Azərbaycan İdeyası

SƏBƏB GÖSTƏRMƏDƏN ƏLİLİN PENSİYASINI KƏSİBLƏR

Tarix:19-11-2020, 11:31
Baxış Sayı:1 357

Ağdərə rayonunun Narıştar kəndində anadan olmuş, Kəlbəcər rayonunun Narınclar kəndində qeydiyyatda olan, İmişli rayonunun Məmmədli kəndində məskunlaşmış məcburi köçkün, 1968-ci il təvəllüdlü Mamedova Dilşad Hümbət qızı ərizə ilə “Korrupsiya və Qanun” qəzeti redaksiyasına müraciət edərək bildirmişdir ki, 04.04.2018-ci il tarixdə xəstəliyi (Diaqnoz: “Şizofreniya, paranoid forma, tipik variant, fasiləsiz gedişli dərin psixi qüsur halında” ) ilə bağlı II (ikinci) qrup ömürlük əlillik dərəcəsi almışdır. Yazır ki, neçə illərdir əziyyət çəkdiyi bu xəstəliyin yaranma səbəbini döyüş bölgəsində yaşaması ilə əlaqələndirir.
D.Məmmədova şikayətlənir ki, əlillik dərəcəsi aldığı göstərdiyi tarixdən 7-8 ay sonra ona heç bir səbəb göstərmədən pensiya təminatı dayandırılmışdır. Bu məsələnin KİV-də ictimailəşdirilərək aidiyyati dövlət orqanlarının diqqətinə çatdırmağı redaksiyadan xahiş edir.
Şikayətçinin ərizəyə qoşma etdiyi Ağdam Rayonlararası Rspublika Əsəb Xəstəlikləri Dispanserindəki tibbi kartından Kəlbəcər rayon poliklikasına təqdim olunmaq üçün verilən Çıxarılışdan bəlli olur ki, onun 02.X.2017-ci ildən 31.X.2017-ci ilədək və 22.XI.2017-i ildən 21.XII.2017-ci ilədək stasionar müalicədə olduğu müəssisədən evə yazılan zaman baş ağrısı, əsəbilik, yuxusuzluq, yaddaş zəifliyindən şikayətlənib. Düşüncə tam pozulmasa da, bələdlik qismən pozulub, diqqəti dağınıqdır. Suallara məntiqsiz caab verir, sayıqlama fikirləri var.
Məntiqlə əlilliyə görə pensiya təminatı o vaxt dayandırıla bilər ki, əlil şəxs ya dünyasını dəyişər, ya sağalıb əlillikdən qurtular, ya da heç ümumiyyətlə əlil olmadığı, ona əlillik dərəcəsinin qanunsuz təyin olunduğu üzə çıxar. Bütün hallarda səbəb məlum olmalıdır. Öyrənməyə çalışacağıq.


Korrupsiya-q.az [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO