Azərbaycan İdeyası

Koronavirus əleyhinə maskalar

Tarix:30-04-2020, 13:30
Baxış Sayı:434



Koronavirus yuxarı nəfəs yollarında infeksiyaya səbəb olan virus olduğundan insanlar virus əleyhinə maskalardan istifadə etməlidirlər. Bəs görəsən onlar bu maskaları necə əldə edirlər?
Elə bu məqsədlə KORRUPSİYA VƏ QANUN qəzetinin və AENPRESS.İNFO – nun əməkdaşları birlikdə bir neçə apteklərdən qoruyucu maskaların satışda olub-olmadığına aydınlıq gətirdilər: Abşeron rayonundakı, Qaçaq Nəbi küçəsi 80 ünvanında yerləşən aptekin satıcısı bildirdi ki, bu gün bizim aptekə virus əleyhinə heç bir qoruyucu maska verilməyib. Masazır qəsəbəsinin Qurtuluş yaşayış massivində yerləşən “Zeytun” aptekdə isə maskaların artıq satıldığı bildirildi.
Nəhayət, Bakı şəhəri, Yasamal rayonundakı Şixəli Qurbanov 17 ünvanında yerləşən (M/Nizami) Çeburaşka aptekin qarşısındakı növbəni görüb ayaq saxladıq. Doğrudur, bu dəfə yanılmamışdıq. Polisin və Daxili qoşunların nümayəndələrinin nəzarəti altında vətəndaşlar aralarındakı məsafəni gözləməklə növbəyə düzülmüşdülər. Biz də maska almaq üçün növbəyə dayansaq da, artıq maskaların satışı bitdi. Ətrafdakı insanlar deyirdilər: Heç yerdə maska olmasa da, bu aptekdə nəinki maska, istədiyin hər dərman həmişə olur.
Odur ki, içəri daxil olub əczaçı Xoşqədəm xanımdan bizi maraqlandıran suallara cavab aldıq: O bildirdi ki, hər gün saat 12.00-da aptekimizə 150 ədəd maskalar gəlirdi və saat 15.00; 16.00-dək həmin maskalar artıq satılıb qurtarırdı. Bu gündən etibarən tələbatın qismən ödənilməsi üçün 600 ədəd maska alırıq və hər nəfərə 2 ədəddən artıq satılmır. Gördüyünüz kimi və sizə göstərilən bu günki satışın, yəni 600 ədəd maskanın qəbzi bunu deməyə əsas verir ki, aptekimiz bütünlüklə əhalinin yüksək xidmətindədir. Bu xidmətlərimiz hər gün, yəni sabah da, o biri günlərdə də davam edəcəkdir.
Biz də öz növbəmizdə xalqın sağlamlığının keşiyində dayanan bütün fədakar insanlara, o cümlədən tibb işçilərinə, əczaçılara, DİN-nin əməkdaşlarına öz təşəkkürümüzü bildiririk. Maskaları əl-altdan tanışlarına satan apteklərə, eləcə də maska sifariş etməyən aptek müdirlərinə üzümüzü tutub deyirik: Bu virus qohumluq, tanışlıq, varlı-kasıblıq tanımır. Dünyanın nəhəng dövlətlərini çökdürən bu ölüm kabusu gözlənilmədən hər kəsi tuta bilər. Odur ki, ayrıseçkiliyə son verib, millətimizi, dövlətimizi, vətəndaşlarımızı qorumaq naminə gəlin səfərbər olaq!.. Milli dəyərlərimizə sadiqlik göstərək. Ən azından olanımızı düzgün bölüşək.
Tövsiyyə: Korona virusdan qorunmaq üçün nə etməliyik?
Virusdan qorunmaq üçün əsas vasitələr sağlam qidalanma və immun sisteminin güclü olmasıdır. Xüsusi qoruyucu maskadan istifadə edilməsi, əllərin tez-tez yuyulması, öskürək və asqıraq zamanı salfetlərdən istifadə, kənar yerlərə toxunduqdan sonra əllərin ağıza, üzə, buruna və gözə qətiyyən vurulmaması vacibdir. Ev və vəhşi heyvanlardan uzaq qalmaq da virusdan qorunmaq üçün vacibdir. Ət yeməklərinin yaxşı bişirilməsi, xəstə şəxslərdən və qapalı məkanlardan kənar gəzmək də vacibdir.


Koronavirus əleyhinə maskalar
Koronavirus əleyhinə maskalar
Koronavirus əleyhinə maskalar
[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı