Azərbaycan İdeyası

190 MANATI ALA BILMƏYƏN DAHA BIR AZTƏMINATLI AILƏ KİV-Ə ÜZ TUTDU

Tarix:13-10-2020, 09:56
Baxış Sayı:952

Birdəfəlik ödəmə ilə bağlı əsassız şəkildə rədd cavabı alan vətəndaşlar yenidən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edə bilərlər. Bunun üçün nazirliyin elektron poçtuna və ya məktub vasitəsilə şikayət ərizəsi göndərilə bilər. Ola bilsin ki, imtina, texniki problem ucbatından baş verib. Bu baxmayaraq ki, artıq birdəfəlik ödənişlərin təyin edilməsi üçün qeydiyyat tarixi bitib, əsassız rədd cavabı alanlar yenidən müraciət edə bilərlər.
Neftçala rayonun Xolqarabucaq kənd sakini Bayramova Rəna Lətif qızı redaksiamıza müraciət edərək bildirib ki, 20.10.2001-ci il təvəllüdlü övladı Bayramov Ağabəy Əliyar oğlunun 190 manatlıq birdəfəlik sosial yardımla əlaqəli müraciətinə əsassız olaraq imtina mesajı gəlib: “Siz aztəminatlılıq meyarına uyğun gəlmədiyiniz üçün 190 AZN – lik birdəfəlik ödəmədən imtina edilmişdir”.
R.Bayramova yazır ki, oğlu işsizdir, adına əmlak, o cümlədən pay torpağı yoxdur. Aylıq gəlirləri də yoxdur. Necə dolanacaqlarını bilmirlər, vəziyyətləri çox acınacaqlıdır. Şikayətçi qeyd edir ki, oğlunun sağlamlığı qüsurlu, epileptiv tutmaları olduğu üçün hərbi xidmətə yararsızdır. Odur ki, xəstəliyi olan, işsiz gəncə hansı “təminatlılıq” meyarına görə imtina edildiyini başa düşmür. Halbuki, tanıdığı, onunla həmyaşıd olan başqa təminatlı gənclər hansı yollasa 190 manatı almağa müvəffəq olublar.
Müraciət müəllifi onu da qeyd edib ki, çoxdandır Ağabəyi həkimə göstərməli, müalicə üçün dərman almağı düşünürmüşlər, lakin maddi imkansızlıq səbəbindən hər dəfə qeyri-müəyyən vaxta təxirə salırmışlar. Birdəfəlik ödəniş haqda qərar çıxanda seviniblər ki, nəhayət, bu niyyətlərini gerçəkləşdirə biləcəklər. Di gəl, imtina qərarı bu arzularını gözlərində qoyub, məyus olublar.
Xatırladaq ki, bu yardımın hədəf kütləsi həm 2020-ci ilin aprelin 1-dək ölkədə işsiz kimi qeydiyyatdan keçmiş şəxslər, həm də 1 aprel 2020-ci ildən sonra bizə müraciət edən vətəndaşlardır. Dövlətdən sosial ödəniş, ünvanlı sosial yardım, pensiya, təqaüd, müavinət və s. alan şəxslər və onların ailə üzvləri pandemiya dövründə 190 manat məbləğində birdəfəlik yardımı ala bilməzlər. Ailədə bir nəfərin (ər və ya arvadın) birdəfəlik müavinət aldığı təqdirdə, digər ailə üzvünə bu yardım verilmir. Ər və ya arvaddan biri muzdlu şəxsdirsə, məşğul əhali qrupuna aiddirsə, həmçinin dövlətin sosial ödənişləri ilə təmin olunubsa, bu şəxslərin də birdəfəlik müavinət almaq üçün müraciət etməyinə ehtiyac yoxdur. Bu birdəfəlik ödəmə dövlət tərəfindən o insanlara verilir ki, həmin şəxslər bu pandemiya dövründə öz gəlirlərini itiriblər, işsizdirlər, dolayısı ilə aztəminatlıdırlar, həmçinin, minimal ərzaq tələbatları var və birdəfəlik yardım da həmin ehtiyacı ödəmək üçün verilən vəsaitdir. Torpağı olan şəxslər torpaqlarını əkib-becərməsələr də, 190 manat məbləğindəki birdəfəlik yardımı ala bilməzlər. Ailədə 4 nəfər varsa və hamısı əmək qabiliyyətlidirsə, yenə də həmin ailəyə birdəfəlik yardım düşmür, çünki torpaq atanın olsa da, övladların (18 yaşını tamamlamış övladlardan gedir söhbət) həmin torpaqda payı var.


Korrupsiya-q.az [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb