Azərbaycan İdeyası

İşsizlərin böyük qismi gənclərdir` - Nazir

Tarix:8-02-2016, 11:14
Baxış Sayı:460

İşsizlərin böyük qismi gənclərdir` - Nazir


Hazırda işsizlərin böyük qismini gənclər təşkil edir".
"Korrupsiya və Qanun" saytı "Report"a istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib. O bildirib ki, yaşı 25-dən az olanların işsizliyinin artım tempi, yaşı 25-dən çox olan insanların işsizliyindən 3 dəfə çoxdur:
"Təəssüf ki, işəgötürənlərin 30 faizi ixtisaslı kadrların azlığından şikayət edirlər. Bu da yüksək ixtisaslı kadrların hazırlanmasının, bu sahədə təhsil sistemi və peşə hazırlığının hələ ki, yetərli olmaması ilə bağlıdır. Getdikcə əmək bazarında ehtiyac olmayan insan resursları artır. Yəni demoqrafik artım ilə əmək resurslarının mövcud bazarın tələblərinə uyğun hazırlanması prosesi arasında bir disbalans yaranıb. Bunun aradan qaldırılması üçün müxtəlif tədbirlərin həyata keçiriləsi vacibdir".
Nazirin sözlərinə görə, işəgötürənlərin müasir dövrdə tələbləri də dəyişib: "Bu gün işəgötürənlər kadrların hazırlanması prosesində iştirak etmək istəmirlər. Onlar daha çox hazır, dərhal işə başlayacaq mütəxəssislər tələb edirlər". [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO