Azərbaycan İdeyası

“BİZİ BU ZALIMIN ƏLİNDƏN QURTARIN!” – MİRQOCA MİRİŞOVDAN ŞİKAYƏT

Tarix:4-02-2020, 11:14
Baxış Sayı:213

İmişli rayonunun Aranlı kənd sakinlərindən və orada məskunlaşmış Cəbrayıl rayonundan olan məcburi köçkünlərdən ibarət bir qrup vətəndaş “Korrupsiya və Qanun” qəzetinin redaksiasına müraciət edərək, xeyli vaxtdır onları narahat edən problemin mətbuatda ictimailəşdirilməsini xahiş etmişlər. Mədətov Məhərrəm İslam oğlu və digər 30 nəfərin imza atdıqları ərizənin giriş hissəsində müəlliflər dövlət tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına göstərilən dəstəyi alqışlamış, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan, hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən aqrar siyasəti təqdir etmişlər. Onlar eyni zamanda qaçqın və məcburi köçkünlərə qayğılı münasibəti də alqışlamışlar. Bununla belə bəzi yerli məmurların, bu sırada xüsusi olaraq Bəhrəmtəpə Hidroqovşağı İstismar İdarəsinin rəisi Mirqoca Mirişovun bu siasətə kölgə saldığını qeyd etmişlər.
“Bizə Aranlı kəndi yaxınlığında yerləşən qışlaq ərazisindən heyvandarlığı inkişaf etdirmək məqsədilə İmişli Rayon İcra Hakimiyyətinin sərəncamı ilə bir neçə il bundan qabaq 2600 hektar torpaq sahəsi ayrılıb. Həmin torpaq sahəsi ilə bağlı bütün sənədləşmələr qanunla müəyyən olunmuş qaydada aparılıb. Biz bu torpaqdan səmərəli istifadə edib təsərrüfat qurmuş və inkişaf etdirmişik. Belə ki, hazırda bu torpaq sayəsində 70-80 min qoyun, bir neçə min baş mal-qara saxlanılır. Bu hevanları saxlamaq üçün lazım olan binalar, qurğular, uğun infrastruktura tərəfimizdən illərlə əziyyət və zəhmət çəkməklə yaradılıb. Biz bu təsərrüfatdan istifadə edərək indiyə qədər həm öz dolanacaq xərclərimizi qarşılamış, həm də ölkə bazarını qismən ət və süd məhsulları ilə təmin edirdik...”
Hevandarlar bildirirlər ki, Mirqoca Mirişov həmin torpaq sahəsini zorla onlardan almış, arvadı Şirinova Təranə Nəbi qızının adına keçirmişdir: “İllərlə yaratdığımız binalar, qurğular traktor və digər texnikalar yeridilməklə dağıdılmış, ərazi isə şumlanmışdır. Bu zaman bizə torpaq ayrılması barədə daha əvvəl verilmiş sərəncamlara, icarə müqavilələrinə, torpağın plan-cizgi sənədlərinə Mirqoca tərəfindən əhəmiyyət belə verilməmişdir. Nəticədə bizə külli miqdarda maddi ziyan vurulmuş, bundan sonra yaşamaq və fəaliyyət göstərmək imkanını itirmişik”
Fermerlər haqlı bir sual ortaya qoyurlar: “Bəhrəmtəpə Su Qovşağına məxsus olan traktor və digər mexanizmlərdən M.Mirişov nəyə görə şəxsi məqsədləri üçün istifadə edir? Həmin texnikanın anacağı, ehtiyat hissələri dövlət hesabına olsa da, Mirqoca onları da mənimsəmiş, həm dövlətə, həm də yerindən-yurdundan didərgin düşmüş biz köçkünlərə maddi və əmlak zərəri vurmuşdur... Qeyd etmək istəyirik ki, Mirqocanın fəaliyyəti nəticəsində əlimizdən alınmış 2600 hektar sahədə 300-400 nəfər işçi də çalışırdı ki, onlar da iş yerlərini itirdilər. Həmin səbəbdən örüş sahəsi də əlimizdən çıxdığı üçün illərlə yetişdirdiyimiz mal-qaranı saxlamaq üçün bütün imkanlardan məhrum olmuşuq”.
Şikayətçilər ölkə başçısından Mirqoca Mirişovun korruptiv əməllərinin araşdırılması, qanunsuz hərəkətlərinə son verilməsi, onlara vurduğu zərərin ödətdirilməsi, qeyri-qanuni yolla zəbt etdiyi torpaq sahəsinin onlara qaytarmılması üçün köməklik göstərməsini xahiş edirlər: “Sizdən artıq dərəcədə xahiş edirik ki, bizim, ailəmizin, övladlarımızın, bizimlə birgə çalışıb çörəkpulu qazanan insanların haqq səsinə səs verib bizi bu zalımın qeyri-qanuni hərəkətlərindən müdafiə edəsiniz”.

Korrupsiya-q.az [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb