Azərbaycan İdeyası

Bakıya yağış, rayonlara qar yağacaq - Sabahın HAVA PROQNOZU

Tarix:1-02-2023, 13:40
Baxış Sayı:100

Bakıya yağış, rayonlara qar yağacaq - Sabahın HAVA PROQNOZU
Azərbaycan ərazisində fevralın 2-də gözlənilən hava şəraiti haqda proqnoz açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Gündüz çiskinli olacağı, gecəyə doğru isə yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 4-6, gündüz 6-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80% olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir, axşam ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5, gündüz 6-9 dərəcə isti, dağlarda gecə 10-15, gündüz 0-5 dərəcə şaxta olacaq. Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.

OXŞAR XƏBƏRLƏR
İsmayıllıda zəlzələ oldu
İsmayıllıda zəlzələ oldu
DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
Ramiz Mehdiyev 17 milyon manatı mənimsəyib
Ramiz Mehdiyev 17 milyon manatı mənimsəyib
Ramiz Mehdiyevin evindən görüntülər – FOTO
Ramiz Mehdiyevin evindən görüntülər – FOTO
Komitə sədri şəhid oğludur - FOTO
Komitə sədri şəhid oğludur - FOTO
Statistika Komitəsinin yeni sədri kimdir? - DOSYE
Statistika Komitəsinin yeni sədri kimdir? - DOSYE
İcra başçısı təyin edilən Tahir Budaqov kimdir? - BİOQRAFİYA
İcra başçısı təyin edilən Tahir Budaqov kimdir? - BİOQRAFİYA
Prezident Dövlət Statistika Komitəsinə sədr təyin etdi
Prezident Dövlət Statistika Komitəsinə sədr təyin etdi