Azərbaycan İdeyası

TORPAQLARIMIZIN IŞĞALDAN AZAD EDILMƏSI TORPAĞA MÜLKIYYƏT HÜQUQLARI POZULAN VƏTƏNDAŞLARIMIZI DA ÜMIDLƏNDIRIB

Tarix:21-12-2020, 17:21
Baxış Sayı:159

Redaksiyamıza növbəti dəfə müraciət edən Lənkəran rayon sakini, Liman şəhəri, H. Aslanov küçəsi, ev - 280 ünvanda yaşayan zərərçəkmiş vətəndaş Dadaşov Eynulla İbadulla oğlu Müzəffər Azərbaycan Ordusunun cəbhədə qazandığı qələbələri alqışlayıb. Ümid ifadə edib ki, möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında əks-hücum əməliyyatlarını uğurla həyata keçirən hərbçilərimiz müqavimət göstərən düşmənin başını əzəcək, torpaqlarımızı son qarışınadək işğaldan azad edəcək, eyni zamanda indiyədək əli qana bulaşmış, Xocalıda, Qarabağın başqa şəhər və kəndlərində dinc azərbaycanlılara qarşı qəddarlıqla müharibə cinayəti törətmiş erməni faşistlərini tərksilah edib qolubağlı əsir götürəcək. Lakin Eynulla Dadaşov Azərbaycan Prokurorluğunun hələlik əlinin çatmadığı zalım köçəryanlara, sarkisyanlara, paşinyanlara açdığı cinayət işlərini hətta onların məsuliyyətə cəlb olunması imkanı qazanılandan sonra belə ədalətlə istintaq edə biləcəyinə ehtiyatla yanaşır. Çünki onun fikrincə, Azərbaycan Prokurorluğu əlində topu-tüfəngi olmayan, arxasında rus, fransız, amerikalı havadarı durmayan başqa bir torpaq istilaçısının - Məlikov Şahmar Allahverdi oğlunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün heç bir əməli tədbir görə bilməmiş, Lənkəran Prokurorluğuna istintaqa prosessual nəzarəti düzgün həyata keçirməsini təmin etməmişdir.
Xatırladaq ki, vətəndaş Eynulla Dadaşovun haqq işi uğrunda apardığı mübarizəyə “Korrupsiya və Qanun” qəzeti lap əvvəldən informasiya dəstəyi vermiş, onun Liman şəhərindəki pay torpağından torpağı qanunsuz olaraq qazıb satmış Məlikov Şahmar Allahverdl oğlu barəsındə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə cinayət işi başladılmasına nədənsə qərar verə bilməyən hüquq-mühafizə və cinayət təqibi orqanlarının hərəkətsizliyini öz səhifələrində ictimailəşdirmişdir. Bu mövzuda qələmə aldığımız axırıncı məqalə 04 avqust 2020-ci il tarixdə “Korrupsiya-q.az” saytında dərc olunmuşdu və “Lənkəran polisinin əlavə araşdırmasından fərqli nəticə gözləməyə dəyərmi?” sual başlığı daşıyırdı. Həmin məqalədə Lənkəran rayon prokurorluğunun Eynulla Dadaşova göndərdiyi növbəti - 34/5–20 saylı 20 iyul 2020-ci il tarixli məktubundan sitatın altı cızılmışdı: Məktubda E.Dadaşova bildirilib ki, onun müraciəti ilə əlaqədar Lənkəran ŞRPİ-nin İstintaq Bölməsndə araşdırması aparılmaqla toplanmış H-1/08 saylı material rayon prokurorluğu tərəfindən öyrənilmiş, material üzrə İB-nin baş müstəntiqi polis mayoru Vurğun Məmmədov tərəfindən 01.03.2020-ci il tarixdə qəbul olunmuş cinayət işinin başlanılmasının rədd edilməsi haqında qərar əsassız olduğu üçün 20.07.2020-ci il tarixli qərarla ləğv edilmiş və material əlavə araşdırma aparılmasından ötrü Lənkəran ŞRPŞ-nin İstintaq Bölməsinə qaytarılmışdır. Aparılan əlavə araşdırmanın nəticəsi barədə Lənkəran ŞRPŞ tərəfindən sizə məlumat veriləcəkdir.
Məqaləmizin yekununda ümid ifadə etmişdik ki, məktuba imza atmış rayon prokuroru cənab Tariyel Ələkbərov əlavə araşdırmaya prosessual nəzarəti təmin edəcək. Təsəlliverici hal kimi vurğulamışdıq ki, rayon prokurorluğu polis müstəntiqinin qərarını elə ləğv etdiyi gün ləngimədən bu barədə şikayətçiyə rəsmi məktubla məlumat göndərmişdir. Ən sonda yazımızı belə bir sualla bitirmişdik: “Görək, Lənkəran ŞRPŞ-nin İstintaq Bölməsinin aparacağı əlavə araşdırmanın bu dəfə nəticəsi nə olacaq?”
Heç nə! Ya da ki, hələlik heç nə!
Eynulla Dadaşov bildirir ki, onun axırıncı dəfə baş prokurora yazdığı sonuncu məktub aidiyyəti üzrə Lənkəran prokurorluğuna göndərilib. Keçən həftənin çərşənbə günü bundan xəbər tutub. Amma Lənkəran rayon prokurorluğunun vəd etdiyi baş tutmayıb: Lənkəran ŞRPŞ-nin İstintaq Bölməsinə qaytarılmış iş üzrə aparılan əlavə araşdırmanın nəticəsi barədə Lənkəran ŞRPŞ tərəfindən ona heç bir məlumat verilməyib.
Həmin məktubda isə Eynulla Dadaşov belə bir sual ortaya qoymuşdu: “Cənab baş prokuror, görəsən Lənkəran ŞRPŞ-nin İstintaq Bölməsinin baş müstəntiqi, polis mayoru Toğrul Hüseynovun, Lənkəran ŞRPŞ-nin İstintaq Bölməsinin rəisi Rüfət İbayevin və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirməli olan Lənkəran Rayon Prokurorluğunun Məllkov Şahmar Allahverdi oğlu barəsində cinayət işi başlamaqdan çəkinmələrinin səbəbi nədir?”
Eyni zamanda vətəndaş Eynulla Dadaşov məktubunda cənab Prezidentimizin sözlərindən sitat gətiribmiş: “...Ədalətli cəmiyyətin qurulması üçün qanunun aliliyi başlıca şərtdir. Əfsuslar olsun ki, biz istədiyimizə hələ də tam nail olmamışıq, o cümlədən hüquq-mühafizə orqanları tərəfindən qəbul edilmiş qərarlar bəzi hallarda qanunlara ziddir, sosial ədaləti pozur, insanları haqlı olaraq narazı salır və beləliklə ümumi işimizə böyük ziyan vurur. Bunun səbəblərindən biri qeyri-peşəkarlıq ola bilər, ancaq bəzi hallarda bunun arxasında hansısa maraqlar, şəxsi təmənna dayanır...” Bu nöqteyi-nəzərdən, adlarını çəkdiyim məmurlar qeyri-peşəkardırlarsa, vəzifələrindən kənarlaşdırılmalı, təmənna güdürlərsə, barələrində ölçü götürülərək məsuliyyətə cəlb olunmalıdırlar”.
Məktub belə yekunlaşıbmış: “Cənab baş prokuror, sonda qeyd edim, digər hallar kimi Sizin tərəfinizdən tapşırıq veriləcəyi halda əminəm ki, Məlikov Şahmar Allahverdi oğlunun cinayət məsuliyyətinə cəlb edilməsi çox çəkməyəcək.
Redaksiya olaraq, vətəndaş Eynulla Dadaşova düşmən üzərində qələbələrimizin fonunda pessimizmə qapılmamağı, ümidlərinə təsəlli verməsini tövsiyə edirik. Əminik ki, Böyük Qələbənin ardınca Azərbaycanda hərtərəfli islahatlar, bütün növ cinayətkarlığa, o cümlədən korrupsiyaya qarşı mübarizə işləri daha geniş vüsət alacaq, onun apardığı haqlı mübarizə də ədalətli həllini tapacaq.

Baş redaktor: Xuraman Quliyeva [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı