Azərbaycan İdeyası

POLIS “VƏKILFASON NÜMAYƏNDƏLƏRIN” YARITMAZ HÜQUQ XIDMƏTLƏRINDƏN ZƏRƏR ÇƏKƏN ŞƏXSLƏRIN ŞIKAYƏTLƏRINI DÜRÜST ARAŞDIRMIR

Tarix:19-11-2020, 11:16
Baxış Sayı:304

Sadiq oxucularımız bəlkə də “Bir daha statuslarını itirmiş vəkilfason "nümayəndələrin" dələduzluq əməlləri barədə” başlıqlı məqaləmizi xatırlayarlar. Həmin məqalədə konkret misal çəkərək bildirmişdik ki, Milli Məclisin 2017-ci il oktyabrın 31-də keçirilən plenar iclasında irəli sürülən "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna, Mülki Prosessual və İnzibati Prosessual məcəllələrinə dəyişiklik layihələri qəbul olunandan sonra fiziki şəxslərə yalnız yaxın qohumlarının məhkəmələrində qanuni nümayəndə kimi iştirak etmələrinə icazə verilməsini və bir sıra məhkəmə çəkişmələrində nümayəndəlik institutunun daha peşəkar-vəkillik institutu ilə əvəzlənməsi, vəkillik institutunun daha da gücləndirilməsini, 2018-ci il yanvarın 1-dən kassasiya instansiyasında, yəni, Ali Məhkəmədə işlərə baxılan zaman nümayəndənin iştirakına yol verilməməsi barədə dəyişikliklərin qüvvəyə minməsindən sonra elə "vəkillərin" yarıtmaz xidmətləri barədə şikayətlər o vaxtdan hələ indiyə qədər KİV-ə ünvanlanmaqdadır.
Bu günlərdə redaksiyamıza Bakı şəhəri, Yasamal rayonu, S.Əsgərova – 13 ünvanda yaşayan və qeydiyyatda olan Muradov Nihad Fuad oğlunun müraciəti daxil olmuşdur. Muradov bildirir ki, 2013-cü ildə ailə qurduğu Gegeçkori Nato ilə birgə nigahdan 2014-cü ildə qızı Muradova Səbinə dünyaya gəlmişdir. Xasiyyətləri tutmadığı üçün Nato ilə ayrılmağa qərar vermişlər. Boşanma ilə əlaqədar özü müraciət etmiş və 2018-ci ilin iyul-avqust aylarına təsadüf edən həmin ərəfədə hüquq xidmətinə ehtiyac duyduğu üçün tanışı Eyvazın vasitəsilə tanış olduğu, vəkil kimi təqdim olunan Pərviz Eyyubova onu təmsil etmək üçün notarial qaydada etibarnamə və ilkin olaraq 400 (dörd yüz) manat pul vermişdir. Pərviz ona məhkəməyə çıxa bilməyəcəyini demiş, onu başqa vəkil İsmayılov Yusif Yaşar oğlunun müdafiə edəcəyini bildirmişdir. Lakin, sonrakı proseslərin gedişində bir dəfə də olsun Yusifi görməmişdir. Pərviz Eyyubov Nihad Muradova nikah pozulduqdan sonra azyaşlı Səbinənin atası ilə qalması barədə məhkəmə qərarı çıxarılmasına əsas verən sənədləri (Yasamal Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının, eləcə də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəyləri) düzəldəcəyini vəd etmişdir. Rayon Komissiyasının rəyi Muradovu qane etsə də, Dövlət Komitəsinin rəyi uşağın ana ilə qalmasını məqsədəuyğun hesab etmişdir. Pərviz bu işi qaydaya qoymaq üçün Komitənin o vaxtkı sədri Hicran Hüseynovaya rüşvət vermək lazım gəldiyini demiş və bu məqsədlə Nihaddan 4100 (dörd min bir yüz) manat pul almışdır. Lakin vədini yerinə yetirməmiş, nəticədə əvvəlcə nikahın pozulmasını rəsmiləşdirənYasamal rayon məhkəməsi 06. 09.2018-ci il tarixli qətnaməsi ilə uşağın atasından alınaraq anasına verilməsini qət etmiş, sonra isə Bakı Apellyasiya Məhkəməsi 08.01.2019-cu il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamışdır.
Boşanmış valideynlərin hər birinin uşağı özü ilə saxlamaq üçün çəkişmə predmeti olan arqumentləri vardır. Lakin Muradovun KİV-ə müraciət etməsinin əsas səbəbi Pərviz Eyyubovun onu aldatmasına görə cəza almaması, müraciət etdiyi hüquq-mühafizə orqanlarının Pərvizin əməlinə obyektiv hüquqi qiymət verməməsidir. Çünki 2019-cu ilin mart ayının əvvəlində Muradov Yasamal RPİ-nin 27-ci PB-nə müraciət edərək, Pərviz Eyyubovun onu aldadaraq dələduzluq yolu ilə pulunu mənimsəməsi barədə şikayət etmişdir.
27-ci PB-nin təhqiqatçısı polis kapitanı Eldar Mirzəzadə isə icraatənda olan iş üzrə xüsusatları obyektiv araşdırmadan cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar çıxarmışdır. Muradovun redaksiyaya yazdığı ərizəyə qoşma etdiyi həmin qərardan görünür ki, təhqiqatçı 4100 manatı Muradovdan aldığını, onlara özünü məhz vəkil kimi təqdim etdiyini inkar edən, yalnız bir il ərzində hissə-hissə hüquq xidməti haqqı aldığını boynuna alan P.Eyyubovun verdiyi ifadəyə inanmış, tərəflər arasında yaranmış mübahisənin cinayət xarakterli deyil, məhkəmə müstəvisində baxılmalı olan mülki mübahisə predmeti olması qərarına gəlmişdir. Qəribədir ki, polis təhqiqatçısı hətta Yusif İsmayılov adlı vəkilin tapılıb dindirilməsinə də lüzum görməmişdir.
N.Muradovun məsələnin obyektiv araşdırılması üçün Daxili İşlər Nazirliyinə dəfələrlə etdiyi müraciətləri isə Nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsi öz səviyyəsində araşdırmaq əvəzinə barəsində şikayət edilən Yasamal rayon Polis İdarəsinə göndərmişdir. Müraciətlərin “aidiyyati üzrə” göndərildiyi Yasamal RPİ-nin 27-ci PB isə N.Muradova yazdığı cavab məktubunda sadəcə “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərarın mövcudluğunu xatırlatmışdır, vəssalam.
N.Muradov işə yenidən baxılmasına nail olmaq istəyində israrlıdır. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb