Azərbaycan İdeyası

Bakı şəhərini narkotik maddələrlə “təmin” edən tədarükçülərdən biri saxlanılıb

Tarix:5-12-2022, 16:28
Baxış Sayı:68

Bakı şəhərini narkotik maddələrlə “təmin” edən tədarükçülərdən biri saxlanılıb
Bakı şəhərini narkotik maddələrlə “təmin” edən əsas tədarükçülərdən biri saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Belə ki, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olan əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı paytaxt sakini İlham Səmədov narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilindiyi üçün saxlanılıb.

Onun üzərindən və yaşadığı Suraxanı rayonu ərazisində yerləşən evindən 24 kiloqram, o cümlədən 7 kiloqram heroin, 8 kiloqram marixuana, 6 kiloqram metamfetamin və 3 kiloqram həşiş qatranı aşkar edilib.

İlkin sorğu zamanı İlham Səmədov narkotik vasitə və psixotrop maddələri qaçaqmalçılıq yolu ilə Biləsuvar rayonu ərazisinə keçiriləndən sonra əldə etdiyini və şəxsiyyəti istintaqla araşdırılan dəstənin digər üzvlərinə çatdırmaq məqsədi ilə Bakı şəhərinə gətirdiyini bildirib.

Araşdırmalar nəticəsində İlham Səmədovun ölkə ərazisində narkotiklərin əsas tədarükçülərindən biri olduğu sübuta yetirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, İlham Səmədov barəsində həbs qətimkan tədbiri seçilib. Bu şəxsin daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Sonda qeyd edək ki, daxili işlər orqanları tərəfindən 2022-ci ilin əvvəlindən bu günə kimi qanunsuz dövriyyədən 3 ton 320 kiloqram müxtəlif növ narkotik vasitə və 323 kiloqram psixotrop maddə çıxarılıb. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO