Azərbaycan İdeyası

BİR KASA UN VƏ YA DAŞDANDIRMI ÜRƏYİNİZ

Tarix:25-02-2020, 09:56
Baxış Sayı:200

Kim nə deyir desin, Azərbaycanımızın qədrini bir müddət doğma vətənimizi tərk edib qayıdanda bilirik. Hamımıza öz doğma ocağımız şirindir. Öz ocağını sevməyən vətənini də sevməz. "Vətəni sevməyən insan olmaz , olsa da ol şəxsdə vicdan olmaz..." Padşahlar, hökmdarlar dövründə şah öz vəziri, vəkili ilə tərxi-libas olub öz məmləkətini gəzərmiş, öz xalqının real durumu ilə tanış olarmış, eynən elə indi bizdəki kimi.. yalansa....
...Hardasa 7-8 ilin söhbətidir, yenə də restoranıma hinduşka almaq üçün ucqar bir kəndə getmişdim bir yaxın dostumla, çünki ucqar kəndlərdəki hinduşkalar dadlı və ucuz olur. Bildiyiniz kimi, ucqar kəndlərimizin həyətləri 6 metrəlik daş hasarla, 50 minlik kamera, qoruyucu sistemlə, qulaqlarına "şnur" keçirmiş sekurtularla deyil, söyüd ağacının şırğasından aralı-aralı pərdilənmiş hasarla əhatə olunur, o da heyvan-qara bostana girməmək üçün, yoxsa nə var ki yazıq kəndçilərdə, kasıbın malı göz qabağında olar, xarici ofşorlarda yox. Həə, bu dostumla həyətlərə boylana-boylana maşını sürürdüm və baxırdım ki, həyətlərdə hinduşka var, yoxsa yox. Bir həyətə yaxınlaşanda bir nənə dəhrə ilə peç üçün yulğun ağacını doğrayırdı, bir 5-6 yaşında oğlan və 3-4 yaşında iki qoşa hörüklü qız uşağı əllərində üstünə şor yaxılmış çörəyi iştahla yeyirdilər. Bu mənzərə mənə öz uşaqlıq illərimi və rəhmətlik nənəmi xatırlatdı. Maşını artıq bunlara yaxın yerdə saxlamışdım, gözümü mənə doğma olan bu mənzərədən çəkə bilmirdim. Qız uşağı bizi görcək dirsəyi ilə oğlanı dümsüklədi və bizim maşınımızı göstərdi, üstünə şor yaxılmış çörək kəsiyi uşağın əlindən düşdü tozlu yerə, nənə əlini saxlayıb tez o yerə düşmüş çörəyi götürərək tozunu qırış-qırış olmuş əli ilə, uzun tumanının balağı ilə təmizləyərək, öz - özünə danışa-danışa verdi uşağa: - "Ay bala, başua dönüm, atma yerə çörəyi, ye, nənön qurban, onsuz da un çualımızda bir kasa unumuz qalıb, dükançı da nisyə vermir, dədəniz 3-4 günə Ursiyyətdən pul göndərməsə, mən başı daşlı nə edəcəm, bilmirəm. Dədəniz toyuq-cücəmizi də satdı, yol pulu düzəltdi, getdi Ursiyyətə, 2 aydı heç nə göndərmir. 150 manat pensiyamın 80 manatını bu zəhirmar banglər tutur, elə tuturlar, bı dədəniz mənim adıma götürdüyü şöğərib bang qutarmırki qutarmır, ehh... Ay Allah, özün kömək ol bunlara".
Dostumun da ürəyi yumşaq idi. İnanın ki, ikimizi də qəhər boğdu, bu kişi qeyrətli nənənin bu halına ürək qalmadı bizdə. Gəldik həmin kənddəki dükana, dükançıdan öyrəndik bu nənənin oğlunun adını, nənənin öz adını. 50 kiloluq bir kisə un, qənd, çay, uşaqlara konfetdən-zaddan aldıq, gəldik həmin nənəgilə. Nənəni öz adı ilə çağırdıq, durdu yaxınlaşdı bizə: - "Bala, sizə qurban olaram, kimsiniz, mən sizi tanımadım, nə lazımdır, gəlin gedək evə, çaydan-çörəkdən yeyin". Dedik: - "Yox, ay nənə, çox sağ ol, dükançı xahiş elədi ki, sizə çatası şeylər var, onu verək sizə", - deyib doqqazı açıb maşını sürdüm düz evin piləkəninə, unu və başqa şeyləri boşaltdıq elə taxta pilləkənin üstünə və maşına oturub həyətdən çıxdıq. Nənə isə bir əli ağzında, o biri əli isə havada bizim dalımızca yelləyirdi, baxışlarında bir təəccüb, ümid işığı gördüm nənənin....
Ey gözü milyardlardan doymayanlar, siz də bu millətdənsiniz, gəlin, gəlin gəzin ucqar kəndlərimizi, xalqın içərisinə girməkdən və özünü bu xalqdan saymaqdan qorxmayın!.. 150 manat pensiya 100 qram qara kürünün, sizin uşaqlarnızın səhər yeməyi zamanı bir tikə çörəyə yaxıb yediyi qara kürünün puludur e !!. Bunu bilirsinizmi??!
Nəmrud da Allaha ox atırdı e, Allah bir balaca həşaratı burnundan soxdu onun beyninə, elə başına qapaz vura-vura öldü e ...
Ocaqlarımızın tüstüsü əskik olmasın, ay millətim ..!!!


Həsən Həsənov [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb