Azərbaycan İdeyası

BƏYKIŞI ATAKIŞIYEVI DƏ ÜZDƏNIRAQ SƏLƏFLƏRININ AQIBƏTI GÖZLƏYIR – LNS ŞIRKƏTINDƏN ŞIKAYƏT

Tarix:24-09-2020, 14:04
Baxış Sayı:375



Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-cii il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarına əsasən törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun.
Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçilmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər.
Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir.
1966-cı il təvəllüdlü, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq Y/M, II -ci küçə, ev 43 ünvanda qeydiyyatda olmaqla yaşayan 'Əhmədova Kəmalə Camal qızı Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Bakı şəhər Prokurorluğuna, Nərimanov Rayon Prokurorluğuna, Nərimanov RPİ-nə ünvanladığı şikayət ərizəsini KİV-də ictimailəşdirmək məqsədilə bir surətini də “Korrupsiya və Qanun” ictimai - siyasi hüquq qəzetinə göndərmişdir.
LNS Şirkəti və onun rəhbəri Bəykişi Atakişiyev barəsində olan həmin şikayətin müəllifi hesab edir ki, məhz dələduzluğa məruz qalmışdır:
“2018-ci ilin iyun aymda ilk dəfə olaraq LNS şirkətində işləyən Elmira adlı tanışımın vasitəsilə sözügedən şirkət barədə məlumat əldə etdim. Mən həmin dövrdə işsiz olduğum üçün daimi bir iş yerim və qazancım yox idi. Bu barədə məlumatı olan Elmira adlı tanışım özünün LNS şirkətində çalışdığını, çox razı olduğunu, yetərincə qazanc əldə etdiyini, həmin şirkətlə mənim də müstəqil təmsilçi kimi işləyəcəyim halda maddi vəziyyətimin yaxşılaşacağını, xeyli qazanc əldə edəcəyimi söylədi. Mən LNS şirkətinə gələrək, ordakı mövcud şərtlərlə tanış olmaq qəranna gəldim. Şirkətə gələr-gəlməz şirkətin əməkdaşları mənə burada çox əlverişli şərtlər altında çalışacağımı, əgər razılaşdığım halda maddi rifahımın çox tezliklə yaxşılaşacağını, qısa zaman kəsiyində böyük qazanc götürəcəyimi vəd etdilər. LNS şirkəti bir NetWork şəbəkəsi olmaqla qabaqcadan sifariş verməklə müxtəlif məhsulların topdan satışını təşkil edir. Mən qabaqcadan ödəniş etməklə, məişət texnikası, saatlar, zinət əşyalan, müalicəvi qolbaqlar, tur paket və s. kimi məhsullar əldə etməklə qanuni təmsilçi kimi onların satışını həyata keçirməli idim. Bundan əlavə, mən özümdən də savayı başqa şəxsləri də bu şirkətlə işləməyə cəlb etdiyim halda mənim bonuslanm artmaqla, əlavə qazanc da əldə etmiş olurdum. Həmçinin mənim əlavə müştərilərin sözügedən şirkətə cəlb olunması onlar üçün çox sərfəli olacaqdı. Belə ki, şirkət öz şəbəkəsini genişləndirməklə yanaşı, həmçinin yeni cəlb olunmuş müştərilərin ödədikləri vəsait hesabına öz gəlirlərini artırmış olurdu. LNS şirkəti insanların bir-birini cəlb etməsi ilə fəaliyyət göstərərək külli miqdarda gəlir əldə edən şəbəkə biznesini həyata keçirən bir təsisatdır. İlk başdan, mənə edilən bu təkliflər, çoxlu qazanc əldə etməyim ilə bağlı verilmiş vədlər çox cəlbedici gəldi. Belə ki, şirkətin rəhbərinin və müştərilərlə iş üzrə əməkdaşının mənlə etdiyi söhbətlərdən sonra mən bir növ onların təsiri altına düşdüm, sanki həmin an məni bu şirkətə qoşulub, dedikləri məbləği ödəməklə bütün maddi sıxıntılardan qurtulacağıma inandırdılar. Həm də, yaxın tanışımın belə orda işləməsi mənə bu təklifin inandırıcı olmasına ümid yaratdı. Mən özüm müxtəlif vaxtlarda hissə-hissə əvvəl 1000 manat, daha sonra isə 1250 manat məbləğində ödənişlər etmiş oldum. Əlavə olaraq qeyd etmək istərdim ki, bu şirkət öz fəaliyyətini bal sistemi əsasında tənzimləyirdi. Mən 1000 manatı yalnız öz yerimə deyil, şəbəkə biznesinin şərtlərinə uyğun olaraq öz oğlum Əhmədov Anar Nasir oğlu və qızım Əhmədova Aysel Nasir qızının da əvəzinə ödədim. Yəni bu məbləğ mən tərəfdən üçümüzün adma ödənildi və bir ballıq sistem əsasında məişət texnikası sifariş olundu. Lakin bu şirkətdə ən yüksək və prestijli bal 15 bal hesab olunduğu üçün bu bala keçid üçün mənə əlavə 1250 manat ödəməli olduğumu söylədilər. Həmçinin 15 ballıq sistemin mənə daha böyük üstünlüklər gətirəcəyini vəd etdilər. 1250 manatlıq ödənişi etməklə mən 15 bal əldə etdim. Həmin məbləğlərin müqabilində isə mənə sifariş verdiyim məişət texnikası çatdırılmalı idi. Lakin zaman keçməsinə baxmayaraq mənə verdiyim pulun müqabilində nə texniki məişət məhsulları, nə də ki pulun özü qaytarıldı. Əlavə olaraq qeyd etmək istərdim ki, LNS şirkətlər qrupundan narazı olan yeganə şəxs mən deyiləm. 2019-cu ilin may aymda bir sıra insan, o cümlədən Elmira adlı tanışım da şirkətdən narazı olmaqla, ondan şikayət etmək niyyətində idi. Baş qaldırmış bu kütləvi narazılıqlardan ehtiyyat edən şirkətin rəhbəri Bəykişi Atakişiyev şikayətçilərin pullarını və ya sifariş verdikləri məhsullarım onlara geri qaytardı. Həmin dövrdə mənim də 1000 manatlıq ödədiyim məbləğ müqabilində məişət texnikam mənə təqdim olundu. Lakin yerdə qalan 1250 manat məbləğində pulum isə bu günə kimi geri qaytarılmayıb, o cümlədən onun müqabilində heç bir məhsul verilməyib. Bununla bağlı mən Bəykişi Atakişiyevin dəfələrlə qəbulunda olmaq, onunla əlaqə saxlamağa çalışmağıma baxmayaraq, o, mənə 1250 manatın o qədər də böyük pul məbləğinin olmadığım, ondan gözümü çəkməyimi, həmin pulun mənə geri qaytarılmayacağım demişdir.
Yuxanda göstərilən maddi ziyandan savayı şirkətin rəhbəri və əməkdaşlarının mənə təsiri səngimək bilmirdi. Belə ki, onlar mənlə mütəmadi əlaqəyə girməklə, psixi təzyiq göstərir, əlavə olaraq da öz əhatəmdə olan, qohumluq əlaqələrində olan şəxslərin bu biznesə cəlb etməli olduğumu söyləyirdilər. Ödədiyim pulu diriltmək üçün, həmçinin onların psixi təzyiqlərinə tab gətirməyərək təkrarən onların tilovuna düşmüş oldum. Bu zaman mən 11 nəfər mənə yaxın olan, mənim qohumum olan, o cümlədən qardaşlarımı və həyat yoldaşımı da bu şəbəkə biznesinə yazdırmaqla onlann adına da adambaşı 270 manat, ümumilikdə 2.970 manat nəğd pul ödəmiş oldum və bu məbləğə tur paket sifariş verdim. Bu günə kimi isə həmin puldan belə bir qəpik mənə geri qaytarılmamış, həmçinin onun müqabilində vəd edilmiş tur pakedər mənə təqdim olunmamışdır. Həmçinin mənim əlavə şəxslər cəlb etməyim müqabilində qazanc kimi mənə çatası olan 50 manat pul da mənə bu günə kimi ödənilməmiş qalır...”
K.Əhmədova ərizəsində qeyd edir ki, hal-hazırda işsizdir, onun və ailəsinin ödədiyi həmin pula böyük ehtiyacı var:
“Mən inanaraq, mənə vəd edilmiş biznesə qatılmaqla qazanc əldə etmək niyyətində olmuşam. Hesab edirəm ki, LNS şirkətinin rəhbəri mənim mam və etibarımdan sui-istifadə etməklə əvvəldən bəri mənim ödədiyim həmin pulu mənimsəmək, ələ keçirmək niyyətində olmuşdur... Mənim vəziyyətimə münasibətdə isə LNS şirkəti və onun rəhbərliyi, o cümlədən bütüıı işçi heyəti mütəşəkkil cinayətkar qrup (şəbəkə) yaratmaqla, maddi sıxıntısı olaraq, öz maddi rifah vəziyyətini yaxşılaşdırmaq niyyətində olan onlarla sadə vətəndaşı öz şəbəkələrinə cəlb edərək, şirkətin təqdim etdiyi məhsulları onlara təqdim etmə adı ilə onlardan xeyli miqdarda pul vəsaiti alaraq, onların etibarından, inamından suı-ıstifadə etməklə vəd olunmuş məhsulu onlara təqdim etmirlər, həmçinin ödənilmiş pul vəsaitinin də geri qaytarılmasından imtina edirlər...”
Ərizəçi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə istinad edir:
“CM-nin 177-ci maddəsinin qeydində göstərilmişdir ki, bu məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya do\igər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmaan məbləğdə ziyan vurulduğu hallarda yaranır...”
K.Əhmədova müraciət etdiyi instansiyalardan göstərilən faktlar əsasında lazımi araşdırmanın aparəlmasını, bu cür qanunsuzluq hallarının törədilməsində iştirak etmiş bütün cinayətkar dəstənin üzvlərinin ifşa olunmasını, LNS şirkəti və onun rəhbəri Bəykişi Atakişiyev barəsində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə cinayət işinin başlanılmasını, təqsirli şəxslərin layiqli cəzalarını almasını, o cümlədən ona vurulmuş 4270 manat məbləğində maddi zərərin ödənilməsinin təmin edilməsini xahiş edir.
Məsələ burasındadır ki, K.Əhmədova artıq buna qədər 2019-cu ilin sentyabr ayında hüquq-mühafizə orqanlarına müraciət etmiş, amma nə qərar verildiyindən ta bugünlərədək xəbəri olmamışdır. Çünki Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin baş təhqiqatçısı, polis mayoru Abdullayev Azər Sərhad oğlunun qəbul etdiyi 31 oktyabr 2019-cu il tarixli Qərarı məhz 26 aprel 2020-ci il tarixdə almışdır. Həmin qərarla mayor Abdullayev LNS şirkəti ilə K.Əhmədova arasında işçi-sahibkar münasibətlərinin olduğunu əsas götürərək, onun tələbini mülki xarakterli hesab edib cinayət işinin başlanılmasını rədd etmişdir.
Qərarın surəti K.Əhmədovaya vaxtında göndərilmədiyindən K.Əhmədova AR Cinayət-prosessual məcəlləsinin 122-ci maddəsinə əsasən Qərardan şikayət etmək hüququndan indiədək istifadə edə bilməmişdir. Sual olunur: Baş təhqiqatçı niə çıxardığı qərarın şikayətçiə göndərilməsini vaxtında təmin etməyib?
Qeyd edək ki, LNS şirkəti İtaliyada yerləşir və Azərbaycanın turizmini, məişət əşyalarını, saatları reklam etməklə məşğuldur. Bəykişi Atakişiyev şirkətin Bakı şəhəri, Nərimanov rayonu, H.Məmmədov küçəsi – 8/12 ünvanında yerləşən filialının rəhbəridir. İnternet üzərindən apardığımız araşdırmalar nəticəsində şirkətin Azərbacan ofisi barədə xeyli neqativ informasiyaya rast gəldik. Həmin məlumatlardan bəlli olur ki, Bakı Şəhər Baş Polis İdarəsində LNS-i təmsil edən mütəşəkkil dəstə barəsində Cinayət Məcəlləsinin 178.3.1-ci maddəsi ilə (mütəşəkkil dəstə tərəfindən dələduzluq) cinayət işi açılıbmış. Rəsmi məlumatda göstərilir ki, şirkət mənsubları Nəsir Hüseynov, Əhliman Camalov, Hüseyn Nuruyev, Ağalar Mehdiyev, Asim, Qalib və s. şəxslər dələduzluq yolu ilə Bakı şəhər sakinləri Nəsib Qəhrəmanovadan 1850 manat, Qılman Nəsibovdan 1331 manat, İbrahim Məmmədovdan 2300 dollar, Rasim Qəhrəmanovdan 1500 manat, Fərhad Abdulovdan 1500 manat, İdris Şahbazovdan 1150 manat, Şamil Seyidzadədən 1650 manat, Pəhləvan Xudiyevdən 1220 manat, Rahim Cəfərovdan 1500 manat, Şəms Cabbarovadan 1455 manat, Ramilə Cəfərovadan 1425 manat, Sumqayıt şəhər sakini Hüriyyə Məmmədəliyevdən 3950 manat, Göyçay rayon sakinləri Samir İsrafilovdan 1175 manat, Elşən Əliyevdən 1500 manat, Füzuli rayon sakini Afət Alıyevdən 1650 manat və Beyləqan rayon sakini Müşfiq Şixəliyevdən 1850 manat almaları barədə Nizami Rayon Polis İdarəsinə müraciət olunub. Bu şəxslər şəbəkə marketinqi vasitəsilə vətəndaşları aldatmaqda, onları işə düzəltmək və gəlir əldə etmək vədi ilə müxtəlif məbləğlərdə pul almaqda ittiham olunublar. İndiyədək verilən rəsmi məlumata görə, Ağalar İdrisoğlu, Nəsir Hüseynov, Rasim Muradovun barəsində Xətai rayon məhkəməsinin qərarı ilə 2 aylıq həbs qətimkan tədbiri seçilib.
Görünür, Bəykişi Atakişiyevi də üzdəniraq sələflərinin aqibəti gözləyir. Geci-tezi var.

Samir Novruzov [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb