Azərbaycan İdeyası

Bu gün Azərbaycan məktəblərində “Son zəng” qeyd olunur

Tarix:14-06-2023, 10:19
Baxış Sayı:292

Bu gün Azərbaycan məktəblərində “Son zəng” qeyd olunur
Bu gün Azərbaycanda “Son zəng” günü qeyd edilir.

Xəbər veririk ki, tədbir hər bir ümumi təhsil müəssisəsinin həyətyanı sahəsində, həyətyanı sahəsi olmayan ümumi təhsil müəssisələrinin idman və ya akt zallarında təşkil olunacaq.

Bununla bağlı Elm və Təhsil Nazirliyi məktəblərə müvafiq tapşırıqlar verib. “Son zəng” tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyətin nümayəndələri iştirak edə bilərlər. “Son zəng” müddətində şagirdlərin təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlər görüləcək.


2022-2023-cü tədris ilində ümumi təhsil müəssisələrində təhsilalanların sayı 1 707 279 nəfər təşkil edib. Cari tədris ilində ümumi təhsil müəssisələrində 98 649 nəfər XI sinfi, 145 597 nəfər isə IX sinfi bitirir. Bu tədris ilində ölkə üzrə 151 560 şagird birinci sinfi bitirir.

Ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında 90 666 uşaq təhsil alıb.

OXŞAR XƏBƏRLƏR
Şanlı zəfər tarixi indi bir tədbiqdə
Şanlı zəfər tarixi indi bir tədbiqdə
Türkiyə və İran razılaşdı
Türkiyə və İran razılaşdı
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - Siyahı
Mayda 14 gün iş OLMAYACAQ
Mayda 14 gün iş OLMAYACAQ
İranın yeni ali rəhbəri​ kimdir? - DOSYE
İranın yeni ali rəhbəri​ kimdir? - DOSYE
İlham Əliyev qanun imzaladı
İlham Əliyev qanun imzaladı
38 nəfər saxlanıldı
38 nəfər saxlanıldı
Bu tarixdə qısa iş günü OLACAQ
Bu tarixdə qısa iş günü OLACAQ