Azərbaycan İdeyası

HAMBURQDA OTELLƏRİ VAR, ZABRATDA KASIBIN EVİNİ YIXIR

Tarix:19-11-2020, 11:30
Baxış Sayı:1 059

Keçən ilin sonuna yaxın sosial mediada və mətbuatda 'Körpü-Bina Tikinti" MMC-nin sahibi-Xəlil Göyüşovun Almaniyadakı biznesi açıqlandı. Hamburqun mərkəzində, Borgfelder küçəsi 1-9 ünvanındakı dördulduzlu möhtəşəm “PARK HOTEL BERLİNER TOR” və Hamburqun KIELER STR. 333 ünvanındakı üçulduzlu “PARK HOTEL ARENA” adlı iki otelin Azərbaycanda uzun illərdən bəri iri tenderlərdə qalib elan olunan, dövlət sifarişlərini həyata keçirən, adı MTN işi ilə bağlı səs-küylü məhkəmədə Eldar Mahmudovun adamı kimi çəkilən Xəlil Göyüşova məxsus olduğu bəlirləndi.
Məlumatda qeyd olundu ki, X.Göyüşov 2015-ci il devalivasiya ərəfəsində ölkədən azı 40 milyon avrodan artıq vəsait çıxarıb və 2014-cü ildə Hamburq ədliyyəsində qeydiyyatdan keçirdiyi AGO GMBH vasitəsilə bu otellərə yatırıb. Sənədlərdə də qeyd olunur ki, otel və səyahət xidmətlərini həyata keçirən AGO GMBH-nin 2015-ci ildə yarandığı bir il müddətində aktivləri 36.8 milyon avro təşkil edib. Bildirilirdi ki, otellərin idarəçiliyini AGO PARK HOTEL BETRIEBS GMBH (aktivləri 420 min avro), AGO MANAGEMENT GMBH (157 min avro), AGO BETREIBERGESELLSCHAFT GMBH 826 min avro) üzərindən Xəlil Göyüşovun oğlu Ramiz Göyüşov həyata keçirir.
Göyüşovun bu qədər vəsaiti bəyannaməsiz, qeydiyyatsız-filansız ölkədən necə çıxarmasını nəzərə almasaq ondan bir iş adamı kimi gəlir deklorasiyası tələb etməyə heç kəsin haqqı yoxdur. Ən azından ona görə ki, məmur deyil. Ancaq hər halda nəhəng layihələr həyata keçirdiy vaxt bir kasıbın evini yıxıbsa və qarşılığında təzminat ödəməyibsə, yığdığı pulları halal hesab etmək olmaz.
Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Qombay Vəzirov küçəsi-4 ünvanda yaşayan Əliyev Zahid Məmmədağa oğlu “Korrupsiya Qanun” ictimai-siyasi hüquq qəzetinin redaksiyasına ərizə ilə müraciət edərək, bildirmişdir ki, kanalizasiya sistemi onun dəmiryol xəttinin yaxınlığında yerləşən evinin 3-4 metr kənarından keçir. “Körpübinatikinti” ASC tərəfindən kanalizasiya sisteminin yeniləşdirilməsi işləri görülən zaman onun evi qəzalı vəziyyətə düşüb. Yazır ki, evdə qəzalı vəziyyət yaranan kimi dərhal həmin həndəvərdə işləyən KBT əməkdaşlarına xəbər verib. İnşaatçılar ekskovatoru geri çəkiblər. Evə baxış keçirib həqiqətən qəzalı vəziyyətə düşdüyünü təsdiqləyiblər: “Körpübinatikinti”nin işçisi Faiq adlı oğlan mənə bildirdi ki, əgər bizim işlətdiyimiz ekskovator sizin evə toxunsaydı, məsuliyyət bizə aid olardı. Amma ekskovator evə toxunmayıb, yerin boşluğu səbəbindən eviniz partlayıb.
Bundan sonra Zahid Əliyev qəsəbə icra nümayəndəliyinə müraciət edib. Sözlərinə görə, nümayəndəlikdən bildiriblər ki, narahat olmasın, ona kompensasiya veriləcək və başqa yerə köçürülməsi təmin olunacaq. Ancaq daha bir sıra başqa qurumlara müraciət etsə də, nə başqa evə köçürən, nə təzminat verən, nə də evini təmir etdirən yoxdur.
Evi 2003-cü ildə çətinliklə, min bir əziyyətə qatlaşaraq tikdiyini xatırlayan Zahid Əliyev o vaxtdan xəstə düşdüyünü, qan təzyiqindən əziyyət çəkdiyini, acınacaqlı vəziyyətdə yaşadığını qeyd edir. Redaksiyadan xahişi budur ki, evində çəkiliş aparılsın, problemi KİV-də ictimailəşdirilsin, aidiyyati qurumların bu məsələyə göz yummasının səbəbi araşdırılsın.

“Korrupsiya-q.az” [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO