Azərbaycan İdeyası

AZƏRAVTOYOL SERVISININ ÖZBAŞINALIĞINA KIM KRIŞALIQ EDIR?!

Tarix:19-11-2020, 11:16
Baxış Sayı:1 037




AVTOMOBİL YOLLARI DÖVLƏT AGENTLİYİ YOLUNUN ÜSTÜNDƏKİ HƏR ŞEYİ YERLƏ-YEKSAN EDİR
– İNSAN VƏ VƏTƏNDAŞ HÜQUQLARINI DA


Azərbaycanda söküntülər müxtəlif formalarda baş verir. Dövlət əhəmiyyətli söküntülər zamanı sökülən ərazidə dövlət əhəmiyyətli işlər aparılarsa, həmin ərazinin söküntüsü və sakinlərin həmin ərazilərdən köçürülməsi məcburi sayılır. Dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi hallarında həmin ərazilərdə yaşayan sakinlərin başqa ərazilərə köçürülməsi və yaxud dövlətin tətbiq etdiyi kompensasiyaların sakinlər tərəfindən qəbul edilərək, köçməsi məcburidir. Digər söküntü halları isə Bakı şəhərinin müəyyən olunmuş rayonlarında Nazirlər Kabinetinin qərarı ilə sosial iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı olaraq aparılır.
Dövlətimiz o qədər humanistdir ki, hətta “qırmızı xətt”in keçilərək inşa olunmuş evlərin də dövlət ehtiyacı üçün sökülməsi hallarında belə həmin ərazilərdəki tikintilər sənədsiz və icazəsiz olmasına baxmayaraq, ərazidəki sakinlərin evləri sökülən zaman, həmin sakinlərə dövlət tərəfindən kompensasiyalar verilir və yaxud evlə təmin olunurlar.
Lakin, cənab Saleh Məmmədovun rəhbərlik etdiyi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi dövlətimizin humanist siyasətini tanımır. “Korrupsiya və Qanun” qəzetinin redaksiyasına müracət edən vətəndaş Əliyev Emin Həmid oğlu bildirir ki, Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi – 45, mənzil – 11 ünvanında qeydiyyatdadır və paytaxtın Xətai rayonu, S.Orucov küçəsində qarajı vardır. Qaraj yeri Xətai Rayon İcra Hakimiyyətinin 23.01.1992-ci il tarixli 122 saylı Sərəncamı ilə ayrılmışdır. AYD Agentliyi həmin sənədi heçə sayaraq, ərazidə başladığı yol genişləndirmə işinə görə qarajı sökmək istəyir. Qaraj sahibinin bildirdiyinə görə, qarşılığında ona qeyri-rəsmi olaraq 500 (beş yüz) manat “kompensasiya” təklif ediblər. Bu məbləğə isə şəhərin heç bir yerində qeyri-yaşayış yeri ala bilməz.
Hüquq müəyyənedici sənədlərlə qarajın Əliyev Emin Həmid oğlunun qanuni sahibliyində və istifadəsində olduğu üçün, həmin əmlakın ədalətli dəyəri ödənilmədən, əsassız olaraq sökülməsinə görə AYD Agentliyi vətəndaşa təkcə maddi deyil, həm də mənəvi ziyan vurmuş olacaq. Görəsən, hörmətli Saleh Məmmədov cənabları vətəndaş Emin Əliyevə təklif olunan beş yüz manatı nə dərəcədə ədalətli məbləğ hesab edir?
Mövzuya qayıdacağıq.

Korrupsiya-q.az [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO