Azərbaycan İdeyası

Azərbaycanda yüksək vəzifəli 6 nəfər İŞDƏN ÇIXARILDI - NAZİR

Tarix:27-01-2020, 16:15
Baxış Sayı:113


2019-cu ildə korrupsiya faktlarına görə 6 rayon təhsil şöbəsi rəhbərinin əmək müqaviləsinə xitam verilib.
Bunu Təhsil naziri Ceyhun Bayramov bu gün keçirdiyi mətbuat konfransında deyib.
Nazir bildirib ki, 10 rayon təhsil şöbəsinin əməkdaşına, 3 ərazi maliyyə-hesablaşma mərkəzinin rəhbərinə inzibati tədbirlər təqdim edilib. Bir sıra təhsil müəssisələrində ciddi faktların olması nəticəsində 7 halda materiallar hüquq - mühafizə orqanlarına hüquqi qiymət verilməsi üçün təqdim edilib.
Onun sözlərinə əsasən, ötən il 10 məktəb rəhbəri, direktor və direktor müavininin müqaviləsinə xitam verilib və onlar işdən kənarlaşdırılıb.
C.Bayramov əlavə edib ki, müqavilələrinin müddəti başa çatan 80 nəfər məktəb rəhbəri davamlı olaraq aşağı nəticələr göstərdiyi və məktəbi idarəetmədə bir sıra pozuntulara yol verdikləri üçün onların növbəti dəfə müqavilələrinin uzadılmaması barədə qərar qəbul edilib: "Əfsuslar olsun ki, bu istiqamətdə hələ də pozuntularla rastlaşırıq. 2020-ci ildə də belə hallar olacaqsa, Təhsil Nazirliyi tərəfindən buna sərt formada ciddi reaksiya veriləcək".
Nazir korrupsiya ilə bağlı vətəndaş müraciətlərinə ciddi reaksiya verildiyini də söyləyib. (trend) [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO