Azərbaycan İdeyası

Füzulidə KOB düşməni kimdir? - Sahibkarlara yönəlmiş o çirkin əllər gərək kəsilsin

Tarix:28-08-2020, 16:43
Baxış Sayı:1 050




Prezident İlham Əliyev iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşündə demişdir: “Biz çox yaxşı bilirik ki, inkişaf etmiş ölkələrdə ümumi daxili məhsulda əsas rolu kiçik və orta sahibkarlar oynayır. Bizdə isə hələ ki, belə deyil. Biz də çalışmalıyıq elə bir şərait yaradaq ki, hər bir istedadlı insan, biznesə meyli, həvəsi olan hər bir insan bizneslə məşğul ola bilsin, məmur təzyiqindən, müdaxiləsindən azad olsun. Sahibkarlara yönəlmiş o çirkin əllər gərək kəsilsin. Bəzi hallarda dövlət məmurları, yerli icra orqanlarının rəhbərləri, nümayəndələri imkan vermirlər, xüsusilə bölgələrdə. Əgər indi kimsə özü üçün bir balaca iş qurursa, gəlib zəli kimi onun bədənindən yapışırlar, qanını sorurlar. Belə adamlara qarşı çox ciddi tədbirlər görüləcək. Hüquq mühafizə orqanları artıq məndən çox ciddi tapşırıq alıblar və siz nazir kimi çalışmalısınız ki, belə hallara yol verilməsin, əgər yol verilərsə, dərhal məni məlumatlandırın. Belə yaramaz məmurlara qarşı ən ciddi sanksiyalar və tədbirlər görüləcək. Ona görə biz sahibkarlara nəfəs verməliyik ki, onlar rahat işləsinlər. Vergidən başqa heç bir ödəniş ola bilməz”.
Sahibkarlığın inkişafı Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindəndir. Dövlət başçısının imzaladığı müvafiq fərman və sərəncamlar əsasında özəl bölmənin inkişafı istiqamətində müxtəlif təbirlər və islahatlar aparılır. İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin “Kiçik və Orta Biznesin Dostu” (“KOB Dostu”) layihəsi də mütərəqqi islahatların tərkib hissəsidir. Layihə artıq cəbhəyanı rayonlarda da fəaliyyət göstərən sahibkarlara xidmət göstərməkdədir.
Keçən ilin mart ayının 13-dən Füzuli rayonunda fəaliyyətə başlayan KOB Dostu bu sahədə önəmli dəstək mexanizmlərindəndir. Ancaq hansı kreativ layihə olur-olsun, onun reallaşdırılması yolunda bir nömrəli əngəl yerli məmurların yaratdıqları süni maneələr, bürokratik əngəllərdir. Həmin maneələr olmasa, hətta heç kreativ təşəbbüslərə də ehtiyac qalmaz desək, yanılmarıq. Axı özü-özlüyündə qanunlarımız çox mükəmməldir, dövləti zənginləşdirməyə, cəmiyyəti tərəqqiyə qovuşdurmağa hesablanıb. Təkcə onların işləmələri lazımdır.
Füzuli rayonunun Əhmədbəyli kənd sakini Quliyev Sənan Filman oğlu “Korrupsiya və Qanun” qəzetinin redaksiyasına ərizə ilə müraciət edərək aşağıdakıları bildirmişdir:
“Gəncə Tibb Məktəbinin Əczaçılıq fakültəsini bitirmişəm və 2011-ci ildə Füzuli rayonunun Əhmədbəyli kəndində VÖEN əsasında aptek açıb 2019-ci ilin yanvar ayının 15-dək, 7 il ərzində əczaçılıq fəaliyyəti ilə məşğul olaraq kənd sakinlərinə və digər məcburi köçkünlərə satışına icazə verilən dərmanların satışı ilə sərbəst surətdə məşğul olmuşam. Lakin əczaçılıq fəaliyyəti üçün lisenziyam olmadığından, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən aptekin fəaliyyəti 15 yanvar 2019-cu il tarixdə dayandırılmış, lisenziya aldıqdan sonra aptekin fəaliyyətinin bərpa olunacağı rəsmi qaydada mənə bildirilmişdir. Lisenziya almaq üçünsə aptek binasının Dövlət Reyestr Xidməti (DƏDRX-red.) tərəfindən verilmiş şəhadətnamə (kupça) tələb olunur.
Onu da bildirirəm ki, aptek binasının yerləşdiyi torpaq sahəsi DƏDRX tərəfindən verilmiş şəhadətnaməyə (kupça) əsasən mənə məxsusdur, həmin torpaq sahəsi üzərində şəxsi vəsaitim hesabına xırda aptek binası inşa etmişəm.
Baxmayaraq ki, çox hörmətli Prezidentimiz cənab İlham Əliyev hər çıxışında gənc sahibkarları irəli çəkməyi, onlara dəstək olmağı dövlət məmurlarına tapşırır, lakin dəfələrlə etdiyim müraciətlərə baxmayaraq, aptek binasına şəhadətnamə almaq üçün Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev nədənsə, heç bir əsaslı səbəb göstərmədən sərəncam vernəkdən imtina edir. Bu imtina məndə belə bir hiss yaradır ki, sərəncamın verilməsi üçün məndən “şirinlik” formasında rüşvət istənilir.
Mən kasıb adamam, məcburi köçkünəm, “şirinlik” formasında rüşvət verməyə nə pulum var, nə də mən belə bir hərəkət etmərəm. Çünki mənim çox hörmətli Prezidentim belə hallarla daim mübarizə aparır və sahibkarları da belə hallarla mübarizə aparmağa çağırır.
Odur ki, Sizdən xahiş edirəm, şikayət ərizəmə baxaraq mənə sərəncam verilməməsinin səbəblərini araşdırıb qanuni qərar qəbil edəsiniz və sərəncam almağımda mənə köməklik edəsiniz”
S.Quliyev həmçinin qeyd etmişdir ki, bu prosesdə Fövqəladə Hallar Nazirliyinin yekun rəyi də nəzərə alınır.
Əlbəttə, RİH başçısının ondan “şirinlik” umması barədə yazdıqları ərizə müəllifinin öz mülahizələridir və bu xüsusda cənab Alı Alıyev öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Onun görməli olduğu ən vacib iş öz vəzifəsini yerinə yetirməsidir. Sənan Quliyevin aptek binasına sərəncam vermək icra başçısının səlahiyyətindədir. Məhz Sənan Quliyevə münasibətdə niyə öz səlahiyyətini yerinə yetirməməsinə isə cənab başçı aydınlıq gətirməlidir.

“Korrupsiya və Qanun” [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO