Azərbaycan İdeyası

QAÇQINKOMDAN NÖVBƏTİ “ƏL-LƏZİNƏ”

Tarix:24-09-2020, 11:33
Baxış Sayı:383

Milli Məclisin mayın 1-də keçirilən iclasında Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bəzi nazirliklərin aparatlarında islahatların aparılmasını vacibliyini qeyd etdi. Deputat Hesablama Palatasının illik hesabatının müzakirəsi zamanı deyib ki, bəzi nazirliklərin aparatları şişirdilmiş aparatlardır: ““Hamı aparat rəhbəri təyin edir. Mənzil istismar sahəsindən tutmuş icra hakimiyyətinə qədər hamı aparat rəhbəri təyin edir. Bəs onda müavin funksiyası harada qalır?” Deputat bildirib ki, mətbuat xidməti ancaq zəruri qurumlarda olmalıdır: “Karantin dövründə də gördük ki, nazir qalıb kənarda, bunun mətbuat xidməti xalqa əlləzinə oxuyur. Əgər xalqın qarşısına çıxmağa üzü yoxdursa və ya qabiliyyəti çatmırsa, getsin otursun evdə”.
“Korrupsiya və Qanun” qəzetinin Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevə göndərdiyi 2020-ci il 30 yanvar tarixli 0574 saylı məktuba Komitənin aparat rəhbəri Eldar Zeynalovun imzası ilə 25 fevral 2020-ci il tarixli dalbadal eyni məzmunlu iki - 02/267 və 268 saylı cavab məktubları gəlmişdir. Biz gileylənirdik ki, Komitə vətəndaşlara və onların problemlərindən yazan KV-ə ayrı-ayrı vaxtlarda nöqtəsinə-vergülünədək eyni olan məktublar göndərir, cavab məktublarının məzmununu eyni saxlamaq şərtilə cümlələrini də dəyişməyə lüzum görmür, hazır abzasları nüsxələyir. Bu da təbii ki, nəzərdən qaça bilməz. İndi isə elə bil bizim acığımıza bir gündə üstümüzə eyni məzmunlu iki məktub göndəriblər. Yəqin istehza ilə demək istəyirlər ki, nə qədər yazırsınız – yazın, biz öz bildiyimizi edəcəyik.
Bildirilmişdir ki, mənzilə ehtiyacı olan məcburi köçkün ailələrinin istifadəyə verilməsi gözlənilən məcburi köçkün qəsəbələrindəki mənzillərin sayına nisbətən çoxluq təşkil etməsi nəzərə alınaraq, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin xüsusi rəyinə uyğun olaraq ən çətin və ən qəzalı şəraitdə yaşayan məcburi köçkün ailələrinin ilk növbədə köçürülməsi qərara alınmış və Komitənin tərkibində yaradılmış komissiya tərəfindən işlər əsasən bu ardıcıllığa uyğun istiqamətləndirilmişdir. – Bu cümlə Komitədən aldığımız əvvəlki cavab məktublarında da ilk abzaslarda yer alıb. Məntiqinə sözümüz yoxdur. Məsələ burasındadır ki, bizim ünsiyyətdə olduğumuz, vəziyyətləri ilə maraqlandığımız məcburi köçkünlər də acınacaqlı şəraitdə yaşayırlar. Əminik ki, indiyədək mənzillə təmin olunanların heç də hamısının yaşayış şəraiti bizim siyahıda göstərilənlərin vəziyyətindən pis olmayıb. Qaçqınkom və FHN mənsubları bunun əksini sübut etmək istəyirlərsə, buyursunlar – onlar da öz komissiyalarının rəylərini ortaya qoysunlar, biz də apardığımız çəkilişlərdən görüntüləri. Əslində biz hər dəfə qəzet nəşr edəndə, qəzetin saytında bu mövzuya aid material dərc edəndə həmin foto-video görüntüləri ictimaiyyətə təqdim etmişik. Sadəcə onları mənzil verilmiş şəxslərin son anadək yaşamış olduqları ünvanlarla yanaşı qoyub müqayisə etmək imkanımız yoxdur. Belə bir cəhd eləsəydik, qarşımıza hər bir jurnalistin ağrılı yeri olan bir nida çıxacaqdı: “Siz müstəntiqsiz-nəsiz?”
Komitənin məktubunda qeyd olunur ki, məcburi köçkünlərin müvəqqəti məskunlaşması məqsədilə inşa edilmiş qəsəbələrə təyinatı üzrə köçürülməsi nəzərdə tutulmuş ailələr köçürülmüş və köçürmə başa çatmışdır. Bu səbəbdən istifadəyə verilmiş qəsəbələrdə Komitənin boş mənzil fondu yoxdur. – Bəli, başa düşürük ki, Komitə binaları “balalamır”, onların yenisinin tikilməsi üçün vaxt lazımdır. Ancaq problemlərini qəzetimiz vasitəsilə ictimailəşdirməyə məcbur olan köçkünlər həmin binalar tikilməkdə ikən və hətta tikilməzdən əvvəl Komitəyə müraciət ediblər, mənzillər dolandan sonra yox.
Sonra isə Komitənin cavab məktubunda bizim siyahıdakı köçkünlərin problemi ilə bağlı fərdi qaydada münasibət bildirilmişdir: “Müraciətinizdə adları qeyd edilən Cəbrayıl rayonundan məcburi köçkün Məmmədov Elmir Rəşid oğlu mənzillə təmin ediləcək Qarabağ müharibəsi əlillərinin siyahısında 26-cı şəxsdir. – Bu, özündə konkret rəqəm ehtiva etdiyinə görə heç olmasa, ümidverici cavabdır. İnanmaq istərdik ki, mənzillərin verilməsində növbəliliyin gözlənilməsi məsələsində şəffaflıq təmin olunacaq.
Əlavə olaraq bildirilmişdir ki, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi R.Qənbərov – 4 ünvanındakı Maşınqayırma zavodunun yataqxanasında məskunlaşan Cəbrayıl rayonundan məcburi köçkün Mamedova Aidə Rəşid qızının ailəsinin Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində istifadəyə veriləcək yeni qəsəbəyə köçürülməsi nəzərdə tutulmuşdur. – Sual olunur?: Niyə köçkünlər üçün tikiləcək hər hansı başqa binada deyil, məhz Ramanada? Bu məsələ A.Mamedovanın özü ilə razılaşdırılıbmı? Bundan əlavə, qəsəbədə bir deyil, onlarla bina və yaxud, bir deyil, yüzlərlə fərdi ev inşa olunur. O halda növbədə neçənci olacaq? Axırda tikiləcək binasının ən axırıncı mənzilinədəkmi gözləməlidir?
Füzuli rayonundan məcburi köçkün Mirzəyeva Naridə Famil qızının probleminə də Komitənin öz stilinə uyğun cavabı var: O, növbəti mərhələdə Beyləqan rayonu ərazisində yeni qəsəbələr inşa olunan zaman mənzillə təmin ediləcəkdir. – Hörmətli oxucular, fikir verdinizmi? Qəsəbədən deyil, qəsəbələrdən gedir söhbət. Demək, məmurlar Beyləqanda inşa olunacaq qəsəbələrin birincisində salınacaq ilk evdə Naridə xanımı yerləşdirməyə bilərlər. Ən axırda inşa olunacaq qəsəbənin ən axır ucunda tikiləcək evin aqibətini gözləməsi üçün başının altına yastıq qoya bilərlər. “Cəbrayıl rayonundan məcburi köçkün Rüstəmov Piriş Yaşar oğlu və Füzuli rayonundan məcburi köçkün Şəmiyev Emin Asif oğlu ərizələri ilə birlikdə müvafiq sənədləri Komitəyə təqdim etdikdən sonra adlarının mənzillə təmin ediləcək məcburi köçkünlərin siyahısına salınması məsələsinə müvafiq qaydalar əsasında baxılacaqdır”. – Maraqlıdır, bu adamların mənzilə sahib olmaq uğrunda apardıqları çoxillik mübarizə gözümüzün qabağında baş verib. İndiyədək bütün lazımi sənədlərini təqdim ediblər. Hətta Emin Şəmiyevə və qardaşına mənzil növbəsinə salındıqları barədə daha əvvəl məktub da gəlib. Komitə niyə əvvəl yazdığı cavabları unudur? Belə olan halda illər boyu mənzil həsrətində qalan məcburi köçkünlərin Komitənin məktublarını “əl-ləzinə” hesab etməyə haqları yoxmu?

“Korrupsiya və Qanun” [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı
Ağdaban kəndinin qəbiristanlığında minalanmış sahə aşkar edilib
Ağdaban kəndinin qəbiristanlığında minalanmış sahə aşkar edilib
Ağsuda xeyli silah-sursat aşkar edilib - FOTO
Ağsuda xeyli silah-sursat aşkar edilib - FOTO
Ağsuda xeyli silah-sursat aşkar edilib - FOTO
Ağsuda xeyli silah-sursat aşkar edilib - FOTO