Azərbaycan İdeyası

QƏZETİMİZİN ƏMƏKDAŞLARI MİLLİ QƏHRƏMANIN ATA YURDUNDA OLUBLAR

Tarix:25-02-2020, 09:54
Baxış Sayı:223

Vətənimiz uğrunda canından keçən şəhidlərimizin xatirəsini həmişə əziz tutan “Korrupsiya və Qanun” qəzeti kollektivini təmsil edən bir qrup əməkdaşımız ənənəyə sadiq qalaraq fevralın 7-də doğum günü qeyd edilən Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun Biləsuvar rayonunun Əliabad kəndindəki ata ocağını ziyarət edib. Baş redaktorumuz Xuraman Quliyeva və digər həmkarlarımız Milli Qəhrəmanın ailə üzvləri ilə görüşmüş, şəhidin kənddəki abidəsini ziyarət etmişlər. Sonra “Veteranlar Klubu”nda görüş olmuşdur.
Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 1994-cü ildə şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olaraq 2005-ci ildə orada orta təhsilini başa vurub.
Həmin il həqiqi hərbi xidmətə çağrılıb. Əsgəri xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub.
Bir müddət mülki işlərdə işlədikdən sonra 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb. Bir müddət sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.
Təsdiq edilməmiş versiyalara görə, 19 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçir. Ermənistan silahlı qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz birinci həmlədə məhv edir. Sonra isə düşmənin öz silahlarından özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşur. Düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarır. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olur.
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı" adının (ölümündən sonra) verilməsi barədə sərəncam imzalayıb. Şəhid gizirə bu ad Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə verilib.
Şəhid Mübariz İbrahimovun ailəsinə son məktubu:
"Canım atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam - ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin".

Korrupsiya-q.az

OXŞAR XƏBƏRLƏR
Sürət yarışı təşkil edən sürücülər SAXLANILDILAR
Sürət yarışı təşkil edən sürücülər SAXLANILDILAR
Daha bir icra başçısı müavinini vəzifədən azad etdi+FOTO
Daha bir icra başçısı müavinini vəzifədən azad etdi+FOTO
78 nəfər saxlanıldı
78 nəfər saxlanıldı
Sabah Bakıda yağıntı intensivləşəcək- XƏBƏRDARLIQ
Sabah Bakıda yağıntı intensivləşəcək- XƏBƏRDARLIQ
Əhalisi çox olan bu ölkədən yeni virus yayılır.
Əhalisi çox olan bu ölkədən yeni virus yayılır.
Salyanda avtomobillər toqquşdu - Xəsarət alanlar va.+ FOTO
Salyanda avtomobillər toqquşdu - Xəsarət alanlar va.+ FOTO
Bu qəsəbədən “28 May”a tramvay çəkiləcək
Bu qəsəbədən “28 May”a tramvay çəkiləcək
Azərbaycanda 2026-cı il iqtisadi proqnozları: Sabitlik, yoxsa optimizm?+FOTO
Azərbaycanda 2026-cı il iqtisadi proqnozları: Sabitlik, yoxsa optimizm?+FOTO