Azərbaycan İdeyası

Bunun bir adı var – vicdansızlıq və xəyanət: Pandemiya dövründə ləlöyünlük edən bələdiyyə sədri

Tarix:28-08-2020, 17:33
Baxış Sayı:900



Koronavirus dönəmində Azərbaycan dövləti, Heydər Əliyev Fondu, ayrı-ayrı ictimai təşkilatlar, iş adamları, imkanlı vətəndaşlar tərəfindən qayğıya ehtiyacı olan şəxslərə xüsusi yardımlar edildi. Biz, demək olar ki, hər gün bu yardımlar haqqında məlumatlar alırıq. Amma təəssüflər olsun ki, sözügedən qurumlar tərəfindən ehtiyacı olan insanlara göndərilən yardımların bəzi yerli icra hakimiyyəti başçıları və məmurlar tərəfindən mənimsənilməsi faktı ortaya çıxıb. Onlar bu yardımları ehtiyacı olan təbəqəyə yönəltmək əvəzinə, onu özlərinin və qohum-əqrabalarının evlərinə daşıyıb yığıblar ki, sonra satıb pula çevirsinlər.
Ucar rayonunun Qaradağlı kənd İcra nümayəndəsi Zeynalov Vüqar Ağamusa oğlu və onun işbaz ortaqları, müavini Abdullayev Vahid Hacıbala oğlu, mühasibi Məmmədov Yusif Qadir oğlu və kənd bələdiyyəsinin sədri Mustafayev Nail Tanrıverdi oğlu Heydər Əliyev Fondunun kəndə göndərdiyi 118 bağlamanı bu 4 nəfər öz qohum - əqrabalarına paylayırlar. Kəndin kasıb ailələrinə isə bir dənə də olsa bağlama verilməyib. Kənd camaatı artıq o həddə gəlib çatıb ki, səslərini duyurmaq üçün kəndin mərkəzinə topalaşıblar. Təqdim etdiyimiz görüntülərdə sadəcə qalanların da səsini ifadə edən adamlar var. Özlərini kəndin “Xudayar bəyi” hesab edən bu 4 muşketyor görəsən nə əsasla, hansı cəsarətlə Mehriban xanımın göndərdiyi bağlamanı kəndin imkanlı ailələrinə paylayırlar və şəxsi malları kimi mənimsəyiblər?
Peyğəmbərimizin "Sağ əlin verdiyin, sol əlin bilməz" ifadəsi bəzi işbazların işinə yarayır. Ölkənin dörd bir yanında yardım paylayan insanların payladıqları yardımları çəkib hər kəsi bu nəcib aksiyaya dəvət etmələrinin haqsız yerə qınaq obyektinə çevrilmələri bəzi simic (imkanları olduğu halda) adamların əlinə fürsət verib və onlar məhz bu fürsətdən istifadə edərək sovqatları gecə yarısı sadəcə öz qohumları arasında pay-püşk edirlər. Axı onlar payladıqları yardımları görüntüləsəydilər, o zaman yardım əsl sahiblərinə çatacaqdı.
Görəsən, dövlətin kəndə təyin etdiyi bu dörd məmurun hərəkətlərindən icra başçısının xəbəri varmı? Və əgər xəbəri varsa, onlar haqqında hansı tədbiri görüb? Əgər ki, kənd sakinlərinin haqlı narazılığı Ucar rayon Qaradağlı kəndindən 250 km məsafədə olan Bakı şəhərin çatırsa, 15 km aralıqda olan Ucar İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədova çatmırmı? Pandemiya ilə mübarizə zamanında dövlətin gəlirinin azaldığı vaxtda büdcədən göndərdiyi yardımların öz şəxsi malları kimi, qohumlarına və kəndin imkanlı ailələrinə paylamaq Mehriban xanımın xeyirxah təşəbbüsünə qarşı əsla bağışlanmaz bir xəyanətdir.
Prezident İlham Əliyev mayın 1-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevi videoformatda qəbul edərkən bu məsələni də xüsusi qeyd edib: “Pandemiya ilə əlaqədar bu gün Azərbaycan dövləti bütün resursları səfərbər edib, ilk növbədə, vətəndaşları, onlara həyatını, sağlamlığını qorumaq üçün əlindən gələni edir. Operativ Qərargah, bütün aidiyyəti qurumlar gecə-gündüz işləyirlər. Hər gün bizim birinci və günün axırında sonuncu əsas işimiz bu məsələ ilə məşğul olmaqdır. Nə qədər adam xəstələndi, nə qədər adam sağaldı, neçə nəfər xəstəxanalara yerləşdirildi, onların vəziyyəti necədir, ağır vəziyyətdə olan vətəndaşların durumu, onların sağalma şansları necədir - biz gecə-gündüz bununla məşğul oluruq. Dövlət, ictimai təşkilatlar, ilk növbədə, Heydər Əliyev Fondu, ayrı-ayrı sahibkarlar, ayrı-ayrı imkanlı adamlar öz təşəbbüsləri ilə gedib kasıb insanlara əl tuturlar. Bu yardımı mənimsəyənlərə nə ad vermək olar?! Bu yaxınlarda Heydər Əliyev Fondu tərəfindən göndərilmiş ərzaq paylarını da aparıb öz qohumlarının evlərində saxlayırlar ki, sonra onları satsınlar. Biz buna gözmü yumacağıq? Belə adamlar ən ciddi cəzaya layiqdirlər.
İndi dünya liderlərinin bir çoxu qeyd edir ki, pandemiya müharibədir. Bəli, mən bu tezislə razıyam. Əgər indiki şəraitdə bunlar özlərini belə aparırlarsa, bundan daha ağır vəziyyət yaranarsa, onda bunlar nə edəcəklər? Bunun bir adı var – vicdansızlıq və xəyanət. Ona görə bundan sonra bu ünsürlərə qarşı mübarizə daha ciddi aparılmalıdır”.
Dövlətimizin, xalqımızın pandemiya ilə mübarizə apardığı bu ağır günlərdə dövlətlə yanaşı, vətəndaşlar da bütün güclərini səfərbər edirlər. Bu gün az-çox imkanı olan şəxslər imkansız adamlara dəstək olurlar. Bütün cəmiyyətin dövlətlə həmrəylik göstərib kasıb təbəqəyə yardımlar etdiyi bir vəziyyətdə bəzi icra başçılarının, məmurların bu yardımları mənimsəməsi bağışlanması mümkün olmayan məsələdir.
İndiyə qədər sosial yardımları mənimsədikləri üçün bir neçə məmur və icra başçısının vəzifəsindən azad edilərək cinayət məsuliyyətinə cəlb edilməsi başqalarına dərs olmalı idi, amma olmayıb. Pandemiya dövründə Heydər Əliyev Fondu və digər təşkilatlar tərəfindən sosial cəhətdən zəif insanlara göndərilən yardımları mənimsəyən icra başçıları bununla xalqımıza qarşı mənəvi genosid törədiblər. Çünki bu ağır dövrdə imkansız insanların əlindən çörəyinin alınması mənəvi genosiddir.
Çünki bu adamlar dövlət vəzifəsinə layiq adamlar olmayıblar. Açıq görsənən budur ki, onları xalqın və dövlətin maraqları düşündürmür.
Belə adamı pul qazanmaqdan, haram tikə yeməkdən başqa heç nə maraqlandırmır. Fikrimcə, kasıb insanların ruzisinə göz dikən, onlara ayrılan yardımları mənimsəyən şəxslərlə bağlı daha sərt tədbirlər görülməlidir. Son dövrlər yardımların mənimsənilməsi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilən insanlar həm də törətdikləri mənəvi cinayətə görə cavab verməlidirlər.

Korrupsiya və Qanun [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb