Azərbaycan İdeyası

AZƏRBAYCAN RESPUBLIKASININ PREZIDENTI CƏNAB İLHAM ƏLIYEVƏ

Tarix:25-02-2020, 09:45
Baxış Sayı:236

Azərbaycan Respublikasının Birinci vıtse-prezidenti Mehriban xanım Əliyevaya
Surəti: Azərbaycan Respublikası Prezidentinin Huquq – Mühafizə orqanları İlə iş və hərbi məsələlər üzrə köməkçisi cənab Fuad Ələsgərova
Surəti: Azərbaycan Respublikasının Baş prokuroru cənab Zakir Qaralova
Surəti: Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab Vilayət Eyvazova
Surəti: Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Əli Nağıyevə
Surəti: Lənkəran Rayon İcra Hakimiyyətinə
Lənkəran Rayon Prokurorluğuna
Surəti: Lənkəran Şəhər - Rayon Polis Şöbəsinə
Zərərçəkmiş şəxs Dadaşov Eynulla ibadulla oğlu tərəfindən
(Ünvan: Lənkəran rayonu, Liman şəhəri, H. Aslanov küçəsi, ev – 280, tel.: 050-318-90-28)
ƏRİZƏ
Cənab Prezident və hörmətli Mehriban xanım!
Yeganə və tək ümidim Sizlər olduğunuza görə hazırda təkrarən ərizə ilə Sizlərə müraciət etmək məcburiyyətində qalmışam.
Belə ki, indiyə kımı müxtəlif orqanlara müraciət etsəm də, niyəsə həmin orqanlar öz vəzifələrinı düzgün icra etməmiş, Məlikov Şahmar Allahverdi oğlunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün heç bir əməli tədbir görülməmişdir.
Ünvanladığım şikayətlərə Daxili işlər Nazirliyinin müxtəlif strukturlarından eyni məzmunlu cavab məktubları daxil olur. Sanki bir-birləri ilə danışıb mənə cavab yazırlar. Onların surətini şikayətimə əlavə edəcəyəm. Həmin cavab məktublarını mən özümə söyüş kimi qəbul edirəm. Çünki mən bunlara başa sala bilmirəm ki, kənd təsərrüfatı təytnatlı torpaqların yararsız hala salınması üçün Cinayət Məcəlləsində 188-cı maddə ilə məsuliyyət nəzərdə tutulmuşdur. Sonuncu dəfə Lənkəran Rayon Məhkəməsinin 26 noyabr 2019-cu il tarixli 6(049)-18/2019 saylı qərarı ilə Lənkəran ŞRPŞ-nın İstintaq Bölməsinin baş müstəntiqi, polis mayoru Toğrul Huseynovun 20 iyul 2019-cu il tarixli qərarı ləğv edilmişdir. Ancaq Lənkəran ŞRPŞ-nin İstintaq Bölməsinin baş müstəntiqi polis mayqru Toğrul Hüseynov Lənkəran ŞRPŞ-nin İstintaq Bölməsinin rəisi Rüfət İbayev və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirməli olan Lənkəran Rayon Prokuroru cənab Elçin Məmmədov heç məhkəmə qərarını da saymırlar. Məhkəmə qərarı onlar üçün kağız parçasıdır.
Aradan 3 aya yaxın vaxt keçməsinə baxmayaraq, mənə Lənkəran ŞRPŞ-nın İstintaq Bölməsinin baş müstəntiqi polis mayoru Toğrul Hüseynov tərəfindən heç bir məlumat verilməmişdir.
Cənab prezident, görəsən Lənkəran ŞRPŞ-nin istintaq Bölməsinin baş müstəntiqi, polis mayoru Toğrul Hüseynovun, Lənkəran ŞRPŞ-nin İstintaq Bölməsinin rəisi Rüfət İbayevin və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirməli olan Lənkəran Rayon Prokuroru cənab Elçin Məmmədovun Məllkov Şahmar Allahverdl oğlu barəsində cinayət işi başlamaqdan çəkinmələrinin səbəbi nədir?
Cənab prezident, sonda qeyd edim ki, digər hallar kimi Sizin tərəfinizdən tapşırıq veriləcəyi halda əminəm ki, Məlikov Şahmar Allahverdi oğlunun cinayət məsuliyyətinə cəlb edilməsi 1 saat çəkməyəcək, əks halda hüquq - mühafizə orqanlarına olan inamım itməklə onların cinayətkarın yanında olması hissi məndə yaranır.
Siz Tovuz rayonunda balaca Nərminin öldürülməsi ilə bağlı cinayət işini nəzarətinizə götürən kimi cinayətkar dərhal tapıldı və həbs edildi.
Cənab prezident, xahiş edirəm, mənim işimi öz nəzarətinizə götürün. Əks halda mən hər hansı xarici dövlətdən sığınacaq istəyəcəm və ölkəni tərk edəcəm.
Məni bu addımı atmağa Lənkəran rayon prokuroru, polis rəisi və müstəntiqləri məcbur edir.
Qeyd edilənləri nəzərə alaraq,
XAHİŞ EDİRƏM:
1. Lənkəran Rayon Məhkəməsinin 26 noyabr 2019-cu il tarixli 6(049) -18/2019 saylı qərarına əsasən aparılmış əlavə araşdırma və edilmiş hərəkətlər barədə mənə məlumat verilməsini təmin edəsiniz;
2. Mənə məxsus olan Liman şəhərindəki pay torpağımdan torpağı qanunsuz olaraq qazıb satmış Məlikov Şahmar Allahverdl oğlu barəsındə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə cinayət işi başladasınız;
3. Mənə qarşı baş verən haqsızlıqlara son qoyasınız;
4. Lənkəran ŞRPŞ-nin İstintaq Bölməsinin baş müstəntiqi, polis mayoru Toğrul Hüseynov, Lənkəran ŞRPŞ-nin istintaq Bölməsinin rəisi Rüfət İbayev və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirməli olan Lənkəran Rayon Prokuroru cənab Elçin Məmmədov barəsində intizam tədbirləri gördürəsiniz;
5. Mənim işimi şəxsi nəzarətinizə götürəsiniz.

İmza: Dadaşov Eynulla İbadulla oğlu [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO