Azərbaycan İdeyası

TARIX YAZAN İGIDİMİZ – POLKOVNİK-LEYTENANT ELZAMİN TƏHMƏZOV.

Tarix:4-02-2021, 11:10
Baxış Sayı:238

Hər kəsin bu dünyada bir yolu var. Hər kəsin bu dünyada Tanrı tərəfindən bəxş edilən taleyi var. Amma elə insanlar var ki, bu yolu özləri seçir. Belə insan seçilmiş insanlar sayılır. O, da belə seçilmişlərdən idi. Başqa cür ola da bilməzdi. Axı torpağı düşmən tapdağı altında olan bir Vətən oğlu elə hərb yolunu da seçməli idi. Biz bu torpağı qaytarmasaq, bizim bu torpağın üstündə yaşamaq haqqımız yoxdur deyirmiş. 12 ölkədə keçirilən hərbi təyinatlı təlimlərin iştirakçısı olub və 44 günə 30 ildə edə bilmədiklərimizi bacaran polkovnik-leytenant Elzamin Təhməzov.
Ən böyük qanlı döyüşlərin iştirakçısı olub, ən öndə gedənlərdən olub. Arxada qoyub gəldiyi ailəsindən də ümdə olan bir qarış Vətən torpağı belə ona əziz oldu. Danışığı qətiyyətli, gözlərindən cəsurluq sezilən mərd Vətən oğlu. Sözlər acizdir sənin kimi igid oğlu vəsf etməyə. Bizlərə bu qələbə sevincini yaşatdın. Mənim əziz, ölməz şəhidim. 30 illik həsrətə son qoydun. Öz ölümünlə, ölümsüzlüyünlə...
Elə bir zirvəyə ucaldın ki, bu zirvəyə hər kəs ucala bilmir, hər kəsə nəsib olmur.
Kiçik Oğuzun böyük ürəyə sahib oğulları sizlərsiz – şəhidim.

Kəfən sevgisi ilə dolan,
Küçə-küçə, dalan-dalan.
Torpağı süngü ilə alan,
Aslanlara halal olsun.

İki qız övlad atası olan Elzamin Vətəni hər şeydən üstün tutdu. Qızlarına söz vermişdi ki, onları Qələbə paradına aparacaq. Kəşfiyyatçı olub Suqovuşanda, Talış yüksəkliklərində, haralarda olmadı Elzamin? Göstərdiyi şücaətlə Vətən torpağı uğrundakı döyüşlərilə adını hərb tarixinə yazdırdı. Göstərdi ki, torpaq uğrunda ölən varsa, Vətəndir. 22 yaşında hərb yolunu seçdi, 41 yaşında şəhadətə qovuşdu. Mehdi Hüseynzadəni özünə qəhrəman seçmişdi. Onun bir əsgərinin dedikləri: “Bir dəfə taborumuz düşmən tərəfindən mühasirəyə düşəndə polkovnik Elzamin bizi başına yığıb dedi: “Döyüşdə bir addım irəli getmək mümkünsə, bir qədəm geri qoyma”. Düşmən tərəfindən mühasirəyə alınsan, vuruşu dayandırma, çünki yalnız vuruşla düşmənə qalib gəlmək olar”. Beləliklə onun köməkliyilə mühazirədən azad olunduq.

ŞƏHID ATASI

Sən başını dik tut, sən məğrur dayan,
Bu gün Elzaminin doğum günüdür.
Torpağa başını şəhid tək qoyan,
Oğlunun günüdür, şəhid atası.

Şəhidlər ölməyir, onlar yaşayır,
Xalqının qəlbində onlar sağ qalır.
Hücum əmri ilə onlar düşmənin,
Bircə həmlə ilə canını aldı.

Sağ olsun analar, bir də atalar,
Belə igidləri siz böyütdünüz.
Onlarla fəxr edin, şəhid atası,
Torpaq, Vətən üçün candan keçdilər.

Onlar yaşayacaq xalqın qəlbində,
Məzarı, önündə baş əyəcəklər.
Müstəqil dövlət tək Azərbaycanı,
Sarsılmaz, qüdrətli, şən görəcəksən.

Vətən oğulları şəhid olsa da,
Vətən döyüşündə qələbə çaldı.
Düşmən tapdağında olan torpağı,
Bircə həmlə ilə düşməndən aldı.

Gör millət necə deyir sənə əhsən,
Vətən torpaq üçün canından keçir.
Qoçaq, igid bir övlad böyütmüsən,
Sən məğrur dayan, şəhid atası.

Bircə əmri ilə Ali Baş Komandanın,
Bütün torpaqlarımızı azad etdik.
Ayağa durmuşdu bütün xalqımız,
Düşmənin başına min qopuz vurduq.

Seyid Nazim də Vətən uğrunda,
Müstəqil əsgər tək hər an hazırdır.
O da şəhidlər tək canından keçər,
Qorxmaz ölmündən, şəhid atası.

09.01.2021-ci il

Qələmə aldı:
“Korrupsiya və Qanun” qəzetinin müxbiri Nazim Bərdəli [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb