Azərbaycan İdeyası

NAZİR YAZIR, MƏHKƏMƏ HAKİMİ VƏ NOTARİUS POZUR

Tarix:24-09-2020, 11:30
Baxış Sayı:1 118

Bakın şəhəri, Yasamal rayonu, Umud Əkbərov küçəsi, 114 D ünvanında müvəqqəti məskunlaşan Füzuli rayonundan məcburi köçkün 82 yaşlı Məhərrəmov Fidayəddin Nüsrəddin oğlu “Korrupsiya və Qanun” qəzetinin redaksiyasına ərizə ilə müraciət etmiş, dələduzluq yolu ilə aldanılaraq maddi ziyan çəkdiyini, məhkəmə ədalətsizliyi ilə üzləşdiyini bildirmiş, probleminin kütləvi informasiya vasitəsilə ictimailəşdirilməsini xahiş etmişdir.
Şikayətçi yazır ki, 15 mart 2012-ci il tarixdə həyat yoldaşı dünyasını dəyişəndən sonra çətinlik çəkib və Yasamal rayonu, Şərifzadə küçəsi – 46 ünvandakı 74 nömrəli birotaqlı, təmirli, həyəti olan mənzili bazar qiymətindən təxminən 10000 manat aşağı təklif etməklə satmalı olub. Müştəri Balağazadə Həcər Zəbulla qızı tanıdığı ev dəllalını yanında gətirərək onunla mənzili 46000 manata alqı-satqı etməyə razılaşıb. Məhərrəmov qeyd edir ki, həmin makler onun gözünün zəif görməsindən, hüznlü olması səbəbindən fikrinin dağınıq olmasından və əziyyət çəkdiyi şəkər xəstəliyinin həmin vaxt şiddətlənməsi üzündən halsızlığından istifadə edərək tərtib etdikləri müqavilədə mənzilin qiymətini manatla deyil, o vaxtkı məzənnə ilə dollarla yazmışdır.
“Makler mənə müqaviləyə imza etdirmək istəyəndə mən ondan soruşdum: Biz razılaşdığımız qiyməti yazmısan? Məni aldadaraq bildirdi ki, Həcər xanımla danışdığınız qiyməti yazmışam, mən müqaviləyə imza edən vaxt xəstə olmuşam. Mən Qarabağ müharibəsində mənfur erməni hərbi birləşmələri ilə həmsərhəd olduğumuzdan qorxu altında yaşamaqdan «şəkər» xəstəliyinə tutulmuşam.
Mən olduqca fikirli, problemli, yasda olduğumdan sui-istifadə edən makler (Həcər makleri yaxşı tanıyır) evimi alan Balağazadə Həcərlə əlaqəyə girib, saxta hesab etdiyim müqavilədə 46 000 (qırx altı min) manat yazmaq əvəzinə gözümün yaxşı görmədiyindən dollarla qeyd edərək məni 11460 (on bir min 460) manat aldatmışlar. Cinayətkarın izi heç vaxt itmir. 46000 $ x 0.78=35880-390 = 34540 manat almışam. Məmmədov Ayaz qətnamənin 8-ci abzasında qeyd edir ki, iddiaçının qeyd etdiyi “dəlillər” məhkəmə üçün inandırıcı gəlmir, cavab olaraq hakim Məmmədov Ayaza bəyan edirəm ki, müdafiə etdiyim tələbim yetərincədir, istinad etdiyim hallar sübutludur, mənim tələbim qanuni və əsaslıdır. Məmmədov Ayaza bildirirəm hansı dəlilləri deyir sənin cəsarətin. Hörmətli hakim, kişiliyin çatırsa açıq yaz. Rüşvətə imkanım yoxdur.
İddia müddətinin ötürülməsi üzürlü sayıla bilər. Belə hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. MM-nin 382-ci maddəsi əsasdır.
Məhkəmə hakimi Məmmədov Ayaz bilməli idi: bütün narazılıqlar, yazışmalar aldadılma yolu ilə pul mənimsəmələr, vəzifə saxtakarlıqları 24 mart 2012-ci il tarixli tərtib edilmiş tamamilə saxta müqavilədən başlamışdır.
Məmmədov Ayaz bilməli idi: Əmlakın verilməsi barədə tərtib edilmiş müqavilə MM- nin 393-cü maddəsinə əsasən notariat qaydasında mütləq möhürlə təsdiq edilməlidir. Müqavilə əgər notarius tərəfindən təsdiqi yoxdursa, istər məhkəmə, istərsə də notarius tərəfindən qəbul edilə bilməz. Məmmədov Ayaz bilməli idi. 2000-ci ilin sentyabr ayının 01- dən qüvvəyə minmiş MM-nin 337-ci maddəsinə əsasən qanunla müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış müqavilə etibarsızdır. Əqd bağlandığı andan etibarsızdır.
Hakim Məmmədov Ayaz tərtib etdiyi Qətnamənin 4-cü abzasında qeyd edir ki, materiallar onun tərəfindən araşdırılıb. Necə araşdırma aparıb ki, müqaviləni bilməyib beh müqavilsidir, yoxsa əmlak satışıdır. Bəlkə də müqaviləni diqqətlə oxumuş olsa idi ədaləti olardı.
Xahiş edirəm diqqət yetirin:
24 mart 2012-ci il tarixli müqavilə notarius tərəfindən möhürlə təsdiq edilməyibsə, daşınmaz əmlak dövlət dilimiz olan Azərbaycan dilində manatla sənədləşdirilməyibsə, müqavilənin kim tərəfindən tərtib edilməsi, maklerin ünvanı, adı, familiyası, imzası yoxdursa, maklerin hər hansı quruma rüsum ödəməsi barədə hesabat verməyibsə, çöldən-çölə aldığı pulu mənimsəyibsə, həmin saxta müqavilə notarius tərəfindən qanuni sənəd kimi qəbul edilibsə, notarius Sadıqov Rəşadət Zülfuqar oğlu ərazi bölgüsünü nəzərə almayıbsa, hesab edirəm ki, müqavilə cinayət xarakterlidir. Əmlak Yasamal rayonu ərazisində sənədləşdirilməli olduğu halda hansı marağa görə Nərimanov rayon notarusu tərəfindən sənədləşdirilib?
Ona görə Məmmədov Ayaz tərtib etdiyi Qətnaməyə məsuliyyətsiz yanaşaraq bu günə kimi maklerin tapılıb qanun qarşısında kimiyi bilinməklə Nərimanov rayon notariusu Sadıqov Rəşadət, ev alan Balağazadə Həcər hər 4 nəfər tutduqları əmələ görə cavab veməlidilər (CM-178.2.3).
Hakim Məmmədov Ayaz Süleyman oğlu maklerin kimliyi, tapılıb məsuliyyətə cəlb etməli olduğu halda onun tərtib etdiyi müqaviləyə diqqət ayırmamış, müqavilənin saxtalığına görə «cidanı çuvalda gizlətmişdir». Məmmədov Ayaz Süleyman oğlu, bilməlisən, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 10 may 2019-cu il tarixli 3/1589-07 saytı göstərişinə əməl etməyərək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144-1 və 144-2 maddələrini, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin III hissəsinə əməl etməmisən. Belə məntiqə gələrək sənə bildirirəm ki, Azərbaycan Respublikasının Ədliyyə Naziri yazır, Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədov Ayaz Süleyman oğlu pozur.
Mən saxta müqaviləni qəbul edən Nərimanov rayonu notariusu Sadıqov Rəşadətlə görüşüb (əvvəlcədən ona bildirmədən) müqaviləni ona göstərib qanunu sənəd olmasını soruşdum. Notarius müqaviləni mənə verdi və mənə bildirdi ki, əgər müqavilədə notariusun möhürü yoxdursa, saxta hesab olunur.
MM-nin 393, 394-cü maddələrinə əsasən müqavilə notariat qaydasında tərtib edilməlidir.
Mən belə hesab edirəm ki, şəxsi marağına gorə hakim Məmmədov Ayaz qanunsuz saxta müqaviləni qanuni hesab edərək dələduzluq yolu ilə 11460 manat aldandığımı mənə məlum olmayan səbəbdən aydınlaşdırmayı b. Məhkəmənin gedişində onu mənə bildirdi ki, “cinayət məcəlləsi tərtib ediləndə kaş mən də iştirak edəydim. Onda mən bir maddə təklif edərdim. Yaşlı adamların şikayət etdiklərinə görə bir il həbs qeyd edərdim” - deyərək əli ilə məni göstərdi. Belə hakimə nə deyəsən? Mənə imkan vermədi ki, ona deəm ki, əvvəl illər vəzifə adamını axtarırdı, hazırda Məmmədov Ayaz kimiləri vəzifə axtaranlardandı. Onu tam əmlinliklə bilirəm ki, mənim pul tələbimə dair iddiamda hakim Məmmədov Ayaz Süleyman oğlu günahkardır.
Yuxanda qeyd etdiklərimi nəzərə alıb makler tərəfindən tərtib edilmiş müqavilə qanunsuz olaraq dollarla yazılaraq, notarius tərəfindən möhürlə təsdiq edilmədiyinə, qanunsuz sənəd olduğuna görə müqavilə, eyni zamanda Yasamal Məhkəməsinin hakimi Məmmədov Ayaza təqdim etdiyim ərizəmdə qeyd etdiyim müddəaları nəzərə almayaraq qəbul etdiyi 23 yanvar 2019-cu il tarixli heç bir əsası olmayan Qətnamə ləğv edilməlidir.
Bununla yanaşı saxta müqavilə tərtib edən, məni aldatmağa çalışan, ünvanı bilinməyən dələduz makler, qanunsuz müqaviləni qanuni sənəd kimi qəbul edən notarius, Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədov Ayaz Süleyman oğlu, evimi alan Balağazadə Həcər Zəbulla qızı qanun qarşısında dindirilməsi barədə Sizə ümid edərik, Sizdən xahiş edirəm.
Mən bilirəm ki, dövlət başçısının apardığı sosial yönümlü islahatlar, böyük quruculuq işləri, xalqımızın, dövlətimizin hər bir vətəndaşının maddi rifah halının yüksəldilməsi istiqamətində işlər bu məsələdə mənim AR Prezidentinə və I vitse-prezidentinə müraciət etməyimi istisna etmir. Lakin mən bu məsələnin məhz hüquq müstəvisində, məhkəmə yolu ilə həll olunmasını istəyirəm.
Buna görə də daha Sizdən xahiş edirəm ki, göstərdiyim bütün faktların düzgün, obyektiv və hərtərəfi araşdırma yolu ilə baxıb mənim xeyrimə müvafiq məhkəmə qərarı qəbul edilməsini xahiş edirəm.
Bununla yanaşı, Sizə bildirməyi vacib bilirəm ki, Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədov Ayazın tərtib etdiyi 23.01. 2019-cu il tarixli qanunsuz hesab etdiyim qətnaməsindən Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişəm. Tam məsuliyyətlə bildirirəm ki, 19 aprel 2019-cu il tarixdə verdiyim şikayət Apellyasiya Məhkəməsində Məmmədov Məmməd məhkəməni 2-3 dəqiqə müddətdə açıb məhkəmənin tərkibində etirazın olub-olmamasını soruşdu. Sonra məndən şikayətimin səbəbini, neçə manat aldığımı, adımı, familiyamı soruşdu. Sonra evimi alan, iclas zalına olduqca ərköyün daxil olan Balağazadə Həcər Zəbulla qızından “evi sən almısan” deyərək soruşmaqla hakim mənə bildirdi ki, Yasamal Rayon Məhkəməsinin qətnaməsi qüvvədə saxlanılır, onu da bildirmək istəyirəm ki, Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədov Ayaz Süleyman oğlu vəzifə həddini aşaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin mənə təqdim etdiyi tarixli 10.05.2019-cu il tarixli 3/1589-07 saylı göstərişinə məhəl qoymayaraq özbaşınalıq etmişdir. Bu barədə Ədliyyə naziri Fikrət Məmmədova, Ali Məhkəmənin sədri Ramiz Rzayevə yazılarımda bildirirəmsə də, görünür yazdığım müraciətlər rəhbərliyə çatdırılmır ki, müraciətlərim, şikayət ərizələrim cavabsız qalır. Bu da dözülməz haldır ki, aşağı səviyyəli vəzifəli şəxslər yuxarı vəzifəliləri eşitmək istəmir. Belə olduğu halda deyirik qanunlar işləmir.
Bunu bir daha aydınlaşdırmaq istəyirəm ki, Ədliyyə Nazirliyi mənim müraciətimə haqlı olaraq cavabda bildirir ki, Azərbaycan dili dövlət dilimizdir. Bununla yanaşı, alqı-satqı müqavilələri notarius tərəfindən qeydə alınıb möhürlə təsdiq edilmirsə qanunsuzdur, qəbuledilməzdir.
Mən ev satışında anlamadım, evi alan Balağazadə Həcər Zəbulla qızı məhkəməyə ərköyünlük edərək gəlməmişdir. Mən anlamadım, Balağazadə Həcər Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədov Ayazın, yoxsa Apellyasiya Məhkəməsinin hakimi Məmməd Məmmədovun ərköyünüdür.
Onu da Sizə bildirmək istəyirəm ki, müdafiə etdiyim şikayət tələbim yetərincədir. İstinad etdiyim hallar sübutludur. Mənim tələbim qanuni və əsaslıdır”.
F.Məhərrəmov həmçinin qeyd edir ki, Ədliyyə nazirinə ünvanladığı şikayətləri çatdırılmır:
“Şikayəti Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədov Ayaz Süleyman oğlundan olduğu halda, yenidən şikayəti onun üzərinə göndərilir. Hansı məntiqə sığır ki, kimdən şikayət yazırsansa, yenidən yazdığım şikayət həmin məhkəmənin üzərinə göndərilir. Bu da qəbul edilmir.
Yuxanda qeyd etdiyim müddəaları nəzərə alıb mənim Sizə ünvanladığım şikayətimin inandığım Respublika Prokurorluğuna göndərilməsini xahiş edirəm”.
F.Məhərrəmov redaksiyaya göndərdiyi 13 mart 2020-ci il tarixli ərizəsinə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin ona göndərdiyi 10.05.2019-cu il tarixli 3/1589-07 saylı məktubun, 24 mart 2012-ci il tarixli saxta hesab etdiyi müqavilənin, AN -1 No: 0287979 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsini, məcburi köçkün vəsiqəsinin surətlərini, həmçinin Ayaz adlı alqı-satqı agentinin telefon nömrəsini də əlavə etmişdir. Maraqlıdır, görəsən daşınmaz əmlak alverçisinin adı və telefon nömrəsi məlum olduğu halda, hakim niyə onun tapılıb məhkəmədə iştirak etməsinə lüzum bilməmişdir?


Röyal Muradov [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.