Azərbaycan İdeyası

Məhkəmə-Hüquq Şurasının şikayətçilərin müraciətlərinə baxmaq vəzifəsi yox imiş!..

Tarix:6-05-2020, 13:08
Baxış Sayı:211



“Sizin məhkəmə qərarlarından narazılığınız və hakimlər barədə tədbir görülməsi ilə bağlı 11.03.2020-ci il tarixdə Məhkəmə-Hüquq Şurasına daxil olmuş müraciətinizə baxılmışdır...” - “Korrupsiya və Qanun” qəzetinin baş redaktoruna MHŞ-dan verilmiş cavab məktubu məhz bu cümlə ilə başlayır.
İndi isə gəlin görək Şura vətəndaşın, o cümlədən KİV nümayəndəsinin müraciətinə “baxılmışdır” deyərək nəyi nəzərdə tutur. Bu barədə təsəvvürlərimizi dəqiqləşdirmək üçün MHŞ aparatının böyük məsləhətçisi Seyfəlpaşa Əliyevin imzası ilə təsdiqlənmiş həmin cavab məktubunun ardını oxuyuruq: “Bildiririk ki, qanunvericilikdə Məhkəmə-Hüquq Şurasının məhkəmə qərarlarının qanuniliyini və əsaslılığını yoxlamaq səlahiyyəti nəzərdə tutulmamışdır...”
Məsələ burasındadır ki, vətəndaşların MHŞ-na müraciətləri əsasən özündə məhz qanunsuz, əsassız hesab etdikləri məhkəmə qərarlarından şikayətləri ehtiva edir. Yoxsa, vətəndaşın nə iti azıb orda? Təbii ehtiyaclarını ödəmək üçünmü ora üz tutmalıdır?
Məktubu oxumaqda davam edirik: “Məhkəmə qərarları tərəflərin müraciətləri əsasında qanunvericiliklə müəyən edilmiş qaydada yalnız yuxarı məhkəmələr tərəfindən yoxlanılır, habelə işə baxılarkən müvafiq səbəblər və intizam məsuliyyətinə cəlb edilmə əsaslarının əlamətləri aşkar edildikdə, pozintuya yol vermiş hakim barədə intizam icraatının başlanılması üçün Məhkəmə-Hüquq Şurasına müraciət edilir...”
Yuxarı məhkəmə aşağı instansiya məhkəməsinin qanunsuz və əsassız qərarını qüvvədə saxlayır. Qərardan narazı qalan vətəndaş ehtiyatlanır ki, “Daha Yuxarı” instansiya məhkəməsi də yuxarı instansiya məhkəməsinin “aşağı instansiya məhkəməsinin qanunsuz və əsassız qətrarının qüvvədə saxlanılması barədə” qərarını qüvvədə saxlayar və öz qərarının sonunda yazar ki, “qərardan şikayət verilə bilməz!” Ona görə də nə qədər ki, ümid yeri, işıq gələn tərəf var – vətəndaş ünü yetən hər kəsə müraciət edir.
Əgər yuxarı məhkəmə aşağı instansiya məhkəməsinin qanunsuz və əsassız qərarını qüvvədə saxlayırsa, belə halda necə ola bilər ki, yuxarı məhkəmənin hakimi aşağı instansiyadakı həmkarının əməlində pozuntu, intizam məsuliyyətinə cəlb edilmə əsaslarının əlamətlərini aşkar etsin və bu barədə MHŞ-na müraciət etsin? Heç vaxt! Bu yalnız bir yerdə mümkündür; qərar da ləğv olunsun (və ya əhəmiyyətli bir hissədə dəyişdirilsin), hakimin də pozuntuya nəyə görə yol verdiyi araşdırılsın. Belə istisnalara Azərbaycanda tez-tez rast gəlinmir.
Nəticə çıxarmaq olar ki, MHŞ yalnız o vətəndaşların müraciətlərinə həssas yanaşır ki, onlar ən azı ikinci instansiya (apellyasiya) məhkəmələrinin sədrləri (hakimləri) vəzifəsini daşıyırlar. Qalan sadə vətəndaşların – şikayətçilərin müraciətlərinə isə sadəcə “baxır” və formal olaraq cavab verir.
Nəzərdən keçirilməyə layiq daha bir məqam da Seyfəlpaşa müəllimin məktubunun axırıncı cümləsindədir: “Həmçinin Siz müraciətinizdə qeyd etdiyiniz cinayət xarakterli xüsusatlarla bağlı təsdiqedici dəlillərinizi aidiyyəti hüquq-mühafizə orqanlarına təqdim edə bilərsiniz”.
MHŞ hüquqşünasların məbədidir, yəqin ki, böyük məsləhətçi Seyfəlpaşa Əliyev də hüquqşünasdır. Olmazmıydı ki, iltifat göstərəydi, müraciətimizi aidiyyəti hüquq-mühafizə orqanına göndərəydi? Yaxud, heç olmasa, cavab məktubunda həmin o “aidiyyəti” hüquq-mühafizə orqanlarının adlarını çəkəydi? Qeyd etdiyimiz cinayət xarakterli xüsusatlarla bağlı təsdiqedici dəlilləri onların masasına qoymaq bizdən.

“Korrupsiya və Qanun” [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.