Azərbaycan İdeyası

Nazirlik əməkdaşı müharibə veteranını Avropa otelinin qarşısına niyə dəvət edib?

Tarix:6-05-2020, 13:12
Baxış Sayı:211


Bakı şəhəri, Xətai rayonu, Qafqaz küçəsi 49/4z ünvanda yaşayan 1968-ci il təvəllüdlü Həsənov Qoşqay Şakir oğlunun ”Korrupsiya və Qanun” qəzetinin redaksiyasına müraciəti əsasında hazırladığımız “HƏRF SƏHVİNƏ QURBAN GEDƏN “VETERAN” STATUSU” başlıqlı məqalə qəzetimizdə və saytımızda dərc olunandan və müşayiətedici məktubla aidiyyati üzrə Müdafiə Nazirliyinə göndəriləndən sonra Nazirlikdən redaksiyamıza cavab məktubu gəlmişdir.
Xatırladaq ki, Q.Həsənov redaksiyamıza müraciətində bildirmişdir ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsinə baxmayaraq, ona “veteran” adının və vəsiqəsinin verilməsindən imtina edilib. Xahiş etmişdir ki, bürokratik əngəllə üzləşməsi KİV-də ictimailəşdirilsin.
Həmin məqalədə Q.Həsənovun özü və keçdiyi döyüş yolu barədə məlumatları, habelə veteran statusu almaq üçün aidiyyati qurumlarla yazışmalarını nəzərdən keçirib belə təxmin etmişdik ki, ona – Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşmüş insana – “Müharibə veteranı” adının verilməsi məqsədəuyğun hesab edilməməsinin yeganə səbəbi yəqin ki, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinə təqdim etdiyi arxiv arayışında Həsənovun adının 168 saylı hərbi hissə komandirinin əmrlərində “Qoşqay” deyil, “Qoşqar” kimi yazılmasının ayrıca qeyd olunması ola bilər.
İndi isə keçək redaksiyaya gələn 10 mart 2020-ci il tarixli cavab məktubuna. Nazirliyin Şəxsi Heyət Baş İdarəsinin ştampı ilə təsdiqlənmiş məktuba Müdafiə Nazirliyi aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyasının katibi imzalamışdır. Məktub müəllifi vətəndaş Həsənovu təmsil etdiyi Baş İdarəyə hər həftənin 3-cü və 5-ci günləri saat 10-dan 12-yə kimi komissiyaya dəvət etmişdir. Dəvət edildiyi ünvana da belə bir əlavə izah yazıb: “Avropa” otelinin yanı.
Maraqlıdır ki, Həsənovu başqa vasitə ilə (birbaşa özü ilə əlaqə saxlayaraq) komissiyaya çağırıblar. Redaksiyaya göndərilən məktub bizə yetişməzdən bir həftə əvvəl Həsənov komissiyaya gedib. Ona sadəcə bildiriblər ki, məhkəməyə müraciət edə bilər. Qəribədir, belə bir hüququnun olmasını redaksiyaya yazdıqları cavabda bir cümlə ilə xatırlada bilməzdilərmi? Görünür, üzbəüz göstərdikləri sərtliyi kağız üzərində nümayiş etdirmək istəmirlər.

Mövzuya qayıdacağıq.

“Korrupsiya və Qanun" [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova vəfat etdi
Elmira Süleymanova vəfat etdi
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO