Azərbaycan İdeyası

BAKI MERİYASI “QƏHRƏMAN ANA”NIN TORPAĞINI ƏCNƏBİNİN ŞIRKƏTİNƏ SATIB

Tarix:28-01-2020, 10:37
Baxış Sayı:212

Torpaq Məcəlləsinin 48-ci maddəsinə görə əcnəbilər və digərləri Azərbaycan Respublikasında torpağı yalnız icarə yolu ilə əldə edə bilərlər (T.M. 48.3, 86.4). Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 60.2-ci maddəsinə əsasən əcnəbi, vətəndaşlığı olmayan şəxs, yaxud xarici hüquqi şəxs xüsusi əmlak üzərində sahibliyi həmin əmlakı satmaq hüququ olmadan, icarəyə götürmək yolu ilə əldə edə bilər.
Qüvvədə olan qanunvericiliyə müvafiq olaraq xarici hüquqi və fiziki şəxslərə torpaq sahələrinin vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində keçən mülkiyyət hüququ bir il müddətinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun özgəninkiləşdirilir. Xarici hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində olan mülkiyyət hüququnu qanunvericiliyə uyğun özgəninkiləşdirmədikdə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə torpaq sahəsini bu Məcəllədə nəzərdə tutulmuş qaydada məcburi satın alır (T.M. 49.4).
Çəkdiyimiz misaldan göründüyü kimi, bizim ölkədə deyəsən istisnalar da olur. Bu istisnaya Bakı Şəhər İcra Hakimiyətinin sabiq başçısı Hacıbala Abutalıbov rəvac verib – “Qəhrəman Ana” statuslu Azərbaycan vətəndaşının haqqını Kanada vətəndaşına məxsus şirkətə yedirdib.
Həmkarımız “Zəka və Ülviyyət” Beynəlxalq elmi-ictimai jurnalının təsisçisi və iş üzrə icraçı direktoru Ağayeva Elmira Nüsrət qızı uzun illərdir ki, “Qəhrəman Ana” statuslu mərhumə anası Ağayeva Gülxanım Hümmətəli qızının 1979-cu ildən Bakı şəhər və Yasamal rayon İcra Hakimiyyətlərinin növbədənkənar mənzil növbəsinin harda düyünə düşdüyünü çözə bilmir. Elmira xanım “Korrupsiya və Qanun” qəzetinin redaksiyasına yazdığı ərizədə bu tarixçəni müfəssəl nəql etmişdir:
“11 övlad anası, dövlətdən heç bir imtiyaz görmədən 2018-ci ildə dünyasını dəyişdi. Ölənədək yazmadığı, müraciət etmədiyi ünvan qalmadı. Atam II qrup əlil Ağayev Nüsrət Nuru oğlu və ailə üzvləri ilə birlikdə o zamankı “Qanlı Göl” ətrafındakı (indiki Yeni Yasamal massivi, Xarici Dairəvi Yol – 10 ünvanındakı) 1 hektarlıq sahəni zibillikdən traktorla təmizlətdirib, təsərrüfat üçün ararlı sahəyə aid xərclərini çəkiblər. 1990-cı ildə atamız dünyasını dəyişdi. Həmin təsərrüfatımızda 1 daşdan tikilmiş 20 kv/metrlik otaq, qaz, su, işıq xətləri və darvaza qapısını bağlayıb, bir müddət arabir getdik. Həmin illərdə o ərazidə yaşayış yox idi. Anamız həmin torpaq sahəsinin onun adına sənədləşdirilməsi üçün yenidən bütün aidiyyati olan qurumlara azılı müraciət edib köməklik istədi. Lakin, hər dəfə eyni bəhanələrlə uzaqlaşdırıldı. Mən anamın adından etibarnamə ilə aidiyyati qurumlara üz tutdum. Baxmaaraq ki, 25 ilədək müddət ərzində həm Azərbacan mediasında, həm də ölkəmizin ictimai-siasi həyatında dövlətçilik ənənələrinə sadiq qalaraq, şərəflə xidmət göstərmişəm. Lakin, kirayələrdə bugünədək çürüyən öz atamın balalarına köməklik edə bilmədim. 1 hektarlıq sahənin heç olmasa 0,5 hektarı üçün sənəd düzəldə bilmədim. 2010-cu ildə BŞİH-ə ünvanladığım məktuba və əraziyə basqın edən bir tikinti şirkətinin çıxarılmasına görə çəkilişlər etdim. Həmin vaxt adıçəkilən sahəyə gələn BŞİH-nin nümayəndələrindən biri (komissiya üzvü) mənə 200000 (iki yüz min) manatla bu sənədi ala biləcəyimi eşitdirdi. Çox kasıb olan, xəstə anamla biz bunu edə bilmədik. Həmin vaxta qədər hasarları, tikilən daxması söküləntəsərrüfat sahəmizin, daha çox 1980-ci illərdən əkilən və artıq böyüyüb bar verən ağacları mevələri üstündə məhv edilməyə başlandı. Daha sonra yazılan məktublara və sorğulara cavab belə verilmədi. Bir neçə il sonra məlum oldu ki, ailəmizə məxsus torpaq sahəsi xarici bir şirk.ətə satılıb. Sorğu verib cavab aldım ki, 2011-ci ildən Kanadada yaşayan xarici bir vətəndaşa məxsus “Stonepay” şirkətinə satılıb”.
Elmira Ağayeva redaksiyamızdan xahiş etmişdir ki, məsələni KİV-də ictimailəşdirib ailəsinə məxsus yaşıllığın qaytarılması üçün köməkliyimizi əsirgəməyək.
Müraciət müəllifinin ərizəsinə qoşma etdiyi materiallardan bəlli olur ki, “Zəka və Ülviyyət” jurnalı redaksiyası tərəfindən “Stonepay” MMC-nin nümayəndəlik rəhbəri R. Həmidova ünvanlanmış 27.10.2014-cü il tarixli 176/0079 nömrəli sorğuya cavab olaraq bildirilmişdir ki; Bakı şəhəri, Yasamal rayonu, (əvvəlki Qanlı-Göl ərazisi sayılan) indiki Xarici Dairəvi Yol küçəsi 10 ünvanında yerləşən torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyətinin 26/04/2011-ci il tarixli 198 saylı sərəncamı ilə “Stonepay” MMC-yə ayrıldığı bildirilib. Bundan başqa, materialın arasında Ağaevlər ailəsinin sözügedən ərazidə təmizlik işləri apararaq təsərrüfat saldıqlarını təsdiqləyən qonşularının imza atdıqları akt da vardır. Yasamal bələdiyyəsi sözügedən torpaq sahəsinin yerli özünüidarəetmə orqanının mülkiyyətində olmadığını bildirmiş, Yasamal İcra Hakimiyyətinin memarlıq şöbəsi isə isə məsələyə müvafiq qaydada baxıması üçün Ağayevlərdən torpaq sahəsi üzərində hüquqlarını təsdiq edən sənədi təqdim etməyi tələb etmişdir. Maraqlıdır, rayon rəhbərliyi hüquqmüəyənedici sənəddən ötrü ona müraciət edən vətəndaşdan məhz həmin sənədi təqdim etməsini istəyir!
Bir sıra yuxarı instansiyalar E.Ağayevaya yazdıqları imtina məktublarında vətəndaşların zəbt etdikləri torpaq sahələrinin onların adına sənədləşdirilməsinin mövcud qanunvericilikdə nəzərdə tutulmadığını xatırladıblar. Məsələ burasındadır ki, 2011-ci ildə Azərbaycan Prezidenti vaxtilə vətəndaşlar tərəfindən qanunsuz zəbt edilmiş torpaq sahələrini və onların üzərindəı tikilmiş fərdi evlərin sənədləşdirilməsi barədə qərar vermişdir. Fərq bundadır ki, Ağayevlər həmin torpaq sahəsini əllərində saxlaya bilməmişlər. Çünki, yuxarıda adı çəkilən tikinti şirkəti hələ ərazini öz adına keçirməzdən əvvəl mühafizəçilərə göstəriş veribmiş ki, torpağa iddialı şəxslər gələndə üzərlərinə itləri buraxarsınız. Bu barədə mərhumə Gülxanım Ağayevanın Prezidentə ünvanladığı məktubun surətini oxuyanda öyrəndik. Bəlli olur ki, icra hakimiyyəti orqanları Ağayevlərin müraciətnamələri ilə “ötür-ötür” oynayıblar. Keçirdiyi stresslər Elmira xanımın səhhətinə də təsirsiz ötüşməyib. O, psixogen faktorların təsiri nəticəsində gərgin həyat yaşayıb. Qidadan imtina nəticəsində hətta intihar etməyi düşünürmüş. Onun ağır vəziyətdə olmasını təcrübəli psixoloq Aytən Ələkbərova da verdiyi rəylə təsdiqləyib.

Mövzuya qayıdacağıq.

Korrupsiya-q.az [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb