Azərbaycan İdeyası

DÖVLƏT ONUN SOSİAL MÜDAFİƏSİNİN VƏ LAYİQLI HƏYAT SƏVİYYƏSİNİN QAYĞISINA QALMALIDIR

Tarix:5-03-2020, 09:47
Baxış Sayı:231

Azərbaycan Respublikası Konstitusiyasının preambulasında çıxış edən subyekt məhz Azərbaycan xalqıdır və xalq öz niyyətini cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini arzulayaraq bəyan edir. Xalqı təşkil edən fərdlər Azərbaycan dövlətinə və onun qanunlarına tabe sayılan Azərbaycan Respublikasının vətəndaşlarıdır. Bu nöqteyi-nəzərdən, hər bir vətəndaş Konstitusiada ifadə olunan bəyanatınm müəllifidir və şəxsi firavanlığının, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının öz layiqli həyat səviyyəsinin təmin olunmasını dövlətdən istəməkdə haqlıdır. Hacıqabul rayonunun Udulu kəndində yaşayan Həsənova Şövkət Həmzalı qızı da həmçinin.
Şövkət Həsənova ərizə ilə “Korrupsiya və Qanun” qəzetinin redaksiyasına müraciət edərək maddi vəziyyətinin ağırlığından gileylənmiş, müraciətinin ictimailəşdirilərək aidiyyati qurumlara çatdırılmasını xahiş etmişdir. 2014-cü ildən qocalığa görə pensiyaya çıxdığını, üksək qan təzyiqi və ürək xəstəliyindən əziyyət çəkdiyini, hazırda aldığı 130 manat pensiya məbləğinin onun dolanışığına və müalicə xərclərini qarşılamağa yetmədiyini bildirən Şövkət Həsənova ilin bəzi vaxtını qeydiyatda olduğu kənddə qardaşının evində, hazırda isə Bakıda kirayədə yaşayan qızı ilə birgə yaşadığını qeyd edir: “Qızım da tənha anadır. İki oğlundan həddi-buluq yaşlı böyük olanı xəstədir. Dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə etdiim müraciətlər cavabsız qalmışdır. Heç olmasa, mənə ünvanlı sosial yardım təyin olunmasını istəyirəm”.
Gəlin etiraf edək ki, nəinki Şövkət ana kimi ağbirçəklər, heç bir çox cavan adamlar da ünvanlı sosial yardım üçün elektron formada müraciət yazmağı bacarmır. Bu əməliyyatın qəlizliyi barədə çox deyilib, çox yazılıb. Onu dəvət edib ənənəvi formada ərizə yazdıran da yoxdur. Üstəlik, qeyd etdiyi xəstəlikləri ilə əlaqədar tibbi komissiyadan və başqa prosedurlardan keçməyə, bürokratik sədləri aşmağa da halı qalmayıb. Yaxınları da maddi cəhətdən təminatlı olmadıqları üçün onunla qayğılana bilmirlər. Belə olan halda hökumət ona sarı getməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin I hissəsinə görə, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsinin və layiqli həyat səviyyəsinin qayğısına qalmalıdır.


Mehparə Cəfərzadə [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova vəfat etdi
Elmira Süleymanova vəfat etdi
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO