Azərbaycan İdeyası

Azərbaycanda yeni partiya yaradılır

Tarix:27-01-2016, 16:37
Baxış Sayı:367

Azərbaycanda yeni partiya yaradılır



"Ağ Blok"u Ağ Partiyaya çevirəcəyik. Qurultayı beş-altı aya keçirməyi planlaşdırırıq. Həmin tədbirdə partiya yaratdığımızı elan edəcəyik".
"Korrupsiya və Qanun" saytı bildirir ki, bunu "Report"a açıqlamasında Müsavat başqanlığına sabiq namizəd, "Ağ Blok"un sədri Tural Abbaslı deyib.
T.Abbaslı bildirib ki, qurultaydan sonra partiyanın dövlət qeydiyyatına alınması üçün Ədliyyə Nazirliyinə müraciət ediləcək.
Onun sözlərinə görə, Ağ Partiya cəmiyyətin, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edəcək: "Biz cəmiyyətə yeni simalar təqdim edəcəyik, partiyalararası intriqalardan uzaq olmağa çalışacağıq. Partiyanın adından da göründüyü kimi, "Ağ" təmizlik rəmzidir".
T.Abbaslı partiya yaradacağı təqdirdə, Müsavat Partiyasından xaric ediləcəyini bildirib: "Qanunvericilikdə də göstərilib ki, bir şəxs iki siyasi partiyanın üzvü ola bilməz. Partiya yaradılanda mənim və ətrafımda olan müsavatçıların Müsavat Partiyasındakı fəaliyyətinə xitam veriləcək". [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO