Azərbaycan İdeyası

TAĞI QULİYEV ƏDALƏTİZLİYƏ QARŞI FİNCANLA DEYİL, QƏLƏMLƏ VURUŞUB

Tarix:4-02-2020, 11:12
Baxış Sayı:247

“Korrupsiya və Qanun” qəzetinin ədalətsizcəsinə həbs olunan əməkdaşı, cənub bölgəsi üzrə müxbirimiz, Astara rayonunun Ərçivan qəsəbə sakini Quliyev Tağı Hatəm oğlunun haqq səsi boğulur. Daimi oxucularımız, eləcə də Tağı Quliyevin taleyi ilə maraqlanan bütün haqsevər insanlar bilirlər ki, Astara rayon hüquq-mühafizə orqanlarının, Astara rayon məhkəməsinin qol qoyduqları bu ədalətsizliklər seriyası Bakı 1 saylı İstintaq Təcridxanasında da davam etdirildi. Quliyev Tağının hüquqlarının pozulması ilə əlaqədar aidiyyati dövlət orqanlarına ünvanladığı ərizə və şikayətlərin adresatlara göndərilməsi həmin təcridxananın rəhbərliyi tərəfindən əngəlləndi. Təqsirsizliyini sübut etmək məcburiyyəti qarşısında qalmış Tağı Quliyevin Baş Prokurorluğun Analitik Şöbəsinə müraciət etmək hüququ da təcridxana rəhbərliyinin biganəliyi səbəbindən təmin olunmadı. Çox təəssüf ki, hər şey müxbirimizi bir ildə iki dəfə şərləyən Astara Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əlövsət Əliyevin mütəşəkkil şəkildə qurduğu ssenari üzrə getdi.
Xatırladaq ki, T.Quliyevin Astara rayon mərkəzi xəstəxanasının baş həkimi Əlövsət Əliyev tərəfindən 2018-ci ilin mart ayına təsadüf edən birinci şərlənmə cəhdi uğursuz alınsa da, məkr və saxtakarlıqla müşayiət olunan ikinci cəhd hüquq-mühafizə orqanları əməkdaşlarının tərəfkeşliyi ilə reallaşmışdır.
T.Quliyev Astara rayon məhkəməsinin 21.12.2018-ci il tarixli hökmündən Şirvan Apellyasiya Məhkəməsinə verdiyi apellyasiya şikayətində sifarişlə həbs olunmasını, uydurulmuş zərərçəkənlərə guya xəsarət yetirmək üçün istifadə etmiş olduğu kimi göstərilən əşyanın üzərində ekspertiza keçirilmədən "nəticə" çıxarıldığını, müstəntiqin onunla uydurulmuş zərərçəkənlər arasında faktiki üzləşmə aparmadan "üzləşmə aktı" tərtib etdiyini, insidentin (sözlü mübahisənin) baş verdiyi yerdə mövcud olan müşahidə kameralarında qeydə alınan görüntüləri çıxarmaq tələbinin yerinə yetirilməməsini, ilkin istintaq zamanı törətmədiyi cinayəti boynuna alması üçün uğursuz işgəncə və təzyiqlərə məruz qaldığını, onun guya təqsirini qismən boynuna alması barədə ifadə verdiyi haqda yalanın qərarda yazıldığını, uydurma zərərçəkənlərin və saxta şahidlərin ifadələrinin bir-biri ilə uyğunsuzluq təşkil etməsini, hüquqlarını müdafiə edən vəkilin vəsadətlərinin məhkəmədə təmin olunmamasını və məruz qaldığı başqa hüquqpozmaları qeyd etmiş, eləcə də özünün və ailə üzvlərinin qeyri-qənaətbəxş səhhət durumu və maddi vəziyyətlərinin nəzərə alınmasını xahiş etmişdi.
Ümid edirdik ki, bu sadalananlar apellyasiya instansiyası məhkəməsində nəzərə alınacaq. Amma olmadı.
Beləliklə, Astara rayon Məhkəməsinin hökmü ilə Tağı Quliyev xuliqanlıqda təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edildi. Hökmlə razılaşmayan təqsirləndirilən şəxs apellyasiya məhkəməsinə müraciət edib. nŞirvan Apellyasiya Məhkəməsinin qərarına əsasən Tağı Quliyevin şikayəti təmin edilməyib. Gülünc ittihama görə, Tağı Quliyev Astara Rayon Mərkəzi Xəstəxanasının binasındakı uşaq poliklinika şöbəsinə gedərək, şöbənin yerləşdiyi sahənin dəhlizində aqressivlik nümayiş etdirib. Guya o, eyni zamanda poliklinikanın dəhlizində xəstəxanada qayda-qanun yaradacağını uca səslə elan edib, ucadan nalayiq küçə söyüşləri söyüb. Tağı Quliyev guya xəstəxananın baş tibb bacısı Rəcəbova Sənubər Cahangir qızının üzərinə heç bir əsaslı səbəb olmadan hücum çəkib, onun ünvanına ucadan söyüşlər söyüb. Təqsirləndirilən şəxs bununla da kifayətlənməyərək Sənubər Rəcəbovanın əlindəki fincanı alıb, onun baş nahiyəsindən fincanla vurub. Tağı Quliyev zorakı əməllərini davam etdirib yenidən həmin fincanla zərərçəkmişin baş nahiyəsinə vurmaq istəyərkən Sənubər Rəcəbova bu zərbədən əyilməklə yayındığından, zərbə qadının çiyin nahiyəsinə dəyərək fincan yerə düşüb sınıb. Hələ bu harasıdır?! Guya o, bununla da kifayətlənməyib, digər tibb bacısı Süleymanova Pərvanə Əkbər qızına qarşı da müstəsna aqressiya nümayiş etdirib.
Kollektivimiz Tağı Quliyevin hələ davam edən mübarizəsi boyunca daim onun yanında olmuş, qəzetimiz onun sözünü çatdırması üçün tribuna kimi çıxış etmişdir. Hazırda keçirdiyi streslərdən dolayı, vaxtlı-vaxtında müalicə ala bilməməsi səbəbindən səhhət durumu qeyri-qənaətbəxş olan Tağı Quliyev haqq işi uğrunda savaşından geri çəkilən deyildir. Gərək nə qədər axmaq olasan ki, Tağının iti qələmi və qələm yoldaşları dura-dura, fincanla vuruşmasına inanasan.

Korrupsiya-q.az [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb