Azərbaycan İdeyası

Təqaüdü bərpa etmək adı ilə adamları aldadan şəxsin şantaj əməlinin üstü açıldı.

Tarix:26-08-2022, 09:56
Baxış Sayı:76

Təqaüdü bərpa etmək adı ilə adamları aldadan şəxsin şantaj əməlinin üstü açıldı.
Kürdəmirdə vətəndaşlara qarşı dələduzluq edən, həmçinin bir neçə rayon sakinindən hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ayrı-ayrı vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq etməkdə şübhəli bilinən rayonun Xırdapay kənd sakini Aydın Məmmədov saxlanılıb. Dindirilmə zamanı o, törətdiyi əməlləri etiraf edib.

Araşdırmalar zamanı məlum olub ki, A.Məmmədov cari ilin aprel-may ayları ərzində dörd rayon sakininin etibarından istifadə edərək, onlara dayandırılmış təqaüdlərinin bərpa olunmasında köməklik göstərəcəyi barədə yalan vədlər verib və onlara məxsus ümumilikdə 10800 manat pulu ələ keçirib.

Bundan əlavə, saxlanılan şəxsin ətrafında aparılan istintaq tədbirləri nəticəsində onun başqa cinayət əməllərinin də üstü açılıb. Belə ki, sosial şəbəkələrdə aktiv iştirak edən A.Məmmədov iki vətəndaşa qarşı hədə-qorxu gələrək, barələrində sosial şəbəkələrdə rüsvayedici məlumatlar paylaşmamaq üçün onlardan ümumilikdə 1200 manat pul alıb.

Faktlarla bağlı Kürdəmir RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır. Saxlanılan şəxs barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Polis əməkdaşları Aydın Məmmədovun digər analoji cinayətlərdə iştirakını da istisna etmirlər. Əgər bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, DİN-in “102” xidmətinə, həmçinin Kürdəmir RPŞ-yə müraciət etmələri xahiş olunur. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO