Azərbaycan İdeyası

KORRUPSİYAYA ÜSYAN ETMİŞ İŞÇİSİNİ ŞƏRLƏYİB QOVAN GÜLLÜ ƏHMƏDOVANIN ƏRİ İŞƏ QARIŞDI – KİŞİYƏ YARAŞMAYAN TƏRZDƏ

Tarix:24-09-2020, 14:02
Baxış Sayı:1 523

Əmək Məcəlləsinin 70-ci maddəsi ilə işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları müəyən olunub. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda 70-ci maddənin “ç” bəndi ilə işdən azad olunur.
Maddə 72-də isə əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar göstərilib:
a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi;
b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması;
c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması;
ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması;
d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi;
e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi;
ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması.

Amma bəzən işçi bütün yuxarıda sadalanan əmək funksiyalarını yerinə yetirdiyi halda müəssisə rəhbərinin zavalına gəlir və çox təəssüf ki, kollektiv üzvləri də rəhbərin tərəfini saxlayaraq onun işdən kənarlaşdırılmasına nail olurlar. Belə hallar adətən həmin işçinin rast gəldiyi korrupsiya motivli neqativ hallara qarşı çıxdığında baş verir. Necə deyərlər, təklənir. Bu cür haqsızlıqların obyektiv araşdırılması və hüquqi qiymət verilməsi isə hüquq-mühafizə orqanlarının işidir.
Redaksiyamıza ərizə ilə müraciət etmiş Tağıyeva Pərvanə Pərviz qızı əmək hüquqlarının pozulmasından, şər-böhtana məruz qalaraq mənəvi iztiraba məruz qalmasından şikayətlənmişdir:
“Gəncə şəhərində on beş il dövlət poliklinikasında fizolerapiya şöbəsində tibb bacısı vəzifəsində çalışmışam. İşimdə heç vaxt səhlənkarlığım olmayıb. Xəstələr və əmək kollektivi məndən razı qalmışlar. Tibb işçilərinin peşə bayramı münasibətilə 2016-cı ildə Fəxri fərmanla təltif olunmuşam. Mən ailə vəziyyətimə görə 22.06.2018-ci ildə öz xahişimlə işdən azad oldum. Hal-hazırda Bakı şəhərində yaşayıram. Mən işlə bağlı Vitse-prezident Mehriban xanıma ərizə ilə müraciət etdim və Səhiyyə Nazirliyi müraciəti nəzərə alaraq məni Bakı Şəhəri Sabunçu Rayonu 5-N-li Uşaq Yoluxucu Xəstəlikləri Xəstəxanasında işlə təmin etdi. Qəbul olan vaxtlar həmin müəssisənin baş həkimi Rayifə həkim idi. Çox sağ olsun, məni yaxşı qarşıladı və fizioterapiya kabinetinə müalicəvi bədən tərbiyəsi üzrə təlimatçı vəzifəsinə təyin etdi və bildirdi ki, məzuniyyətdən qayıdandan sonra səni öz ixtisasına uyğun ştatına - fizioterapiya üzrə tibb bacısı təyin edəcəm. Nə isə, Rayifə həkimi işdən azad etdilər. Rayifə həkimi işdən azad etdirən Əhmədova Güllü və yaxın rəfiqəsi, Həmkarlar İttifaqının xəstəxana şöbəsinin sədri Zibeydə Qədimova ilə əlbir olaraq kollektivi iclas zalına yığaraq hər kəsə “maaşlar gələn aya qalır” deyərək, maaşı tez almaq adı ilə ərizə yazıb hər kəsə qol çəkdirdilər. Sonradan həmin ərizəni şikayət kimi formalaşdıraraq Səhiyyə Nazirliyinə aparıb Rayifə həkim məzuniyyətdə ola-ola çağırtdıraraq əlinin altında qruplaşma yaratdığı həkim və tibb işçisi var ki. üzə duraraq şər- böhtanlar ataraq baş həkim Rayifə həkimi günahsız yerə işdən azad etdilər. Hal-hazırda həmin müəssisənin müvəqqəti baş həkimi vəzifəsini icra edən Əhmədova Güllü həkim məni öz qanuni ştatıma keçirmək üçün məndən üç min manat pul aldı və bildirdi ki, təsdiq olunum, keçirdərəm. Amma keçirtmədi. Mən də haqqımı tələb edəndə Həmkarlar İttifaqının sədri Qədimova Zibeydə kollektivi yığaraq mənə şər-böhtanlar ataraq mənim xəbərim olmadan mənə iki töhmət verdiyini bildirdi. Mən nə töhmət ərizəsi yazmışam, nə də ki. imzam olub. Elə Zibeydə həkim onları özündən yazıb elan vururdular. Və məni haqsız yerə şər-böhtan ataraq ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad etdi. Bu maddəni ən çox da ona görə yazdılar ki. xəstəxananın Səhiyyə Nazirliyinə məxsus olan 3 sota yaxın torpaq sahəsini Güllü baş həkimlə Zibeydə həkim əlbir olaraq qeyri - qanuni olaraq özlərinə qazanc əldə edərək qonşuya satıb. Mən bu haqda Respublika Prokurorluğuna, Bakı şəhər Prokurorluğuna, Korrupsiyayla Mübarizə İdarəsinə ərizələr ünvanlamışam. Hal-hazırda müstəntiq araşdırma aparır, baş həkimin arxasında səhiyyədə Mamed həkim duraraq saxta sənəd verib baş həkimə və əmlakdan da saxta sənəd alıblar ki, guya torpaq yerindədir. Məndə işçilərimizin vatsap danışıq səsləri var. Hər kəs bildirir ki, məni haqsız yerə ən çox da torpaqın satılmasını dediyim üçün məni Həmkarlar İttifaqının sədri Zibeydə Qədimova polislə işdən qovaraq 70-ci maddə ilə azad etdilər. Mən haqsız yerə işdən çaxarılmağıma görə Sabunçu rayon Məhkəməsinə müraciət etmişəm. Özüm də kirayədə iki azyaşlı övladımla yaşayıram, həyat yoldaşım yoxdur. Təsəvvür edin ki, mən bu on beş ildə nə töhmət, nə də ki, əmək kitabçama bir ləkə düşməyib. 8 ay bu xəstəxanada işləməklə hələ üç aydır baş həkim təsdiq olunmamış haqsız yerə işdən azad edilmişəm.
Onu da qeyd edim ki, baş həkim işçiləri öyrədib ki, yoxlama gəlsələr deyin ki, Pərvanə burda kişiləri ınassaj edirmiş. Mən də bildirirəm ki, hər yerdə kamera var, gəlib araşdırsınlar. Bir kişi baş həkim özü verib ki. qohumdur, bir kişi də laboratoriyanın şöbə həkimi qaynın gətirib ki, onu fizioterapiya et. Mən də bir iş yoldaşı kimi fizioterapiya etmişəm. Onu deyim ki, məhkəmədə baş həkim iki şahid göndərmişgöndərmişdi ki, mənə şər-böhtan ataraq mənə ikisi də bildirdi mən kişiləri massaj edirəm. Haqsız yerə mənə şər-böhtan atıb hakimə rüşvət verərək özləri məhkəməni uddular.
Dekabr ayının 28-i mən işdə oldum. Baş həkim tez-tez iclaslar edirdi. Kiçik tibb bacısı işləyən katibəsini mənim yanıma yolladı ki, baş həkim səni iclasa çağırır. Mən də bildim ki, məni şantaj edəcəklər, səsimi yazacaqlar. Bu vaxt mən telefonun diktafonunu işə saldım. Bu vaxt qız gəlib məni söyərək təhqir etdi.
Baş həkim Zibeydə həkimlə əlbir olaraq 60 nələrə qol çəkdirib mənə söyən Mətanət polis bölməsinə gedib deyib ki, guya mən qıza söymüşəm. Mən də 13-cü polis bölməsində Rüstəm adlı polisin yanında səs yazısını qoyduqdan sonra sübut oldu ki, qız məni söyüb. Və sonra mən bunları məhkəməyə verdim. Məhkəmədə hakim Mirheydər Zeynalov səs yazmama qulaq asdı və bildirdi ki, qız məni söyüb. Ancaq buna baxmayaraq qərar əleyhimə olanda gördüm ki, məni 50 manat cərimə edib, yəni təqsiri məndə görüb. Sən demə hakimə pul verib təqsiri mənim üzərimə atıblar. Sonradan hakim mənə dedi ki, sən bunları Apellyasiya Məhkəməsinə verə bilərsən. Mən də haqsızlıq oldu deyə vermədim. Özüm kirayədə qalıram. İki azyaşlı övladım var.
29-30 dekabr tarixində mən işə getdim, amma baş həkimlə Zibeydə həkim polis çağıraraq məni işdən qovdular və otağımın açarını dəyişdirdi ki, sən işə gəlməyəsən. Sonradan mən yaşadığım kirayə evin ünvanına ərizə yazılaraq yolladı poçtdan ki, bəs mən 70-ci maddənin “ç” bəndi ilə işdən azad edildim”.
Pərvanə Tağıyeva həmçinin bildirmişdir ki, hazırda şəhər prokurorluğunun müstəntiqi Ənvər Hacıyev xəstəxananın torpaq məsələsini araşdırır. Buna baxmayaraq, 6 aydır ki, bu cinayət tərkibli iş üzə çıxmır. Onun sözlərinə görə, işçilərin torpaq məsələsi ilə bağlı danışdıqları vatsap söhbətlərinin qeydləri onda var: “Bu sübutları Ənvər müəllim bilir və mənə də deyib ki, o torpaq həqiqətən satılıb. Bir ay əvvəl və indilərdə Ənvər müəllimə zəng vurub işin gedişatını soruşanda mənə deyib ki, TƏBİB-dən və Arxitektura-Şəhərsalma İdarəsindən cavab gözləyir.
P.Tağıyeva haqlı olaraq şəhər prokurorluğunun müstəntiqi Ənvər Hacıyevin bu işi 3 aya araşdırıb üzə çıxara bilməməsinə təəccüb edir.
P.Tağıyevanın ərizəsinə qoşma etdiyi sənəd surətlərindən bəlli olur ki, o, xəstəxananın ərazisinə aid torpaq sahəsinin aqibəti ilə bağlı müxtəlif instansiyalara müraciət etmişdir. Üz tutduğu instansialardan Sabunçu rayon İcra Hakimiyyəti sözügedən ərazinin Səhiyyə Nazirliyinin balansında olduğunu əsas göstərərək, məsələ ilə bağlı araşdırma aparmağı məqsədəuyğun hesab etməmişdir. Daha bir instansiya – ƏMDK yanında Torpaqların dövlət idarəetməsinin təşkili üzrə dövlət agentliyi isə ona ay yarım ərzində iki müxtəlif cavab yazmışdır. Belə ki, Agentliyin 10.01.2020-ci il tarixli birinci cavab məktubunda göstərilib ki, ƏMDK-nin Bakı ərazi şöbəsinin mütəxəssisləri tərəfindən erində araşdırma aparılan zaman məsələ öz təsdiqini tapmamış (!), köhnə və qəzalı anbar binasının təmir olunaraq yeniləndii məlum olmuşdur. Lakin Agentliyin 27 fevral 2020-ci il tarixli ikinci məktubunda isə araşdırmanın fərqli nəticə verdii məlum olmuşdur: “Xəstəxananın ərazisinə aid 170,0 kv/m torpaq sahəsinin təqribən 40 kv/m hissəsində vətəndaş Həsənov Namiq Əliş oğlu tərəfindən Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsinin razılıq məktubu əsasında fərdi yaşayış evinin inşa edildiyi, qalan 130, 0 kv/m sahənin isə xəstəxananın istifadəsində olduğu məlum olmuşdur. Qeyd edilən tikinti işlərinin qanunamüvafiq olub-olmaması ilə bağlı aidiyyati üzrə Bakı ŞİH, Dövlət Şəhərsalma-Arxitektura Komitəsi və FHN-ə sorğu məktubu ünvanlanmışdır.
Adları çəkilən instansiyalardan Agentliyə cavab gəlib-gəlməməsi məlum deyil. Redaksiya olaraq biz də öz növbəmizdə müstəntiq Ənvər Hacıevlə əlaqə saxlayıb apardığı araşdırmanın nəticəsini soruşduq. Vətəndaş Tağıyevaya nə cavab vermişdisə, bizə də eni cavabı verdi. Tərəfimizdən aidiyyati strukturlara sorğu məktubları göndərməyi qərara almışıq. Cavablarını oxucularla bölüşəcəyik.
Bu tarixçədə daha bir xoşagəlməz məqam ondan ibarətdir ki, P.Tağıevanın öz haqq işi uğrunda mübarizəsindən geri durmadığını görən qarşı tərəf ona təzyiq göstərmək üçün qeri-məqbul üsullara əl atır. Belə ki, P.Tağıyevanın məsələ ilə bağlı internet üzərindən paylaşımlarının altından Güllü Əhmədova-Zübeydə Qədimova cütlüyü tərəfindən öyrədilmiş adamlar təhqiramiz rəylər yazır, onu əxlaqsız qadın kimi təqdim edərək gözdən salmağa çalışırlar. Bu cür virtual hücumların sərkərdəsi rolunda Güllü Əhmədovanın əri Elşən Əhmədov çıxış edir.
Yeri gəlmişkən, P.Tağıyeva bu məsələni bir sıra KİV-də işıqlandırmağa nail olub, hətta bəzi ictimai fəallar da işə münasibətlərini bildiriblər. Təxmin etmək olar ki, korrupsiyaya qarşı mübarizə işinin dövlət başçısının qətiyyətli iradəsi ilə sərtləşdirildiyi indiki məqamda bu mübahisə haqqın zəfər çalması ilə nəticələnəcək.


Korrupsiya-q.az [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO