Azərbaycan İdeyası

Metroda nəfəs almaq asanlaşacaq

Tarix:18-12-2015, 17:37
Baxış Sayı:596

Metroda nəfəs almaq asanlaşacaq



Metronun ventilyatorları müasir avadanlıqlarla əvəzlənir. Avadanlıqlar gücü, məhsuldarlığı, texniki qulluq parametrləri və daha kiçik, münasib həcmi ilə seçilir.
"Korrupsiya və Qanun" saytının aldığı məlumata görə bu barədə Milli.Az-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.
Onun sözlərinə görə, metroda ventilyasiya qurğularının təkmilləşdirilməsilə sərnişinlər üçün daha rahat şəraitin yaradılması, eləcə də onların təhlükəsizliyinin etibarlılığının artırılması aktuallığını heç vaxt itirmir: "Yanğın, tüstülənmə hallarında, stansiyalarda və tunellərdə hava kütləsinin, temperatur rejiminin tənzimlənməsində, ətraf mühitin qorunmasında onların rolu böyükdür. Son illər tunel ventilyasiya sistemlərinin müasirləşməsi sahəsində yeniliklərin tətbiqi intensivləşdirilib. Xüsusən istismar müddəti başa çatmaqda olan ventilyatorların daha güclüləri ilə əvəzlənməsi və ya modernləşdirilməsi prosesi sürətləndirilib".
Şöbə rəisi qeyd edib ki, bu ilin planına uyğun olaraq, "Gənclik" və "Nərimanov" stansiyalarında metropolitenin istismara verildiyi günlərdən istifadədə olan ventilyatorlar sökülərək, əvəzinə Almaniya istehsalı olan LTL TA tipli müasir analoqları qoyulub: "Bu qurğular metropolitendə son illərdə tətbiq edilir. "Nəsimi", "Azadlıq prospekti", "Dərnəgül", həmçinin yeni xəttin istismara veriləcək "Avtovağzal" və "Memar Əcəmi-2" stansiyalarında da bu avadanlıqlar quraşdırılıb. Əvvəlkilərlə müqayisə etdikdə, bu avadanlıqlar gücünə, məhsuldarlığına, texniki qulluq parametrlərinə görə, həcminin daha kiçik və münasib olması ilə fərqlənir. Qayışlı hərəkət ötürücüsünün əvəzinə dişli çarxdan istifadə olunması, mühərrikin gücünün xeyli artıq olması hava axınının tənzimlənməsində xüsusi rol oynayır".
N.Paşayev əlavə edib ki, ötən günlərdə istismara verilmiş ventilyatorların normal iş rejimində çalışması təmin edilib. Qarşıdakı dövrdə Rusiyadan alınmış daha 6 yeni ventilyatorun quraşdırılması və bir o qədər də rotor qrupunun dəyişdirilməsi nəzərdə tutulur. Bu tədbirlərlə yeraltı yollarımızda ventilyasiya sisteminin təkmilləşməsi sahəsində daha bir mühüm mərhələ geridə qalacaq. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı