Azərbaycan İdeyası

OĞLU POLİS ŞÖBƏSİNDƏ ÖLƏN ATA PREZİDENTƏ MÜRACİƏT ETDİ

Tarix:19-11-2020, 11:35
Baxış Sayı:788

Xaçmaz şəhəri, M.F.Axundov küçəsi, ev-42 ünvanda yaşayan, zərərçəkmişin hüquqi varisi kimi təqdim olunan Aydəmirov İsmayıl Əli oğlu “Korrupsiya və Qanun” qəzetinin redaksiyasına 05.09.2020-ci il tarixli ərizə ilə müraciət edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanladığı Açıq Müraciətnaməsinin dərc olunaraq ictimailəşdirilməsini xahiş etmişdir:
“Hörmətli cənab Prezident!
Ərizəmlə yazıb Sizə məlum edirəm ki, mənim oğlum, 01.08.1994-cü il təvəllüdlü Aydəmirov Mirəli İsmayıl oğlu 27 may 2020-ci il tarixdə gecə saat 02-03 radələrində Xaçmaz RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyatçıları tərəfindən guya narkotik vasitələrin istifadəçisi kimi tutularaq Xaçmaz rayon Polis Şöbəsinə aparılmış və həmin gün saat 03:50-də Xaçmaz Mərkəzi Rayon Stansiyasının Təcili Yardım Stansiyasına (“103” xidmətinə) zəng edilmiş, çağırışa gələn həkim briqadası oğlum Mirəlinin ölüm ayağında olduğunu görmüş, əvvəlcə xəstəxanaya aparmaqdan imtina etmiş, lakin polisin təkidi ilə oğlumu təcili yardım avtomaşını ilə gətirərək, gecə saat 04:15-də xəstəxananın qəbul şöbəsinə təhvil vermişlər. Həmin gün, yəni, 27.05.2020-ci il tarixdə gecə saat 03 radələrində Xaçmaz rayon Vəkillər Bürosunun müdiri Mütəllimov Şahin Rasim oğlu növbətçi vəkil qismində şöbəyə çağırılmışdır.
Min bir əzabla 26 il saxlayıb boya-başa çatdırdığım subay oğlumu – Azərbaycan Respublikasının vətəndaşını Azərbaycan Respublikasının Polisi qəddarcasına, işgəncə verərək döyüb öldürmüşdür. Mirəli şöbəyə qəbul olunan zaman onun adına açılmış xəstəlik tarixçəsində oğlumun adı “Mirəli” yox, “Mirzəli” kimi yazılmış və 04:20-dən saat 10:30-a kimi oğlum qəbul şöbəsinin koridorunda baxımsız vəziyyətdə, heç bir həkim müdaxiləsi olmadan qalmışdır. Yalnız səhər saat 10:30-da Mirəlinin adını kompyuter sisteminə bu dəfə düzgün yazmaqla onu reanimasiya şöbəsinə aparmışlar. Ötən 20 saat ərzində nə mənim, nə də ailə üzvlərimin heç birinin baş verənlərdən xəbəri olmamışdır. Saat 16:30 radələrində RPŞ-nin sahə müvəkkili Şəhriyar zəng edərək məni rəis müavini Faiq İlyasovun çağırdığını bildirmişdir. Faiq İlyasovun qəbulunda olan zaman məni aldadaraq yalan, qeyri-obyektiv məlumatlar verərək demişdir: “Mirəli “peredozadadır”. Bu fakt müavinin otağında olan təhqiqatın rəisi, sahə müvəkkillərinin rəisi və başqa beş-altı polis işçisinin yanında deyilmişdir. Həmin gün saat 18:10-da mənim reanimasiya şöbəsinə getməyimə icazə verdilər. Mən reanimasiya şöbəsinə Mirəlinin yanına gələn zaman onun bütün bədən hissələrində dəhşətli qançırlar, barmaqlarının pis hala salındığını, baş hissəsininin sındırıldığının şahidi olmuşam. Saat 18:30-da oğlum Mirəlinin meyidinin morqa verilməsi barədə bizə məlumat verdilər. Morqada meyidi yarıb tikib mənə təhvil verənə kimi Xaçmaz RPŞ-nin bütün vəzifəli şəxslərinin hamısı meyitxananın yanında bizi mühasirəyə almışdılar.
Bundan başqa, Daxili İşlər Nazirliyinin mətbuat katibi Ehsan Zahidov heç bir daxili istintaq araşdırması aparmadan, heç bir sorğu-sual edilmədən, prokurorluğun hər hansı həbs barədə sanksiyası mövcud olmadığı halda, hər hansı məhkəmə qərarı olmadığı halda bütün bu sadalanan faktları saya salmadan, araşdırmadan “Oxu.az” saytında 29.05.2020-ci il tarixdə Azərbaycan Respublikası dövləti adından qərəzli, qeyri-obyektiv məlumat verib. Onu da qeyd etmək istəyirəm ki, Xaçmaz RPŞ bu günə kimi baş vermiş hadisə ilə bağlı Şöbənin daxilində və xaricində quraşdırılmış görünüş kameralarının disklərini arşdırılması üçün Xaçmaz rayon Prokurorluğuna qəsdən təqdim etməmişdir ki, obyektiv araşdırma aparılsın. Bununla bağlı Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizlik Xidmətinə, Xaçmaz rayon Prokurorluğuna dəfələrlə etdiyim yazılı müraciətlərimə bu günə kimi heç bir cavab verilməmişdir. Həmin məlumatlara mənim oğlumun dozadan artıq narkotik qəbul etdiyi və gedib başını divara vurduğu dərc edilmişdir. Onun yazdıqları başdan ayağa cəfəngiyyat və kimlərisə müdafiə etmək məqsədi daşıyır. Həmin gün mənim oğlumun halsız olduğunun səbəbini izah edirəm: Mirəli uşaqlıdan xəstə idi, daim dərmanlarla yaşayırdı Ölümündən 3-4 gün əvvəl Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının nevropatoloq həkimin qəbulunda olmuşdur. Həkim ona dərmanlar, o cümlədən, yuxu dərmanı, “Fenazepam” yazmışdır. Həmin dərmanları qəbul etdikdən sonra halı pisləşirdi və onda yuxu əlamətləri olurdu.
Mən bu baş verənlər barədə 27.05.2020-ci ildən bu günə kimi DİN-nin “102” xidmətinə, AR Baş Prokurorluğuna, DTX-nə, Prezident Administrasiyasına və Ombudsmana saysız-hesabsız telefon zəngləri etmiş, teleqramlar vurmuş və xəbərnaməli mməktublar yollamışam. Lakin bu günə kimi heç bir cavab veriməyib, heç kim maraqlanmayıb. İşin araşdırılması ilə məşğul olan Xaçmaz rayon Prokurorluğundan isə heç bir rəsmi cavab almamışam. Bütün bunlar mənə onu deməyə əsas verir ki, mənim oğlumun qanını batırmağa çalışırlar”.
Özünün və həyat yoldaşı Sara Nizam qızı Aydəmirovanın hadisə baş verəndən hal-hazıradək yuxarı instansiyalara vurduqları xəbərnaməli teleqramların tarixini və nömrəsini sdalayan İsmayıl Aydəmirov müraciətinin sonunda dövlət başçısından oğlu Aydəmirov Mirəli İsmayıl oğlunun Xaçmaz RPŞ-də müəmmalı şəkildə ölməsi faktının obyektiv və qanuni araşdırılması, oğlunun qatilinin müəyyən olunması ilə bağlı aidiyyəti orqanlara ciddi göstəriş verilməsini xahiş etmişdir. Ərizəyə müəllifin hüquq-mühafizə, cinayət təqibi orqanlarına göndərdiklləri məktubların surətləri, onların göndərilməsini təsdiqləyən poçt qəbzləri, müraciətlərin qeydə alınmasını təsdiqləyən bildirişlər, mərhuma “ağır baş-beyin ödemi. Naməlum etiokomatoz vəziyyət” diaqnozu qoyaraq bədənində, ələlxüsus baş nahiyəsində sıyrıq və qançırların olduğunu təsdiqləyən ekspertiza rəyi əlavə olunmuşdur. Lakin ekspertiza onun tiryəkdən zəhərlənərək öldüyü, zədələrin isə öldüyü gün deyil, xeyli əvvəl yetirildiyi qənaətinə gəlmişdir ki, mərhumun yaxınları da buna inanmır, qeyri-obyektiv hesab edirlər.
Oğlunun ölüm işinin yenidən, obyektiv istintaq edilməsinə nail olmaq istəyən ata Aydəmirov ilk növbədə nələrə diqqət yetirilməsinin vacib olduğunun altını cızmışdır:
“ - Araşdırma videoçəkilişlə, səslərin yazılması ilə aparılsın; - Mərhumun istifadəsində olmuş mobil nömrəyə 26.05.2020-ci il tarixdə, axşam saat 18:00-dan 27.05.2020-ci il tarixdə gecə saat 02:50-yə kimi hansı telefon nömrələrindən zəng olunması və həmin nömrədən hansı telefon nömrələrinə zəng olunmasını aydınlaşdırmaq üçün sorğu verilsin; - Mirəlini tutaraq şöbəyə aparmış Xaçmaz RPŞ-nin əməliyyatçıları Hüseynov Zöhrab Abbas oğlunun, Ağayev Cahangir Xanbala oğlunun və Tahirov Sabit Tahir oğlunun, həmin gecə növbədə olmuş növbətçi hissənin əməkdaşlarının, Xaçmaz RPŞ-nin giriş qapısında dayanan polis əməkdaşlarının Xaçmaz rayon Prokurorluğuna dəvət olunaraq zərərçəkmişin iştirakı ilə dindirilməsi, polis şöbəsinin çölündə və daxilində quraşdırılmış görünüş kameralarının bütün disklərinin təcili və təxirə salınmadan DİN-dən götürülərək Xaçmaz rayon Prokurorluğuna təhvil verilməsi üçün təkrar olaraq baş prokuror qarşısında təqdimat verilməsi təmin edilməli və zərərçəkmişin iştirakı ilə həmin disklərə baxış keçirilməlidir: - 27.05.2020-ci il tarixdə gecə saat 03:50-də Xaçmaz RMX-nın TYS-dan (103) RPŞ-nə gəlmiş həkim briqadasının, sürücünün dindirilməsi, həmin tarixdə saat 04:15 dəqiqədən səhər saat 10:40-a kimi RMX-nın qəbul şöbəsində növbədə olmuş bütün tibb personalının, saat 10:40-dan saat 18:30-a kimi reanimasiya şöbəsində olmuş bütün tibbi personalın dindirilməsi təmin edilməlidir.

Baş redaktor: X.Ə.Quliyeva [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO