Azərbaycan İdeyası

BIR DAHA IŞƏDÜZƏLTMƏ DƏLƏDUZLUĞU BARƏDƏ

Tarix:4-02-2021, 11:11
Baxış Sayı:286

Bəzən işədüzəltmə adı altında vətəndaşlar müxtəlif işbazlar tərəfindən aldadılır, daimi iş yeri əldə etmək istəyən şəxs əksinə maddi ziyana düşür. Dələduzlar vətəndaşlara yüksək maaşlı işlər vəd edərək bunun qarşılığında onlardan pul alır. Daha sonra isə onları çox çətin, sənətinə uyğunsuz, heç də vəd verildiyi kimi maaşı olmayan işlərə göndərirlər, yaxud ümumiyyətlə işə düzəltmirlər.
Ağsu rayonunun Yenilik kənd sakini Ciyərxanov Təbriz Fikrət oğlu “Korrupsiya və Qanun” qəzeti redaksiyasına 28.12.2020-ci il tarixli ərizə ilə müraciət edərək bildirib ki, 3 dekabr 2020-ci il tarixdə internet üzərindən axtarış edərkən rast gəldiyi qrupda insanlara iş təklif olunduğunu görüb. Elanda sərgilənən telefon nömrəsinə (055-321-14-99) zəng vurub maraqanıb. Həmin nömrədə ona cavab verən Vüsal adlı şəxs iş təklifinin real olduğunu söyləyib və işə düzəlmək istəyirsə, özü ilə şəxsiyyət vəsiqəsini və hərbi biletini götürməsini məsləhət görərək Xırdalan şəhərinə, orada yerləşən Heydər Əliyev Parkına dəvət edib.
Məşğulluğunu təmin etmək arzusu ilə bu təklifi dəyərləndirməyə qərar verən Təbriz təyin olunan vaxtda həmin yerdə Vüsalla görüşüb. Vüsal ona Masazır qəsəbəsində fəaliyyət göstərən, dostuna məxsus çörək sexində işlə təmin edəcəyini vəd edib və işə qəbul üçün ərizə də yazdırıb. Sənədlərinin kserosurətini çıxartdırıb, ərizəyə əlavə edib. Daha sonra Təbrizdən 50 (əlli) manat pul istəyib. İş tapmaq fürsətini fövtə vermək istəməyən Təbriz də onun tələbini yerinə yetirmək məcburiyyətində qalıb.
Ciyərxanov yazır ki, Vüsal 3 gün sonra ona zəng edib əvvəl görüşdükləri yerə dəvət edib. Bildirib ki, onun işi düzəlib, üstəlik guya yaşaması üçün yer də tapıb. Bu dəfəki görüşdə Vüsal Təbrizdən yaşamaq yeri adı ilə daha 20 manat pul alıb və deyib ki, çox keçmədən, 1-2 günə işə başlayacaq.
Sonra günlər keçib, Vüsalın telefonu cavab verməyib, özü də tapılmayıb. Təbriz artıq başa düşüb ki, dələduzluqla üzləşib. Odur ki, redaksiyadan başına gələnlərin ictimailəşdirilməsini, aidiyyəti orqanlara çatdırılmasını xahiş edir ki, başqa insanlar Vüsalın bəd əməllərindən ziyan çəkməsinlər.
Ümumiyyətlə, işədüzəltmə fəaliyyətini həyata keçirmək sahibkarlıq fəaliyyətidir. Bunun üçün isə işədüzəltmə bürosunun sahibi VÖEN almalıdır. İşədüzəltmə büroları işə götürənlə işə düzələn arasında vasitəçi funksiyasını yerinə yetirir. Amma bu ad altında saxta iş elanları verənlər dələduzluğa yol vermiş sayılırlar. Belə şəxslər Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə məsuliyyətə cəlb olunurlar. Bu bir növ insanların etibarından sui istifadə edib onları aldatmaqdır.
İşədüzəltmə üçün müqavilədə müəyyən haqq nəzərdə tutula bilər. Yəni, əvvəlcədən tərəflər arasında əqd bağlanmalı və orada vasitəçilik qarşılığında qonorar məbləği göstərilməlidir. Bu mülki qaydada tənzimlənir. Təbii ki, vasitəçilik göstərən şəxs də vergisini ödəməlidir.
Saxta elanlar hamısı dələduzluq əməlidir. Burada ziyanın məbləğindan asılı olaraq həm inzibati, həm cinayət məsuliyyəti nəzərdə tutula bilər. Vətəndaşlar ayıq-sayıq olmalıdır. Onlar mütləq ödədiyi pulun qəbzini almalıdırlar. Vətəndaşdan ilkin ödəniş tələb edən şirkət mütləq onunla müqavilə bağlamalı, müqavilədə şirkətin hansı xidməti göstərəcəyi qeyd edilməlidir. Təbii ki, ilkin ödənişin nəyə görə alındığını qeyd etmək də şərtdir. Ödənişin qarşılığında kassa mədaxil qəbzi verilməlidir. Əgər bundan sonra vətəndaş aldadılarsa, həmin sənədlərlə bilrikdə hüquq-mühafizə orqanlarına şikayət etmək hüququ var.
Vətəndaşın əlində müqavilə varsa, məhkəməyə də müraciət edə bilər. Çünki bu həm də mülki müqavilə öhdəliklərinin icra olunmamasıdır. Əgər vətəndaşın əlində sənəd yoxdursa, aldadılıbsa, birbaşa polis orqanına müraciət etməlidir.

Korrupsiya-q.az [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO