Azərbaycan İdeyası

DİN-nin Baş İstinTaq və Təhqiqat İdarəsində “vətəndaşın müraciətinə baxmaq” nəyə deyilir?

Tarix:14-10-2020, 11:07
Baxış Sayı:404

Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsindən redaksiyamızın poçtuna məktub daxil olmuşdur. Problemini qəzetimizdə ictimailəşdirdiyimiz vətəndaş Eynulla Dadaşovun Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin İstintaq Bölməsinin sabiq baş müstəntiqi Toğrul Hüseynovun qanunsuz hərəkətləri barədə müraciətinə baxıldığı bildirilir:
“Müəyyən olunmuşdur ki, Eynulla Dadaşovun ona məxsus torpaq sahəsindən Şahmar Məlikov tərəfindən qanunsuz istifadə edilməsi barədə şikayət üzrə Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin İsintaq bölməsində araşdırma aparılaraq toplanmış sübutlara istinad edilməklə əməldə cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.2 maddəsinə əsasən cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Şikayəti ilə əlaqədar E.Dadaşovun rayon prokuroruna, yuxarı prokurora və məhkəməyə müraciət etmək hüququ vardır. Müraciət cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Lənkəran rayon prokuroruna göndərilmişdir”.
Məktubu göndərən İdarənin rəis müavini Emin Məmmədov imzalamışdır.
Belə çıxır ki, DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin “müraciətə baxmaq və nəyisə müəyyən etmək” işi yalnız baəsində şikayət edilən polis təşkilatının və (və ya) əməkdaşının mövqeyini öyrənmək və aldığı cavabla qane olub onu müraciət müəllifinə ötürməkdən ibarətdir, vəssalam. Daha yoxlamaq, yenidən, yerində araşdırma aparmaq İdarənin görəcəyi tədbirlər sırasına daxil deyildir. Adama deyərlər, sən bir Şahmar Məlikovu yenidən sorğula, bəlkə ötən müddət ərzində dinə-imana gəlib, oruc tutub namaz qılır, əvvəl elədiyi hərəkətdən peşmandır, bu dəfə sorğulansa qol qoyduğu qanunsuzluğu boynuna alacaq. Yoxsa, ona söz vermisən ki, səni bir daha narahat etməyəcəm.
Bir məqama da diqqət yetirməyə dəyər: İdarədən redaksiyaya göndərilən məktubun sonuncu cümləsində vətəndaş Dadaşovun müraciət etmək hüquqlarının xatırlandığı instansiyalar (rayon prokuroru, yuxarı prokuror, məhkəmə) arasında Daxili işlər orqanları yoxdur. Bu isə o deməkdir ki, daha DİN-ə müraciət etmə!
E.Dadaşov isə öz haqq işini sonadək aparmaqda israrlıdır. Ona və artıq həm də redaksiyamıza bir məsələ maraqlıdır: Lənkəran Rayon Məhkəməsinin 26 noyabr 2019-cu il tarixli 6(049)-18/2019 saylı qərarı (E.Dadaşovun şikayətinin təmin olunması barədə) ilə Lənkəran ŞRPŞ-nın İstintaq Bölməsinin baş müstəntiqi, polis mayoru Toğrul Huseynovun 20 iyul 2019-cu il tarixli qərarı ləğv edilmişdir. Görəsən, Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsindən redaksiyamıza verilən cavab məktubunda ehtiva olunan “müəyyənetmə işi” hansı dövrü əhatə edib – T.Hüseynovun cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul etdiyi 20 iyul 2019-cu il tarixə qədərki, yoxsa, Lənkəran Rayon Məhkəməsinin 6(049)-18/2019 saylı qərarının qəbul edildiyi 26 noyabr 2020-ci il tarixdən sonrakı? Bəlkə T.Hüseynovu baş müstəniq vəzifəsində əvəzləyən Vurğun Məmmədov da öz sələfinin qərarını “təzələmişdir”?
Nəticə: Daxili İşlər Nazirliyi daha vətəndaşın müraciətlərinə baxmaq istəmir, Nazirlik və onun struktur vahidləri hər dəfə eyni məzmunlu, əvəlkilərlə nöqtəsinə-vergülünə kimi eynilik təşkil edən cavablar verir. Rayon prokuroru və polisi məhkəmə qərarını saymır. Bircə E.Dadaşovun hələlik axırıncı müraciətinin adresatı olan baş prokurorun cavabı hələ ki ləngiyir. E.Dadaşov baş prokurorun cavabının fərqli olacağına ümid bəsləyir. Çünki bu vəzifədə Zakir Qaralovu Kamran Əliyev əvəzləyib.
Sual: Neyləməlidir vətəndaş Eynulla Dadaşov? Məhkəmənin “Şahmar Məlikov barədə cinayət işinin başlanılması öhdəliyinin Lənkəran polisinin üzərinə qoyulması haqqında” Qərar çıxarmasına nail olmalıdır? [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO