Azərbaycan İdeyası

Gələn il bahalaşma olacaqmı? - Ekspert rəyi

Tarix:24-11-2015, 15:13
Baxış Sayı:495

Gələn il bahalaşma olacaqmı? - Ekspert rəyi




Bəzi ekspertlər gələn il ölkədə bahalaşmanın olacağı ilə bağlı proqnozlar verirlər. Qiymət artımının müxtəlif sahələri əhatə edəcəyi deyilir. İddia edilir ki, kommunal xidmətlər və ərzaq məhsullarının qiyməti bahalaşacaq.
İqtisadçı Vüqar Bayramov AzVision.az-a açıqlamasında bildirib ki, bahalaşma manatın məzənnəsindən asılıdır. Manatın məzənnəsinin dəyişməsi qiymətlərə təsir edəcək.
Ekspert hesab edir ki, 2016-cı ildə ölkədə ciddi bahalaşma gözlənilmir. Onun sözlərinə görə, növbəti il neftin dünya bazarındakı qiymətində artımlar qeydə alınmayacaq. Odur ki, “qara qızıl”ın qiyməti aşağı olduğu müddətdə dünyada istehsal edilən məhsulların da qiyməti aşağı olacaq. İqdisadçı deyir ki, manatın məzənnəsində dəyişiklik olmayacaqsa o zaman ölkəyə gətirilən məhsulların qiymətində artım gözlənilməyəcək: “Azərbaycan hökuməti 2016-cı ildə 2,3% inflyasiya proqnazlaşdırır. Nəzərə alsaq ki, Beynəlxalq Valyuta Fondu da Azərbaycan üçün oxşar infilyasiya proqnozlaşdırır, ona görə də 2016-cı ildə dünyada heç də yüksək inflyasiya olacağı gözlənilmir. Bu da birbaşa neftin dünya bazarındakı qiymətinin aşağı düşməsi ilə bağlıdır. Bir sözlə, növbəti ildə böyük bahaşamanın olacağı üçün ciddi zəmin yoxdur. Yalnız manatın məzənnəsinin kəskin dəyişəcəyi halda idxal olunan məhsullarda bahalaşma ola bilər”.
V. Bayramov deyir ki, sahibkarlığa müdaxilələrin dayandırılması, qiymətlərin tənzimlənməsi gələn il qiymətlərin bahalaşmasına deyil, əksinə stabilləşməsinə gətirib çıxaracaq: “Bu gün sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin aradan qaldırılması həm də onların xərcinin azalmasına şərait yaradır. Belə olan halda sahibkarların təklif etdiyi məhsulların, xidmətlərin də qiymətlərinin ucuzlaşmasına səbəb olur. Neftin qiymətinin aşağı düşəcəyi halda 2016-cı ildə alıcılıq qabiliyyətinin artacağı gözlənilmir. Tələb kəskin artmayacaq. Odur ki, tələb artmadıqca qiymət artımlarına gətirib çıxara bilməz. Manatın məzənnəsində kəskin dəyişiklik olamayacaqsa, manatın dövlət büdcəsində proqnozlaşdırılan məzənnəsini 2016-cı ildə qoruyub-saxlamaq mümkün olacaqsa, gələn il qiymətlərin kəskin dərəcədə bahalaşması deyil, əksinə ucuzlaşması gözlənilir”-deyə Vüqar Bayramov bildirib. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb