbəbi göstərməklə Şirvan İnzibati- İqtisadi Məhkəməsinə yenidən müraciət etməli, apellyasiya şikayəti vermək üçün hüququnu bərpa etdirməlidir.

Korrupsiya-q.az [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO