Azərbaycan İdeyası

SƏLƏMÇİ İCRA NÜMAYƏNDƏSİNİN LAZIM GƏLƏNDƏ QULAĞI NİYƏ EŞİTMİR?

Tarix:19-11-2020, 11:15
Baxış Sayı:1 490

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də İnzibati ərazi dairələri üzrə və sahə inzibati ərazi dairələri üzrə yerli icra hakimiyyəti başçısı nümayəndələrinin vəzifə və səlahiyyətləri dəqiqi göstərilmişdir. Həmin vəzifələr sırasına - əhalinin sosial əhəmiyyətli sifarişlərini öyrənərək, yerli icra hakimiyyətinin başçısına təkliflər vermək, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada vətəndaşların qəbulunu həyata keçirmək, onların ərizə, şikayət və təkliflərinə baxmaq, lazımi tədbirlər görmək və nəticəsi barədə vətəndaşlara məlumat vermək kimi əhəmiyyətli vəzifələr də daxildir. Lakin çox təəssüflər olsun ki, yerlərdə bu əsas vəzifələrini unudub sələmçiliklə (!) məşğiul olan “dövlət qulluqçuları” da vardır. Onlardan biri – Füzuli rayon İcra Hakimiyyətinin Alxanlı kənd ərazi vahidi üzrə nümayəndəliyinin sədri İlham İsrafilov barəsində redaksiyamıza daxil olmuş narazılıq ifadə edən ərizə və video-müraciət əsasında hazırladığımız məqaləni dəyərli oxucularımıza təqdim edirik.
Əvvəlcə onu qeyd edək ki, Alxanlı kəndi cəbhə bölgəsində düşmənlə üzbəüz mətin dayanan inzibati ərazi vahididir. Bu eldə yaşayanlar həqiqətən də qeyrətinə tapınan, doğulub-böyüdüyü, əkib – becərdiyi torpağı yada verməyən namuslu, zəhmətkeş insanlardır, ləyaqətli Azərbaycan vətəndaşlarıdır. Onların torpağa daha möhkəm bağlanması üçün evlərinin, doğma divarlarının təməli möhkəm bünövrə üzərində qurulmalıdır. Dövlətimiz bu məsələ ilə qayğılanıb və yeni inşa olunan qəsəbələrdə onları evlə təmin edir. Di gəl, bu müstəvidə istər mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyaclı şəxslərin müəyyənləşdirilməsində, istərsə də növbə ardıcıllığının tənzimlənməsində ədalətsizliklərə yol verilir. Əməkdaşımıza müsahibə vermiş kənd sakinləri bu ədalətsizliklərə görə vəzifəli şəxslərdən yerli icra nümayəndəsi İlham İsrafilovu qınayırlar.
Alxanlı sakini İlqar Hüseynov 3 övlad atasıdır. Bir oğlu əsgərlikdədir, digəri isə hərbi xidmətə çağırılıb. Ailə olduqca acınacaqlı, darısqal şəraitdə yaşayır. İlqar kişinin öz əlinin zəhməti hesabına, heç kəsin köməyi olmadan qurub-yaratdığı kasıbyana evin bir ağır problemi də var: Evin zirzəmisindən, döşəmənin altından sutkanın bəzi vaxtları tükürpədici, vahiməli səslər gəlir. Ailənin üzvləri təlaşdan, həyəcandan gecələr evin içində yata bilmirlər, həyətə çıxan artırmada, torpağın üstünə salınmış palaz üzərində yatırlar. Ilqar Hüseynov deyir ki, istər bu məsələ ilə bağlı, istərsə də evlə təminatla bağlı dəfələrlə rayon rəhbərliyinə müraciət etsə də, müsbət nəticə hasil olmayıb. İcra nümayəndəsi yalnız bir dəfə gəlib baxıb, vəssəlam, o gedən gedib. Şikayətçinin sözlərinə görə, İlham İsrafilov başqalarından rüşvət alıb onların evə ehtiyaclı olmaları barədə rəy yazıb. Amma onun pulu yoxdur deyə köməklik göstərmir.
Digər kənd sakini, tarix müəllimi Rahib müəllim İlqarın dediklərtini təsdiqlədi: “İlqargilin evində olub həmin səsləri mən də eşitmişəm. Əsasən axşam saatrlarında eşidilir, yatmış adamın xorultusuna bənzəyir. Bunun nə olduğunu müəyyənləşdirmək üçün yerli qurumlar heç bir iş görmürlər. İcra nümayəndəsinin başı sələmçiliyə qarışıb. İşi dara düşən, xeyir-şər yola vermək istəyən ondan borc götürür. Amma təmənnasız deyil, yüksək faizlə, sələmə. Onun bunca böyük imkana malik olmasının, 80 minlik bahalı avtomobil sürməsinin səbəbi də korrupsiyadır. Alxanlıda dövlətin tikdiyi evlər o kəslərə verilib ki, Bakıda vilları var, burada yaşamırlar, buradakı evlərini kirayəyə veriblər. Görün, işin harasıdır ki, İlham bəy icra nümayəndəliyinin kontorunu həmin o ciddi ehtiyacı olmadan evə yiyələnmişlərdən birinin evində qərarlaşdırıb. Mənim kimi müəllim isə kirayədə yaşamağa məcburdur”.
Dövlətimizin yürütdüyü sosial siyasətə kölgə salan, qeyri-qanuni sələmçiliklə məşğul olan, dövlət qulluqçularının etik davranış prinsiplərini pozan, təmsil etdikləri quruma olan ictimai etimadı sarsıdan, görmək lazım gələndə gözü, eşitmək lazım gələndə qulağı tutulan İlham İsrafilov kimi məmurların fəaliyyəti məhz Dövlət Təhlükəsizlik Xidməti tərəfindən yoxlanılmalıdır.

Müəllif: Amid Hacıyev

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb