Azərbaycan İdeyası

Prezidentin əmisi oğlunun “yaxın dostu” dələduzun izini itirir

Tarix:15-02-2021, 11:36
Baxış Sayı:1 160

Jurnalist olaraq peşə fəaliyyətimizdə dələduzluqla üzləşən insanların şikayətlərində təsvir olunan insan tipajının bəzi ümumi xüsusiyyətlərini müşahidə etmişik: Dələduzlar yüksək inandırmaq məharətinə malik olurlar. Üstəgəl, özlərini iqtidarlı göstərmək üçün mötəbər şəxslərlə yaxın əlaqələrinin olmasından dəm vururlar.
Sabirabad rayonu M.İbrahimov küçəsi-17 ünvanda yaşayan Quliyeva Roza Əlimusa qızı “Korrupsiya və Qanun” qəzeti redaksiyasına ərizə ilə müraciət edərək bildirir ki, 2019-cu ildə yurdunun 4 sot torpağının qonşu tərəfindən zəbt olunması faktını ictimailəşdirmək məqsədilə “Azərbaycan” Nəşriyyatının binasında yerləşən “OnderTV” adlı KİV-ə müraciət edibmiş. Zəbt olunmuş torpaq sahəsinin sənədlərini “OnderTV”-nin direktoru Nəbi Qafarovun göstərişi ilə həmin KİV-in əməkdaşı Fikrət adlı şəxsə verib. R.Quliyevanın yazdığına görə, N.Qafarov ona bildirib ki, Fikrətə çəkiliş aparılması üçün bəri başdan 50 manat, Sabirabada gedib-gəlməsi üçün də əlavə yol pulu verməlidir. Fikrət ezam olunaraq Sabirabadda deyilən ünvanda çəkiliş aparıb, üç gün Roza xanəmın qardaşının evində qalıb. Lakin qayıdandan sonra lentə aldığı video-qeydləri heç bir KİV-də, sosial mediada paylaşmayıb.
Ərizədən oxuyuruq: “Yol pulunu da verdim. Anamın da torpaq məsələsi ilə bağlı problemi olduğu üçün onunla məsləhət etdi. Fikrət həmin məsələni də tez vaxtda həll edəcəyini söz verib əlavə çəkiliş apardı. Onu da heç bir saytda ictimailəşdirmədi. Anamdan birdəfəyə nağd 200 manat, sonra isə hissə-hissə yol pulu adı ilə daha 100 manat pul aldı. Əlavə olaraq iki bacıma, mənə, yeznəmə redaksiyalarının xidməti vəsiqələrini təqdim etdi. Vəsiqələrin hərəsi üçün bizdən 50 manat pul aldı. Bacım Vəfanın da aliment işini həll edəcəyini söz verdi və ondan da pul aldı. Məbləğini bilmədiyim üçün qeyd etmirəm. Hələ bu sadaladığım pul məbləğləri avans idi. Həll edndən sonra yenə əlavə pul alacaqdı. Mən Fikrət müəllimə dedim ki, mənimlə əlaqə saxlasın. O, bildirdi ki, çəkiliş apardığı telefon rəhbəri Nəbi müəllimindir. Mən ona telefon (mobil telefon cihazı – red.) bağışladım ki, mənimlə əlaqə saxlasın”.
R.Quliyeva yazır ki, Fikrət onu sözləriylə elə inandırıb, ona öz adından etibarnamə də verib. Amma həll edəcəyini söz verdiyi bütün işlərin üstündən 1 ildən yuxarı vaxt keçməsinə baxmayaraq, icraata götürdüyü məsələlərin heç birini ictimailəşdirməmişdir. Bu azmış kimi telefonları da cavab vermir.
Şikayətçi həmçinin qeyd edir ki, Fikrətin rəhbəri N.Qafarovla əlaqə saxlayıb. O da əhvalatı bilib və deyib ki, Fikrət çox adamı aldadıb, özləri də onu axtarır, tapa bilmirlər.
“Korrupsiya və Qanun” qəzeti redaksiyası olaraq, ərizə əsasında aparmağa başladığımız araşdırmanın ilk addımı olaraq N.Qafarova zəng etdik. N.Qafarov bildirdi ki, məsələdən xəbərdardır: “O xanıma (R.Quliyevaya-red.) sözümü demişəm. Fikrət çox adamı aldadıb. Fikrətdən hüquq-mühafizə orqanlarına şikayət etmək hüququ var...”
N.Qafarova məhz onun tapşırığı ilə Fikrətə pul verildiyini xatırladanda söhbəti mövzudan yayındırmağa çalışdı: “Bilirsiniz, mən nüfuzlu bir təşkilatın rəhbəriyəm...”
Sözündən belə çıxdı ki, ona və rəhbərlik etdiyi təşkilata qarayaxmalar yapışmaz, təsadüfi adamlar isə hər təşkilata soxula bilir, elələrinə qarşı hamılıqla mübarizə aparmaq lazımdır.
N.Qafarovla eyni gündə ikinci dəfə telefon bağlantısı qurmaq cəhdimiz uğursuz alındı. Bu dəfə N.Qafarovdan rəhbərlik etdiyi nüfuzlu (!) təşkilatın üzvü olan Fikrət “müəllimin” ünvanını soruşmaq istəyirdik. Axı idarə sənədlərində mütləq bu vacib məlumatlar olmalıdır. İkinci zəngimizi N.Qafarov deyil, özünü onun köməkçisi kimi təqdim edən başqa bir adam götürdü: “Nəbi müəllim məşğuldur. Nə məsələdir?” Həmin şəxsdən Fikrətin ünvanını soruşduq. Dedi ki, işdən (təşkilatın üzvləri sırasından) çıxan şəxslərin sənədlərini bir il saxladıqdan sonra məhv edirlər. O üzdən Fikrətin də sənədləri qalmayıb. Nəhayət, onun öz adını soruşduq. Nə desə yaxşıdır?: “Mən Prezidentin əmisi oğlu İlqar Əliyevin yaxın dostuyam”. Söhbəti bunla yekunlaşdırmağı vacib sayıb sonucda ona xatırlatdıq ki, ölkənin birinci ailəsinə yaxınlıq məsələsi ilə ehtikarlıq etmək yaxşı iş deyil.
Öyrənməyə çalışacağıq ki, nüfuzlu təşkilatlar idarə sənədlərini ən azı hansı müddətə qorumalıdırlar. Həmçinin maraqlıdır ki, təşkilat üzvü necə jurnalist fəaliyyəti ilə məşğul ola bilər. Məsələn, bildiyimiz kimi, Azərbaycanda ən nüfuzlu təşkilat Ümummilli lider Heydər Əliyevin qurucusu olduğu, hazırda möhtərəm Prezidentimiz İlham Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyasıdır (YAP). Amma YAP-ın üzvlük biletini göstərib jurnalist, yaxuid, vəkillik fəaliyyəti ilə məşğul olmaq olmaz. N.Qafarovun rəhbərlik etdiyi, sıralarına yeni qəbul olunan şəxslərə təmtəraqla, təntənəli surətdə üzvlük bileti təqdim edən “Yeniləşən Dövlətə Dəstək” İctimai Birliyi üzvlərinə belə səlahiyyəti hansı qanuna əsasən verir? Doğrudur, təşkilatın saytı ola bilər. Amma o saytın işçiləri məsələn torpaq məsələsini araşdırmaq üçün jurnalist kimi işə götürülmüş olmalıdırlar. Eynən necə ki, təşkilatın büdcəsini idarə etmək üçün ştatlı mühasib lazımdır. Vətəndaşlardan, yaxud, başqa mənbələrdən qəbul edilən pullarən, eləcə də üzvlük haqlarının uçotu şəffaf aparılmalıdır. Görünür, qanunun bu tələblərini N.Qaqfarov və onun “daha nüfuzlu” köməkçisi prokurorun dilindən eşitsələr, cavab verməyə özlərini boirclu sayarlar. Əks təqdirdə onlar dələduzluq faktının izini itirməkdə ittiham oluna bilərlər.
İnternet üzərindən apardığımız araşdırmada isə məlum oldu ki, N.Qafarovun çetesi barəsində hələ iki il əvvəl Turanxeber.az saytı tənqidi məqalə yazıb və çete üzvlərinin əməllərində dələduzluq motivlərinin müşahidə olunmasının altını cızıb.
Prezidentin əmisi oğlunun “yaxın dostu” dələduzun izini itirir

“Korrupsiya və Qanun” [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı