Azərbaycan İdeyası

ALİ MƏHKƏMƏ R.USUBOVUN VƏ Z.QARALOVUN “GÖRMƏDİKLƏRİ” CİNAYƏTLƏRİ V.EYVAZOVA VƏ K.ƏLİYEVƏ ŞİKAYƏT ETMƏYİ MƏSLƏHƏT GÖRÜR

Tarix:14-05-2020, 10:36
Baxış Sayı:245

Azərbaycan Respublikasının Ali Məhkəməsinin ünvanına Prezident Administrasiyası vasitəsilə daxil olmuş məqaləmiz ali instansiya məhkəmə instansiyasında “baxılmış” və müəyyən edilmişdir ki, problemini “Korrupsiya və Qanun” qəzetində ictimailəşdirdiimiz vətəndaş Atayeva Fərqanə Nadir qızının ərizəsinə 30 mart 2016-cı il tarixdə Abşeron Rayon Məhkəməsi tərəfindən baxılmış, iddiası təmin edilməklə, qiyabi qətnamə qəbul edilmişdir. Ali məhkəmədən redaksiyamıza daxil olan 02 mart 2020-ci il tarixli 3m-509/20 saylı məktubda həmçinin bildirilir ki, F.Atayevanı aldatmış şəxslərin əməllərində cinayət tərkibinin olması ilə əlaqədar Baş Prokurorluğa və Daxili İşlər Nazirliyinə, sosial mənzillə təmin olunması ilə bağlı isə müvafiq icra hakimiyyətinə müraciət edilə bilər.
Zakir Qaralovun baş prokuror vəzifəsindən getməsi, onu Kamran Əliyevin əvəzləməsi hardasa ümidvericidir və yəqin ki, haqq işi uğrunda mübarizədə israrlı olan F.Atayeva növbəti ərizəsini məhz yeni baş prokurora ünvanlayacaqdır. Amma bu tarixçədə bir xoşagəlməz məqam ondan ibarətdir ki, predmetin və Atayevanın şikayətlərinin sırası kökü Ramil Usubovun daxili işlər naziri olduğu 2016-cı ildən başlayıb. Görünən odur ki, DİN rəhbərinin dəyişməsi Atayevanı aldatmış cinayətkarların məsuliyyətə cəlb olunmasına gətirib çıxarmadı. Hüquq-mühafizə və cinayət təqibi orqanlarının aşkar cinayəti görməzdən gəlmələri işin doğru yoldan əyilməsinə səbəb oldu.
Aydın məsələdir ki, məhkəmə vətəndaşları sosial mənzillə təmin etmir. Ancaq Atayeva üz tutduğu instansiyalardan ilk növbədə cinayət yolu ilə onun evini satdırıb pulunu mənimsəyən şəxslərin tapılaraq məsuliyyətə cəlb olunmasını, pulunun onlardan alınaraq qaytarılmasını tələb edir. Sosial mənzillərdən birinə yiyələnmək xahişi isə hazırki acınacaqlı durumu ilə əlaqədardır.
Xatırladaq ki, vətəndaş Atayeva Fərqanə Nadir qızının Azərbaycanın Birinci Vitse-Prezidentinə, Baş Prokurora, Daxili İşlər nazirinə ünvanladığı və qəzetimizdə dərc olunmuş açıq müraciətnaməsində ehtiva olunan məsələ bundan ibarət idi ki, Fərqanə Atayeva qızı və oğlu ilə birgə yaşadığı Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 1-ci küçədə yerləşən 17 saylı evini yaxınlıqda fəaliyyət göstərən gəlinlik paltarlarının kirayəsi ilə məşğul olan Həsənzadə Xanmiri Zivər Əbdüləhəd qızının və onun əri taksi sürcüsü Həsənzadə Xanmiri Hüseynin təhriki ilə satmış, pulunu onlara vermişdir. Cütlük Fərqanə xanımı inandırmışdır ki, onlar həmin pulu İranla əlaqəli qurduqları şirniyyat biznesinə yatıracaq, nəticədə ona da xeyir verəcəklər. F.Atayeva onlara inanaraq 2012-ci ilin noyabr ayından kirayə ev tutmuşdur. Lakin 3 aydan sonra pulunu istəyəndə ona müflis olduqlarını deyəndə aldanıldığını başa düşmüş və polisə şikayət etmiş, onların tutulmalarını tələb etmişdir.
F.Atayevanın redaksiyaya təqdim etdiyi iş materiallarından görünürdü ki, o, Həsənzadələrə qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmiş, cavabdehlərdən müştərək qaydada 03 oktyabr 2012-ci il tarixdə onlara verdiyi 20000 (iyirmi min) ABŞ dolları borcdan ödəmədikləri 4165 ABŞ dolları borcu, əlavə olaraq verdiyi 3000 manat və 2350 manat borcu, çəkdiyi xərc qismində 13800 manat kirayə haqqı və ödədiyi 30 manat dövlət rüsumu olmaqla ümumilikdə 6515 ABŞ dolları və 16830 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını və həmçinin məhkəmə tərəfindən mülki işin araşdırılması zamanı cavabdehlərin hərəkətlərində cinayət əməlinin əlamətləri aşkara çıxarsa, bu barədə xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsi 30 mart 2016-cı il tarixdə çıxardığı 2(012)-781/2016 saylı qiyabi qətnamə ilə iddianı təmin etmişdir. Ancaq cavabdehlərin barəsində xüsusi qərardad çıxarılmamışdır. Halbuki, F.Atayeva bildirmişdir ki, Həsənzadələr bir çox başqa şəxsləri də aldadaraq borc almış, ölkədən qaçmışlar. Məhkəmə gedə-gedə F.Atayeva onların ölkədən çıxışına “STOP” qoyulmasını xahiş etsə də, buna məhəl qoyulmamışdır.

“Korrupsiya və Qanun” [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb