Azərbaycan İdeyası

ÖZ MÜLKİ VƏTƏNDAŞLARIMIZA MÜHARİBƏ ELAN EDƏN “HƏRBİÇİ”

Tarix:19-11-2020, 11:31
Baxış Sayı:1 415

Ermənistanın iyul ayının 12-də və sonrakı günlərdə cəbhənin Tovuz istiqamətində törətdiyi təxribat nəticəsində şəhid olan əsgər və zabitlərimizin qanı yerdə qalmadı. Düşmənə layiqli cavab verildi. Sərhəddə baş verən hadisələr şəhid generalımız Polad Həşimovun timsalında Azərbaycan hərbçisinin məğrur obrazını önə çıxardı. Generalın keçdiyi rəşadətli döyüş yoluna işıq tutuldu, yüksək insani keyfiyyətləri sadalandı. Ailəsinin, yaxın adamlarının nümayiş etdirdikləri əzm, iradə dillər əzbəri oldu. Polad Həşimov ölümü ilə də nümunə göstərdi: Bizim generallar ön cəbhədədirlər, “irəli!” deyib arxada durmaqdansa, “ardımca!” deyib sinəsini qabağa verən igidlərdir.
Amma çox təəssüflər olsun ki, hərbçilərimiz arasında heç də nümunəvi sayılmayan davranış sərgiləyənlər, düşmən erməniyə deyil, öz mülki vətəndaşlarımıza qarşı dava açanlara da rast gəlinir. Şəxsi heyət sıralarına yol tapmış belə şəxslərdən biri barədə redaksiyamıza şikayət daxil olmuşdur.
Sumqayıt şəhəri, Xəzər bağları, Yuxarı Küçə, ev - 118 ünvanda yaşayan 1981-ci il təvəlldlü Rəhimov Cəsarət Oruc oğlu ərizəsində gösərir ki, iyulun 25-də gündüz saat 15:00 radələrində öz şəxsi avtomobili ilə evinə qayıdarkən qonşusu hərbiçi Rəfail Əliyev də öz maşını ilə onun arxasınca gəlirmiş. C.Rəhimov yazır ki, həmin vaxt küçədə uşaqlar olduğu üçün maşını asta sürürmüş. Rəfail Əliyev isə hövsələsizlik edib onu söyüb, ötmək üçün yol istəyib. Cəsarət ona yol verib, Rəfail ötmə əməliyyatı yerinə yetirərkən demək olar qəza vəziyyəti yaradıb, ötüb yanından keçəndə də onu söyüb.
“Mən evə çatdıqdan sonra qonşuya iradımı bildirdim. – C.Rəhimov yazır: - O, söyməkdə davam etdi. Ona əynindəki hərbi formaya hörmət etdiyimi dedim. Bu dəfə o mənə əl-qol atdı, yumruq vurdu. Məcburiyyət qarşısında qalıb özümü müdafiə etsəm də, bir neçə yerimdən xəsatrət aldım. Bu zaman yenə əl çəkmədi, üstümə cumdu, məni küçə söyüşləri ilə təhqir etdi. Qonşular aralaşdırmağa çalışsalar da, məndən əl çəkmək istəmirdi. Məni vurmağı ilə kifayətlənməyib maşınımı təpikləməyə başladı və yararsız hala saldı...”
C.Rəhimov xəsarət aldıqdan sonra həkim ekspertizasından keçmiş və ona “sol təpə-gicgah nahiyəsi ilə döş qəfəsinin yumşaq toxumalarının əziyi” diaqnozu qoyulmuşdir. Özünə məxsus VAZ – 2107 markalı, 44 BN-431 dövlət nömrə nişanlı avtomobilin sol qapılarının əzildiyini əks etdirən fotoşəkilləri də redaksiyaya təqdim edən C.Rəhimov həmçinin bildirir ki, R.Əliyev barəsində 102 xidmətinə, Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə və Hərbi Prokurorluğa şikayət etdiyini biləndən sonra onu hətta öldürəcəyi ilə hədələmişdir. Cəsarətin sözlərinə görə, Rəfail qonşular arasında pis reputasiyaya malikdir. Üç dəfə evlənməsi onun tünd xasiyyətinin daha bir göstəricisdir. Qonşular onun xasiyyətinə bələd olduqlarından, söyüş və təhdidlərinə məruz qalmamaq üçün şahid olduqları hadisəni təsdiqləməyə çəkinirlər. Hətta insident baş verən zaman onları aralaşdıran qonşu qadının qolu sınsa da, şahidlik eləməkdən qorxmuşdur.
Redaksiyaya müraciətinin sonunda C.Rəhimov ərizəsində göstərdiklərinin ictimailəşdirilməsini xahiş etmişdir ki, qoy R.Əliyevə və onun kimi özünü mülki vətəndaşlardan üstün imtiyazlı hesab edən hərbçilərə dərs olsun.
Mövzuya qayıdacağıq.

“Korrupsiya və Qanun”


ÖZ MÜLKİ VƏTƏNDAŞLARIMIZA MÜHARİBƏ ELAN EDƏN “HƏRBİÇİ”

ÖZ MÜLKİ VƏTƏNDAŞLARIMIZA MÜHARİBƏ ELAN EDƏN “HƏRBİÇİ”

ÖZ MÜLKİ VƏTƏNDAŞLARIMIZA MÜHARİBƏ ELAN EDƏN “HƏRBİÇİ”
[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO