Azərbaycan İdeyası

Nardaranda danışıqlar bitdi - YENİLƏNİB

Tarix:27-11-2015, 16:45
Baxış Sayı:452

Nardaranda danışıqlar bitdi - YENİLƏNİB



Sabunçu qəsəbəsinin Nardaran qəsəbəsində kənd ağsaqqalları ilə rayon rəhbərliyi arasında danışıqlara başlanıb.
Bu barədə Trend-ə kənd ağsaqqalı hacı Tağı məlumat verib. Məlumata görə, kənd ağsaqqalları ilə rayon icra hakimiyyəti nümayəndələri arasında danışıqlar başlayıb. Görüşdə Nardaran Ağsaqqallar Şurasının sədri məşədi Natiq Kərimov, hacı İlqar və başqaları da iştirak edirlər. Məlumata görə, sakinlərdən asayişə riayət etmələri xahiş olunub.
Hacı Tağının sözlərinə görə, ümumilikdə kənd sakinləri ilə hələ ki, ümumi məxrəcə gəlinməyib: "Sakinlər həbs olunan şəxslərin azadlığa buraxılmasını tələb edirlər".
Nardaranda aparılan danışıqlar bitib. Nardaran Ağsaqqallar Şurasının sədri məşədi Natiq Kərimovun Trend-ə verdiyi məlumata görə, tərəflər arasında ümumi razılığa gəlinməyib: "Kənd ağsaqqalları hadisə nəticəsində öldürülən kənd sakinlərinin meyitlərini tələb ediblər. Sabunçu Rayon Prokurorluğu isə hələlik həlak olanların meyitlərini ailələrinə təhvil verməyib. Kənd ağsaqqalları bununla bağlı Sabunçu Rayon Prokurorluğuna xəbər göndərib ki, meyitlər təhvil verilməyənə qədər kənd sakinləri heç bir danışıqlara getməyəcəklər". Nardaranda aparılan danışıqlar bitib. Nardaran Ağsaqqallar Şurasının sədri məşədi Natiq Kərimovun Trend-ə verdiyi məlumata görə, ümumi razılığa gəlinməyib. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO