Azərbaycan İdeyası

Əliyev “Zəngəzur”un vaxt kodunu açdı: Detalların qlobal panoramı, Ermənistanı gözləyən təhlükə - TƏHLİL + FOTO

Tarix:14-12-2022, 16:04
Baxış Sayı:110

Əliyev “Zəngəzur”un vaxt kodunu açdı: Detalların qlobal panoramı, Ermənistanı gözləyən təhlükə - TƏHLİL + FOTO
Prezident İlham Əliyevin Türkmənbaşı şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla geniş tərkibdə görüşdə Zəngəzur dəhlizi layihəsi ilə bağlı mövqeyi maraq doğurur.

Əliyevin çıxışından sitatlar:


- Azərbaycan Zəngəzur dəhlizinin açılması ilə fəal məşğul olur;

- Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində aparılan işlərin dəmir yolu xətti üzrə 40 faizi, avtomobil yolu üzrə 70 faizi icra olunub;

- Bütün işlər 2024-cü ildə tamamlanacaq və nəticədə yeni nəqliyyat dəhlizi yaranacaq.

İlham Əliyev çıxışındakı bu tezislərlə Zəngəzur dəhlizi ilə bağlı ümumi panoramdan bəzi detalları çıxararaq diqqətə çatdırır.

Açılması gözlənilən dəhliz qlobal tədarük zəncirlərində yeni həlqə kimi strateji dəyərə sahibdir, ona görə də dünyanın supergücləri də bu koridorun açılmasında maraqlıdırlar.

Lakin bunun hansı beynəlxalq nəqliyyat marşrutlarına inteqrasiya ediləcəyindən irəli gələn çəkişmələr ortaq məxrəcləri tapmağı çətinləşdirir, hərçənd ki, Azərbaycan iqtisadi layihələri həm Şərq-Qərb, həm də Şimal-Cənub qlobal ticarət marşrutları ilə inteqrasiya etdirə bilir.

Əliyev “Zəngəzur”un vaxt kodunu açdı: Detalların qlobal panoramı, Ermənistanı gözləyən təhlükə - TƏHLİL + FOTO

Bununla belə, Zəngəzur dəhlizi ilə bağlı ortaya çıxan tənliklərin həlli üçün maraqların birləşdiyi nöqtəni təmin edən platforma təsis etmək vacibdir. Azərbaycanla Türkiyə əsas diqqəti Rusiya, Qərb və Çin arasında balanslaşdırılmış düstur tapmağa yönləndiriblər.

Tənliklərdəki məchullardan biri həll olunmuş kimi təqdim olunur ki, bu da tarixlə əlaqədardır, yəni beynəlxalq oyunçular da dəhlizin ən tezi 2024-cü ilə qədər açılmasında maraqlıdırlar.

Azərbaycanla Türkiyə həm ikili strateji maraqlar, həm də beynəlxalq konyunkturdakı təkliflər səbəbi ilə nəhəng oyunçuların prioritetlərini Zəngəzur dəhlizinə cəmləməkdə oyun qurmaq qabiliyyətlərini nümayiş etdirirlər.

ABŞ, Böyük Britaniya, Rusiya, Çin kimi oyunçuları eyni məkanda bir araya gətirmək və onların mövqelərini qarşılıqlı maraqlar əsasında uyğunlaşdırmaq öhdəliyini Azərbaycanla Türkiyə öz üzərlərinə götürüblər və prosesə Türk Dövlətləri Təşkilatı çərçivəsində dəstəkverici mexanizmlər cəlb olunub.

TDT də beynəlxalq rəqabətdə yeni səhifələrin açılmasıdır, ancaq bu rəqiblik prinsipləri iqtisadi özüllər üzərində inşa edilir deyə Azərbaycanın təhlükəsizliyinə təhdid yaratmayacaq.

Yeganə düşünməli olan ölkə Ermənistandır və strateji təxəyyülündəki tilsimləri qırıb Zəngəzur dəhlizinin sancısız reallaşması üçün öhdəliklərini yerinə yetirməlidir.

Düzü, Ermənistanın dəhliz parametrləri üzrə praqmatik ideyalarla çıxış edəcəyi gözlənilən də deyil, buna görə də Bakı-İrəvan xəttində hərbi-siyasi gərginlik davam edəcək.

Azərbaycan beynəlxalq və regional oyunçuların Zəngəzur sevgisini özünün Ermənistanla sərhədlərin delimitasiyası kontekstində inkişaf etdirəcək və qapalı danışıqlar masasında İrəvanın qarşısına qoyduğu tələblərin sərtlik dozasını artıracaq.

Əgər Ermənistan öhdəliklərindən yayınsa və vaxt qazanmaq üçün təhlükəli oyunlara girişsə, Zəngəzur dəhlizinin reallaşması Ermənistanın suverenliyini hüquqi cəhətdən də sual altında qoyacaq. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HomeRenobib 25 may 2023 11:31
  Жалоба     
kitchen renewal Oakville Canada
https://www.pinterest.ca/homerenostoronto/

interior remodeling Aurora Canada
bathroom rebuild
bath renovation Newmarket Canada

house renovation design Mississauga Canada

general renovation Etobicoke Canada
full bathroom renovation Etobicoke Canada
home renovation services Toronto Canada

<a href=https://www.pinterest.ca/homerenostoronto>home refurbishing Newmarket Canada</a>

bath renovation Aurora Canada
house renovation designers Markham Canada
renovate my bedroom King City Canada


#eZ5OKAYrV5acqAeL7
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO