Azərbaycan İdeyası

Peşə məktəblərinin və kolleclərin sayı azaldılacaq

Tarix:21-01-2016, 10:57
Baxış Sayı:495

Peşə məktəblərinin və kolleclərin sayı azaldılacaq



Azərbaycan Təhsil Nazirliyi orta ixtisas və ilk peşə təhsili müəssisələrinin rasionallaşdırılması ilə bağlı təkliflər hazırlayır.
"Korrupsiya və Qanun" saytı xəbər verir ki, bunu Trend-ə Təhsil Nazirliyinin Maliyyə şöbəsinin müdiri Rauf Orucov deyib.
Nazirlik rəsmisinin sözlərinə görə, təhsil müəssisələrinin rasionallaşdırılması ilə bağlı məsələ “Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”nda da qarşıya qoyulub: “Biz artıq orta ixtisas və ilk peşə təhsili müəssisələrinin rasionallaşdırılması istiqamətində bir sıra işlər görmüşük, bu sahədə işçi qrup yaradılıb. Hazırda rasionallaşdırma ilə bağlı müvafiq təkliflər hazırlanır”.
R.Orucov əlavə edib ki, yeni təkliflər ilk növbədə orta ixtisas və ilk peşə təhsili müəssisələrinin sayının azaldılmasını nəzərdə tutur. Bununla yanaşı, regionların inkişafının təmin edilməsi üçün həmin müəssisələrin profilləşdirilməsi də təklif ediləcək. Profilləşdirmə zamanı ilk növbədə regionların inkişafı, hansı ixtisaslara daha çox ehtiyacın olması əsas meyar kimi götürüləcək.
Qeyd edək ki, Azərbaycanda 113 ilk peşə təhsili müəssisəsi (25 mindən çox şagird təhsil alır), 61 orta ixtisas təhsili müəssisəsi (60 min nəfərdən çox tələbə təhsil alır) fəaliyyət göstərir. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb