Azərbaycan İdeyası

BİR KASA UN VƏ YA DAŞDANDIRMI ÜRƏYİNİZ

Tarix:4-02-2020, 11:24
Baxış Sayı:183

Kim nə deyir desin Azərbaycanımızın qədrini bir müddət doğma vətənimizi tərk edib qayıdanda bilirik. Hamımıza öz doğma ocağımız şirindir. Öz ocağını sevməyən vətənini də sevməz. " Vətəni sevməyən də insan olmaz , olsa da o şəxsdə vicdan olmaz..." Padşahlar, hökmdarlar dövründə şah öz vəziri, vəkili ilə tərxi-libas olub öz məmləkətini gəzərmiş, öz xalqının real durumu ilə tanış olarmış, eynən elə indi bizdəki kimi.. yalansa....
...Hardasa7-8 ilin söhbətidir, yenə də restoranıma hinduşka almaq üçün ucqar bir kəndə getmişdim bir yaxın dostumla, çünki ucqar kəndlərdəki hinduşkalar dadlı və ucuz olur. Bildiyiniz kimi ucqar kəndlərimizin həyətləri 6 metrəlik daş hasarla, 50 minlik kamera, qoruyucu sistemlə, qulaqlarına " şnur " keçirmiş sekurtularla deyil söyüd ağacının şırğasından aralı-aralı pərdilənmiş hasarla əhatə olunur, o da heyvan-qara bostana girməmək üçün, yoxsa nə varki yazıq kəndçilərdə, kasıbın malı göz qabağında olar xarici ofşorlarda yox. Həə bu dostumla həyətlərə boylana -boylana maşını sürürdüm və baxırdım ki, həyətlərdə hinduşka var yoxsa yox. Bir həyətə yaxınlaşanda bir nənə dəhrə ilə peç üçün yulğun ağacını doğrayırdı, bir 5-6 yaşında oğlan və 3-4 yaşında iki qoşa hörüklü qız uşağı əllərində üstünə şor yaxılmış çörəyi iştahla yeyirdilər. Bu mənzərə mənə öz uşaqlıq illərimi və rəhmətlik nənəmi xatırlatdı. Maşını artıq bunlara yaxın yerdə saxlamışdım, gözümü mənə doğma olan bu mənzərədən çəkə bilmirdim. Qız uşağı bizi görcək dirsəyi ilə oğlanı dümsüklədi və bizim maşınımızı göstərdi üstünə şor yaxılmış çörək kəsiyi uşağın əlindən düşdü tozlu yerə, nənə əlini saxlayıb tez o yerə düşmüş çörəyi götürərək tozunu qırış-qırış olmuş əli ilə, uzun tumanının balağı ilə təmizləyərək, öz - özünə danışa-danışa verdi uşağa ;- " ay bala başua dönüm, atma yerə çörəyi, ye nənön qurban onsuz da un çualımızda bir kasa unumuz qalıb dükançı da nisyə vermir, dədəniz 3-4 günə ursiyyətdən pul göndərməsə mən başı daşlı nə edəcəm bilmirəm. Dədəniz toyuq-cücəmizi də satdı, yol pulu düzəltdi getdi ursiyyətə 2 aydı heçnə göndərmir. 150 manat pensiyamın 80 manatını bu zəhirmar banglər tutur, elə tuturlar bı dədəniz mənim adıma götürdüyü şöğərib bang qutarmırki qutarmır ehh... ay Allah, özün kömək ol bunlara ". Dostumun da ürəi yumşaq idi inan ki, ikimizi də qəhər boğdu, bu kişi qeyrətli nənənin bu halına ürək qalmadı bizdə. Gəldik həmin kəndəki dükana, dükançıdan öyrəndik bu nənənin oğlunun adını, nənənin öz adını. 50 kiloluq bir kisə un, qənd, çay, uşaqlara konfetdən zaddan aldıq gəldik həmin nənəgilə. Nənəni öz adı ilə çağırdıq durdu yaxınlaşdı bizə ; - " Bala sizə qurban olaram, kimsiniz mən sizi tanımadım, nə lazımdır, gəlin gedək evə çaydan, çörəkdən yeyin ". Dedik : - " Yox ay nənə, çox sağ ol dükançı xahiş elədi ki, sizə çatası şeylər var onu verək sizə ", - deyib doqqazı açıb maşını sürdüm düz evin piləkəninə, unu və başqa şeyləri boşaltdıq elə taxta pilləkənin üstünə və maşına oturub həyətdən çıxdıq. Nənə isə bir əli ağzında, o biri əli isə havada bizim dalımızca yelləyirdi, baxışlarında bir təəcüb, ümid işığı gördüm nənənin....
Ey gözü milyardlardan doymayanlar, siz də bu millətdənsiniz gəlin, gəlin gəzin ucqar kəndlərimizi, xalqın içərisinə girməkdən və özünü bu xalqdan saymaqdan qorxmayın !.150 manat pensiya 100 qram qara kürünün, sizin uşaqlaınızın səhər yeməyi zamanı bir tikə çörəyə yaxıb yediyi qara kürünün puludur e !!. Bunu bilirsinizmi !??!!.
Nəmrud da Allaha ox atırdı e, Allah bir balaca həşaratı burnundan soxdu onun beyninə elə başına qapaz vura-vura öldü e ...
Ocaqlarımızın tüstüsü əskik olmasın ay millətim ..!!!
[b][/b][h1][/h1]

Həsən Həsənov

Korrupsiya-q.az [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
İranda yaşayan azərbaycanlının müraciəti.
İranda yaşayan azərbaycanlının müraciəti.
İranda yaşayan azərbaycanlının müraciəti.
İranda yaşayan azərbaycanlının müraciəti.
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb