Azərbaycan İdeyası

İMİŞLİDƏ DÖVLƏTİN ÖZÜNÜMƏŞĞULLUQ PROQRAMININ İCRASINA MANE OLAN ŞƏXSLƏR KİMLƏRDİR?

Tarix:4-02-2020, 11:30
Baxış Sayı:215

Məlum olduğu kimi, Prezident İlham Əliyevin tapşırığına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən icra olunan Özünüməşğulluq Proqramı çərçivəsində işsiz və işaxtaran vətəndaşlara biznes-planlarına uyğun olaraq mal və materiallar, o cümlədən, heyvandarlıq təsərrüfatlarını qurmaq üçün mal-qara verilir. Özünüməşğulluq Proqramı mühüm sosial-iqtisadi əhəmiyyəti ilə seçilir. Proqramın məqsədi aztəminatlı ailələrin dövlət dəstəyi ilə fərdi təsərrüfatlara sahib olması, onların gəlirlərini artırmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olmalarına şərait yaratmaqdır.
İlk vaxtlar əhali arasında populyarlığı yüksələn bu proqram çərçivəsində insanlar həvəslə təlim keçib, aktivlər əldə edirdilər. Amma təəssüflər olsun ki, çox keçmədən korrupsioner məmurlar bu layihənin də necə deyərlər, zayını çıxardılar. Aktivlərin paylanılması növbəlilik prinsipi əsasında həyata keçirilir. Təlimlərə cəlb edilənlər sonda biznes-plan tərtib edərək biznes-planlarını müdafiə edirlər, başqa sözlə, imtahan verirlər. Bax, elə məhz bu qeyri-şəffaf növbə və imtahan məsələsi ilə də rüşvətxor vəzifəli şəxslər ehtikarlıq edirlər. Kimi istəyirlər qabağa salırlar, kimi də istəsələr, get-gələ salırlar.
İmişli rayonunun Qaravəlli kənd sakinləri - Əliyev Heybət Allahyar oğlu, Quliyev Füzuli Əhilman oğlu, rayonun Qaralar kənd sakini Cabbarova Sevda Yasəf qızı redaksiyamıza ərizələrlə müraciət edərək, İmişli Rayon Məşğulluq Mərkəzinin rəhbərliyindən şikayətləniblər.
Əlil olduğunu bildirən Heybət Əliyev yazır ki, iki ildir get-gələ salınıb, amma rayon Məşğulluq Mərkəzi ona heyvan verilməsi ilə bağlı etdiyi müraciətinə qeyri-həssas yanaşır: “Çünki biz tələb olunan pulu verməmişik. Kim rüşvət verirsə, ona heyvan verirlər”.
Quliyev Füzuli Böyük Vətən müharibəsi veteranı Əhilman Quliyevin oğludur. O da iki ildir süründürüldüyünü bildirir: “Elə adamlara heyvan verirlər ki, onların ailələrində stabil əmək haqqı alan var. 5 min manat yazıb, iki baş heyvan veriblər. Halbuki, o heyvanların ikisinin bazar qiyməti olsa-olsa 2 min manatdır”.
6 nəfərdən ibarət ailəsinin üzvlərinin heç birinin işləmədiyini bildirən Sevda Cabbarova da qeyd edir ki, bu xətlə iki baş heyvan alanlara 5 min manata qol çəkdirirlər: “Növbəyə yazılan adamlardan rüşvət alıb heyvan verdilər. Mənim pulum olmadığı üçün ala bilmədim”.
Əsasən proqram çərçivəsində vətəndaşa dövlətin adından təqdim olunan inəklərin qısır, qoyunların qoca, bəzi hallarda qotur olması haqlı narazılıq yaradır. Bu, aztəminatlı vətəndaşları daha da müflis etməkdən başqa bir şey deyil. Sosial müfəttişlər proqram çərçivəsində ailəyə təsərrüfat yaratmaq üçün ayrılan vəsait hesabına alınan heyvanların qiymətini artırmaqla yanaşı, onların çıxdaş və zay olanlarını alır, sağlam və baha qiymətə rəsmiləşdirirlər. Aztəminatlı təbəqənin müstəqil qazanc mənbəyinin formalaşmasına yönələn bu proqramın icrası mətbuatın və vətəndaş cəmiyyətinin ictimai nəzarətindən kənarda qala bilməz. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində yaradılmış ictimai şura bu faktlara münasibətini bildirməli, mövqe ifadə etməlidir. Eyni zamanda nazirlik açıqlanan faktlara aydınlıq gətirməli və bu proqramın icrasına məsul olan şəxsləri məsuliyyətə cəlb etməlidir.

Korrupsiya-q.az [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb