Azərbaycan İdeyası

Şəkidə dolu kənd təsərrüfatına ciddi ziyan vurub - AÇIQLAMA

Tarix:1-05-2023, 14:13
Baxış Sayı:205

Şəkidə dolu kənd təsərrüfatına ciddi ziyan vurub - AÇIQLAMA
“Aprelin 30-da Şəkiyə güclü yağış və dolu yağması nəticəsində xüsusilə Baş Göynük kəndinin “Ocaq Palıdlar” adlı yaşayış məntəqəsi ziyan görüb”.

Bununla bağlı Şəki rayonunu Milli Məclisdə təmsil edən deputat Əli Məsimlinin ofisindən məlumat verilib. Bildirilib ki, kənddə 20 hektar sahəyə yaxın tütün sahəsinə ciddi ziyan dəyib, ərazidə olan meyvə ağaclarının yarpaq və meyvə hissəsi yararsız vəziyyətə düşüb:

“Həmçinin taxıl sahələrinə də qismən ziyan dəyib. Baş Göynük kəndində evlərə və digər yardımçı tikililərə zərər dəyməsə də, güclü yağış və dolu yağması nəticəsində bağ və tərəvəz sahələri ciddi zərər görüb. İcra Hakimiyyəti tərəfindən komissiya yaradılıb və baxış üçün ərazilərə əməkdaşlar göndərilib.

Şəkinin Qudula kəndinə yağmış dolu nəticəsində isə kənd sakini Qəzənfət Vələmməd oğlu Həsrətova məxsus həyətyanı sahədə əkdiyi ümumi sahəsi 700 kvadratmetr tütün şitili parnikinə ziyan dəyib. Bundan başqa həyətyanı sahələrdə olan meyvə ağaclarına tərəvəz bitkiləri, o cümlədən fermerlərə məxsus arpa sahələri də qismən ziyan görüb.

Rayonun Şorsu kəndində isə dolu sahibkarlara məxsus 62 ha yeni şitillənmiş tütün sahəsini, 58 ha taxıl sahəsini, 3 ha meyvə bağı və 53 ədəd tütün parnikini vurub”.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı