Azərbaycan İdeyası

SURAXANIDA HÜQUQ-MÜHAFIZƏ ORQANLARI ÖZ ƏZIZLƏRINƏ BELƏ QAN UDDURAN NARKOMANLARI ZƏRƏRSIZLƏŞDIRMIR

Tarix:25-11-2020, 14:58
Baxış Sayı:329


Məhkəmə isə qanunsuz inşa olunmuş ikinci mərtəbənin kölgəsində qalan “birmərtəbəli cinayətə” göz yumur
Suraxanı Rayon Polis İdarəsinin kabinetlərində araşdırılmış, rəflərə, arxivlərə yığılmış materiallara baxmaq imkanımız olmasa da, təkcə elektron kütləvi informasiya vasitələrinin internetdə yayılmış məlumatlarına göz atmaqla belə nəticəyə gəlmək olar ki, Suraxanı təkcə paytaxtda deyil, ümumilikdə respublika üzrə narkomaniyanın geniş yayıldığı inzibati vahidlər sırasında öncül yerdə gedir. Bu mənfi tendensiyanın oturuşmasına səbəb heç də o deyil ki, ölkənin əksər narkomanlarını yığıb burada məskunlaşdırıblar, yox. Belə olan halda bu neqativ göstəricini yalnız bir səbəblə - yerli hüquq-mühafizə orqanlarının cinayətkarlığın bu növünə qarşı mübarizə işini düz qurmadıqları ilə əlaqələndirmək olar.
Bəs narkomaniya nəyə görə pislənir? Cavab bəllidir: Narkomaniya zərərli vərdişdən dönüb xəstəliyə çevrilir və bu bəlaya mübtəla olmuş adamı cinayətə sürükləyir. Nəticədə həmin insan nəinki cəmiyyət üzvlərinə, hətta öz yaxınlarına da qarşı təhlükəli olur. Daha pis hal budur ki, hüquq-mühafizə, cinayət tərkibi və ədliyyə orqanları ətrafdakılara təhlükə törədən şəxsi cəmiyyətdən təcrid etmək əvəzinə, əksinə, ona qarşı çox yumşaq davranırlar. Bu da bəzən insanlarda əsaslı-əsassız belə fikir formalaşdırır ki, polis narkomanlarla, daha çox da narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərlə əlbirdir, onların zərərli fəaliyyətlərinin davam etməsində maraqlıdır. Nə qədər narkotik istifadəçisi çox olsa, demək onların timsalında polisin təqib etdiyi obyekt də çox olar. Polis üçün obyektin çoxluğu isə potensial rüşvət ödəyicilərinin çoxluğu deməkdir.
“Korrupsiya və Qanun” qəzetinin sadiq oxucuları xatırlayarlar, qəzetin 6 may 2020-ci il tarixli 03(77)-ci sayında, daha əvvəl isə “Korrupsiya-q.az” saytında Bakı şəhəri, Əmircan qəs., H.Bayramov küç, ev 5-də qeydiyyatda olan vətəndaş Yunusova Zemfira Əli Yusif qızının ərizəsi və redaksiyamıza təqdim etdiyi sənədlərin təhlili əsasında “Narkoman qardaş bacısını ata yurdundan bayıra atıb” sərlövhəli məqalə dərc olunmuşdu.
Vətəndaş Yunusova bildirmişdi ki, qeyd etdiyi ünvan onun baba yurdu olsa da, iki ildir ailə üzvüylə birgə həmin evdən çölə atılmışdır. Ərizəçinin sözlərinə görə, məhkəmə icra məmuru Rəşad Dövlətov onun narkoman qardaşı Seyfullayev Əliseyran Əliyusif oğlu ilə sövdələşərək onları qeyri-qanuni olaraq evdən çıxarıblar. Bunu edərkən, ona və həyat yoldaşına xəsarət də yetiriblər. Həmçinin bildirmişdi ki, onun xəsarət alması ekspert rəyi ilə təsdiq olunsa da, hüquq - mühafizə orqanları heç bir tədbir görməyiblər. 2018-ci ildən başlayaraq keçmiş baş prokurora, keçmiş daxili işlər nazirinə, Suraxanı Rayon prokurorluğuna, Suraxanı Rayon Polis İdarəsinə teleqramlar vurub məktublar ünvanlasa da, heç bir nəticə olmayıb. Eyni məzmunlu cavablar gəlib: "Cinayət tərkibli iş yoxdur".
Z.Yunusova haqlı olaraq sual verirdi ki, görəsən, ağsaqqal və ağbirçək adamların üzdə olan döyülmə faktı, ona məxsus olan evindən daş - qalaq edilərək qovulmağı, evindəki qab-qacaqların oğurlanması cinayət tərkibli iş deyil, bəs nədir (?!)
Zemfira xanım iddia edirdi ki, onun qardaşı Əliseyran anasını da döyə-döyə öldürüb, o və yaxın dostu Samir, eləcə də məhkəmə icra məmuru Rəşad ən azı cinayət məsuliyyətinə cəlb olunmalıdırlar.
: “Rəşad bizə dedi ki, mənim arxam güclüdür, mən də Əliseyranın da, Samirin də arxasında durmuşam. Bu zaman Əliseyran mənə yaxınlaşıb dedi ki, həmin “sənin ananı necə öldürmüşəmsə, səni də elə öldürəcəm”. O vaxtı da anamı o qədər döymüşdü ki, bədəni qap-qara olmuşdu. O vaxtı da 31-ci Polis Bölməsi Əliseyrana heç nə eləmədi, anamı döyə-döyə öldürdü. Bu, cinayət deyilmi?!”
Əvvəla, Z.Yunusova başqa tükürpədici açıqlamalar da vermişdi: “Qardaşım öz ailə üzvlərini çölə ataraq, neçə illər öncə Zarina adında bir qızı doqquz yaşında ikən evinə salmış, həmin gündən ona oğlan paltarı geyindirib yanında gəzdirir, qaçmaq istəyəndə tutub gətirir, döyərək işgəncələr verir, dişlərini tökmüş, bədəninə hər yerdən xəsarətlər yetirmiş, onu da özü kimi narkoman etmişdir. Hal-hazırda qardaşım mənim azyaşlı nəvələrimə təzyiq göstərir. Hüquq - mühafizə orqanları belə hallara göz yumursa, bu cinayət deyilmi?!”
Ərizə müəllifi yazırdı ki, 2018-ci ildən bu günə qədər məhkəmənin qərarları icra olunmur: “Tələb edəndə yenə də bizə təzyiqlər göstərilir”.
Sözügedən məqalədə məsələnin təfərrüatlarını “sənədlərin dili ilə” də təqdim etmişdik:
Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, X. Bayramov küçəsində yerləşən 5 saylı fərdi yaşayış evinin Zemfira xanıma düşən 1/12 hissəsi xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur və bu hüquq Suraxanı rayon Məhkəməsinin 05 oktyabr 2018-ci il tarixli 2(010)-4815/2018 saylı qiyabi qətnaməsi ilə təsdiqlənmişdir. Əliseyran Seyfullayev məhkəməyə müraciət edərək həmin qiyabi qətnamənin ləğv olunması barədə qərar çıxarılmasını xahiş etsə də, Suraxanı məhkəməsi 30 noabr 2018-ci il tarixli qərardadı ilə onun ərizəsini təmin etməmişdir. Sonrakı dövrdə Suraxanı məhkəməsi daha iki qərardadla mübahisəyə izahlar verərək həllini dəqiqləşdirmişdir.
Azərbaycan Respublikası Bakı şəhər icra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsindən Zeynalova Qızılgül Balababa qızının adına verilmiş 017483 saylı qeydiyyat vəsiqəsinə əsasən, yaşayış sahəsi 204,5 kv.m., ümumi sahəsi 371, 6 kv.m. olan 11 otaqlı, 5 saylı fərdi yaşayış evinin 1/12 hissəsi ayrı-ayrılıqda Zeynalova Qızılgül Balababa qızının, Yunisova Zenfira Əliyusif qızının və Seyfullayev Nizami Əliyusif oğlunun, evin 1/12 hissəsi isə Seyfulla Əhməd oğlunun mülkiyyətindədir. Hazırda fərdi yaşayış evinin texniki pasporta əsasən "A" literli hissəsi bütövlükdə və Q" literli yaşayış evinin bir hissəsi qardaşı Seyfullayev Əliseyran Əliyusif oğlunun, "Q" literli yaşayış evinin digər hissəsi digər qardaşı Seyfullayev Nizami Əliyusif oğlunun, “B” literli yaşayış evi əmisi oğlu İmran Səfərovun, "V" literli yaşayış evi isə başqa qardaşı Ağaməlik Seyfullayevin istifadəsindədir. Seyfullayev Əliseyran Əliyusif oğlunun qanunsuz hərəkətləri nəticəsində Zemfira uzun illərdir ki, mülkiyyətində olan hissədən istifadə edə bilmir, faktiki istifadəsində olan sahə isə texniki pasporta əsasən "J" literli hissədir ki, bu hissə pasportda tövlə kimi, yəni yardımçı sahə kimi nəzərdə tutulmuşdur, evin böyük bir hissəsini, həmçinin Zemfira aid olan 1/12 hissəsini də zəbt edərək onu həmin hissəyə buraxmır.
Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi 2(010)-3695/2019 saylı, 26 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Yunisova Zenfıra Əliyusif qızının cavabdeh Seyfullayev Əliseyran Əliyusif oğluna qarşı pul tələbinə dair iddiasını təmin etməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3695/2019 saylı, 26 sentyabr 2019-cu il tarixli qətnaməsindən iddiaçı Yunisova Zemfıra Əliyusif qızı tərəfindən verilmiş APELLYASİYA ŞİKAYƏTİndən oxuyuruq:
“Əliseyran Samir adlı səxslə 8-9 nəfərdən ibarət quldur dəstəsi ilə 29 yanvar 2018-ci il tarixdə, saat 15:15 radələrində hazırda yaşadığım tövlə kimi nəzərdə tutulan sahəyə hücum edərək məni və həyat yoldaşım Rafiqi dəmir lom və başqa alətlərlə döyərək yaşadığımız yeri, mətbəxi, sanuzeli söküb yerlə - yeskan edərək bizi küçəyə atdılar. Biz “102” xidmətinə zəng etdik. Bizim çağırışımıza 31-cı Polis Bölməsinin əməkdaşları gəldilər. Polis əməkdaşları məni, həyat yoldaşım Rafiqi və Əliseyranı Polis Bölməsinə apardılar. Məni və Rafiqi 4 saat Polis Bölməsində saxladılayıb Əliseyranı buraxdılar. Mənim halım pis olduğuna görə polislər məni həmin ünvana gətirdilər. Biz evə gələndə gördük ki, polis əməkdaşları bizi qəsdən 4 saat ərzində polis bölməsində saxladıqları vaxt Əliseyran həmin səxslərlə birləşib yaşadığımız evi və daş hasarı söküb yerlə yeksan ediblər və bizə məxsus əşyaları tamamilə oğurlayıb talayıblar. Biz 30 yanvar 2018-ci il tarixdə məhkəmə tibb ekspertizadan keçmişik. Həmin qrupdan olan Samir adlı şəxs 055-524-30-13 nömrədən zəng edərək bizi ölümlə hədələyərək nalayiq söyüşlərlə təhqir edir. Əliseyran həmin şəxslərlə sökdükləri hasarın daşlarını və bizə məxsus ev əşyalarımızı qonşuların dediklərinə görə “Kamaz” markalı 64 BA 103 qeydiyyat nişanlı avtomobilə yığıb aparıblar. Cavabdeh evimi yararsız hala salmaqla və əşyalarımı oğurlamaqla mənə ümumilikdə 15.256 manat məbləğində maddi ziyan vurub.
Z.Yunusova hesab edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi 2(010)-3695/2019 saylı, 26 sentyabr 2019-cu il tarixli qətnaməsi əsassız və qərəzlidir:
“Birinci instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmədiyindən, habelə mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normalarını düzgün tətbiq etmədiyi üçün düzgün nəticəyə gəlməmişdir. Buna görə də həmin qətnamə ləğv edilməli, iddia tələbimin təmin olunması barədə yeni qətnamə qəbul edilməlidir. Hesab edirəm ki, məhkəmə qətnamə qəbul edərkən maddi və prosesual hüquq normalarım kobud şəkildə pozaraq, mübahisəni kifayət qədər araşdırmadan və prosessual qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri çərçivəsindən kənara çıxaraq qanunsuz nəticəyə gəlmiş və istər milli və istərsə də beynəlxalq hüquq normaları ilə qorunan hüquqlanmı pozaraq ziyanıma olan qətnamə qəbul etmişdir”.
Məqalədə həmçinin apellyasiya şikayətinin istinad etdiyi milli və bəzi beynəlxalq hüquq normalarını da sadalamışdıq.
Sonda belə bir sual ortaya qoymuşduq: Tutaq ki, məhkəmənin Z.Yunusovanın qardaşı tərəfindən zorla ata yurdundan çıxarıldığını, əşyalıarının oğurlandığını görən hal şahidi olmayıb. Yaxşı bəs, niyə hüquq-mühafizə, cinayət təqibi orqanlarından heç kəsin ağlına gəlməyib ki, Əliseyranın keçmiş həyat yoldaşını və indi yanında saxladığı Zarinanı dindirsinlər? Niyə Əliseyran Seyfullaevi narkoloji testdən keçirmirlər?
Məqalədə təəssüf hissi ilə qeyd olunmuşdu ki, bütün bu sadalanan arqumentləri nəzərə almayan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-14911/2019 saylı 19.12.2019-cu il tarixli Qətnaməsi ilə iddiaçı Yunusova Zenfira Əliyusif qızının cavabdeh Seyfullayev Əliseyran Əliyusif oğluna qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli qətnaməsindən verdiyi apeliyasiya şikayətini təmin etməmiş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin həmin iş üzrə 26 sentyabr 2019-cu il tarixli qətnaməsini dəyişdirilmədən saxlamışdır. Məhkəmə kollegiyası hesab edib ki, iddiaçı öz tələbini əsaslandıra bilməyib.
Həmin məqalə dərc olunandan sonra redaksiya da öz növbəsində qəzet nüsxələrinin qoşma olunduğu müşayiətedici məktubları aidiyyati üzrə baş prokurora, daxili işlər nazirinə, ədliyyə nazirinə göndərilmiş, yüksək vəzifəli həmin şəxslərdən məsələnin nəzarətə götrülərək obyektiv araşdırılmasının təmin olunması xahiş edilmişdi. Qeyd olunan yüksək instansiyalardan yalnız Ədliyyə Nazirliyindən cavab gəlmişdi: “...09.01.2020-ci il tarixdə mütəxəssisin iştirakı ilə qeyd olunan ünvana baxış keçirilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 25.02.2020-ci il tarixli məktubu ilə təqdim olunan texniki pasporta əsasən “A” və “B” tikililərin olduğu, faktiki isə həmin tikililərdə rekonstruksiya işləri aparılmaqla ikinci mərtəbənin inşa olunduğu, bu səbəbdən Zenfira Yunusovanın Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi X.Bayramov küçəsində yerləşən 5 saylı fərdi yaşayış evinin payına düşən 1/12 hissəsinin müəyyən edilməsinin mümkün olmadığı bildirilmişdir. Bu səbəbdən icra məmurunun 02.03.2020-ci il tarixli qərarı ilə icra sənədi “İcra haqqında” Qanunun 70.4-cü maddəsinin tələbinə uyğun olaraq Suraxanı Rayon Məhkəməsinə qatytarılmışdır”.
Məntiqlə Suraxanı Rayon Məhkəməsi sözügedən “A” və “B” tikililərində rekonstruksiya aparılaraq inşa olunmuş ikinci mərtəbəni onu inşa etmiş şəxsin, yəni, Əliseyranın hesabına sökülməsi barədə qərar çıxarılmalıydı.
Mövzuya qayıdacağıq.

Baş redaktor: Xuraman Quliyeva
[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb